"Fransa milli hüquqlarını tələb edən aktivistlərə qarşı total hücumlar həyata keçirir"


Dünya 15 Okt 2024 20:02:00 80 0

"Fransa milli hüquqlarını tələb edən aktivistlərə qarşı total hücumlar həyata keçirir"

Fransa neçənci dəfədir ki, öz təbii və milli hüquqlarını tələb edən aktivistlərə qarşı total hücumlar həyata keçirir.

Son.az bildirir ki,  bunu Trend-in suallarını cavablandırarkən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov deyib.

O qeyd edib ki, bu gün Fransanın insan haqları fəallarına qarşı keçirdiyi represiyalar bu ölkənin ədalətdən, insan halqarından danışan simasızlığını növbəti dəfə nümayiş etdirir.

"Bu günə qədər də Fransa müstəmləkələrindəki özbaşınalığa, ədalətsizliyə, qanunsuzluğa qarşı etiraz edən fəallar Fransanın hüquq-mühafizə orqanları tərəfindən total basqılara və represiyalara məruz qalıblar. Təəssüflər olsun ki, dünyanın bir sıra siyasi mərkəzləri Fransanın həyata keçirdiyi bu hüquqdan kənar hücumlara və eyni zamanda qanunsuz hərəkətlərə göz yumur. Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal Kemi Sebanın həbs edilməsi və buna qarşı dünyanın hüquq müdafiə təşkilatlarının səssiz qalması riyakarlığın göstəricisidir. Başqa vaxtı ayrı-ayrı ölkələrə qarşı bəhanələrlə, ittihamlarla hücum edən qərb dövlətləri Fransada öz təbii haqlarını tələb edən insan haqları fəallarına qarşı həyata keçirilən represiyalara göz yumur və heç bir addım atmır. Kemi Sebanın həbsi ana dili hüquqları da daxil olmaq üzrə, bir sıra azadlıqları tələb edən insan haqları fəallarına qarşı Fransanın yanaşmasını növbəti dəfə göstərmiş olur", - deyə o qeyd edib.

Trend-in suallarını cavablandıran politoloq İlyas Hüseynov isə bildirib ki, Fransa dövləti öz ənənəsinə sadiq qalaraq, müxtəlif şəxsləri təqib edir, siyasi repressiyalar icra olunur.

O qeyd edib ki, xüsusilə Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan şəxslər xüsusi amansızlığa məruz qalırlar.

"Dənizaşırı ərazilərdə müstəqillik uğrunda mübarizə aparan şəxslərin Fransanın çirkin fəaliyyitnin qurbanı olması dəfələrlə müşayiət edilib. Hazırki dövrdə Kemi Seba Fransa polisləri tərəfindən saxlanılıb. Dünyada özünü demokratiya carçısı kimi təqdim edən Makron administrasiyası ilk növbədə öz əməllərinə nəzər salmalı, məkrli siyasəti ətrafında düşünməlidir.

Xalqların azadlıq sevgisi boğulmamalıdır. Xüsusilə siyasi çəkiyə, ictimai nüfuza malik şəxslərin təqib olunması Fransa dövlətinə başucalığı gətirmir. Əksinə Fransa haqqındakı mifik təffəkürləri alt-üst edir. Bununla Fransa iç üzünü göstərmiş olur. Bu addımlar Fransaya qarşı olan müqaviməti daha da gücləndirir və nəticədə Fransanın həm siyasəti ifşa olur, həm də onun müstəmləkəçilik siyasətinə qarşı olan qüvvələr həmrəylik nümayiş etdirirlər", - deyə o əlavə edib.

Xatırladaq ki, 3 oktyabr tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans keçirilib. Kemi Seba sözü gedən konfransda iştirak edib.

Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın "qara siyahı"sına salınıb.

Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd edib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

6 bürc üçün son 10 ilin ən xoşbəxt dövrü başladı like
  • 15 Okt 19:56  
Digərləri 6 bürc üçün son 10 ilin ən xoşbəxt dövrü başladı

Bu həftə inanılmaz şans və xoşbəxtlikdən həzz alacaq altı bürc üçü

arrow Ətraflı
Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürüldü like
  • 15 Okt 19:50  
Kriminal Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürüldü

Xocasən Sağlamlıq Mərkəzinin rüşvətə görə həbs edilən sabiq direkto

arrow Ətraflı
Keçmiş arvadı ondan 2 milyon dollar və ev tələb edir like
  • 15 Okt 19:43  
Digərləri Keçmiş arvadı ondan 2 milyon dollar və ev tələb edir

Rusiyalı boksçu Dmitri Bivolun keçmiş həyat yoldaşı Yekatirina Bivol sosi

arrow Ətraflı
"Dini kəbin heç Quranda da yoxdur"  Qalmaqallı açıqlama  FOTO like
  • 15 Okt 19:35  
Digərləri "Dini kəbin heç Quranda da yoxdur" Qalmaqallı açıqlama FOTO

"İslamdakı kəbin anlayışı bu gün bizdə Ədliyyə Nazirliyinə məxs

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 15 Okt 19:32  
Digərləri Azərbaycanda zəlzələ oldu

Cəlilabad rayonunda zəlzələ olub.

arrow Ətraflı
Bakıda küçədə əl qumbarası və avtomat tapıldı  FOTO like
  • 15 Okt 19:29  
Digərləri Bakıda küçədə əl qumbarası və avtomat tapıldı FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Şah İsmayıl Xətainin 1508ci ilə aid fərmanı təqdim edildi  FOTO like
  • 15 Okt 19:21  
Digərləri Şah İsmayıl Xətainin 1508ci ilə aid fərmanı təqdim edildi FOTO

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi və

arrow Ətraflı
Qadın avtobusda uşaq dünyaya gətirdi like
  • 15 Okt 18:56  
Digərləri Qadın avtobusda uşaq dünyaya gətirdi

İstanbulun Esenyurt rayonunda 35 həftəlik hamilə olan Hanife Mete müayinə

arrow Ətraflı
Bakıda avtomobil iki piyadanı vurdu, like
  • 15 Okt 18:30  
Digərləri Bakıda avtomobil iki piyadanı vurdu,

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
Tələbələrə ŞAD XƏBƏR: Bu məkanlarda xüsusi endirimlər olacaq like
  • 15 Okt 18:22  
Digərləri Tələbələrə ŞAD XƏBƏR: Bu məkanlarda xüsusi endirimlər olacaq

"TələbəPlus" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi il

arrow Ətraflı
Bu gecə bəzi bank kartları işləməyəcək like
  • 15 Okt 18:17  
Digərləri Bu gecə bəzi bank kartları işləməyəcək

Bu gecə 01:00-dan 07:00-a qədər "Azericard" prosessinq mərkəzind

arrow Ətraflı
Qadınları şantaj edən haker like
  • 15 Okt 18:15  
Kriminal Qadınları şantaj edən haker

Sosial şəbəkələrdə "Roman" adı ilə qadınları şantaj edən Y

arrow Ətraflı
Laçında tramvay xətti çəkiləcək like
  • 15 Okt 18:10  
Digərləri Laçında tramvay xətti çəkiləcək

"Yaxın zamanda Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, q

arrow Ətraflı
"Mənə taksi sürücüsü deyirlər" like
  • 15 Okt 18:02  
Şou-biznes "Mənə taksi sürücüsü deyirlər"

Rusiya məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov instaqram səhif

arrow Ətraflı
Yastıpəncəli kişilər hansı durumda hərbi xidmətə yararsızdırlar? like
  • 15 Okt 17:55  
Digərləri Yastıpəncəli kişilər hansı durumda hərbi xidmətə yararsızdırlar?

Yastıpəncəlik yeriyən zaman ayaq altında və üstündə, topuq oynağında

arrow Ətraflı