Şah İsmayıl Xətainin 1508ci ilə aid fərmanı təqdim edildi FOTO
Digərləri 15 Okt 2024 19:21:00 131 0
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi və ilk hökmdarı Şah İsmayıl Xətainin 1508-ci ilə aid fərmanının təqdimatı keçiriləcək.
Bu xəbəri də oxu: İkardi müğənni ilə FOTOsunu paylaşdı: Nara özündən çıxdı
Son.az oxu.az-a istinadən xəbər verir ki, Şah İsmayıl Xətainin sağlığında yazılan və müasir dövrümüzə qədər gəlib çatan 20 sənəddən biri olan bu unikal fərman İngiltərənin "Christies" hərracında alınıb, Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə ediləcək.
Tədbirdə qeyd olunub ki, bu fərman milli-mədəni irsimizin qorunmasına mühüm töhfədir.
Sözügedən fərman Şah İsmayıl Xətai tərəfindən hicri-qəməri təqvimi ilə 914-cü ilin səfər ayının 25-də (miladi təqvimi ilə 4 iyul 1508-ci il) imzalanıb. Fərmana əsasən, Şah İsmayıl Xətai paytaxt Təbrizdəki Xan Əhməd bağını ögey qardaşı Seyid Süleyman Mirzəyə bağışlayıb.
Fərman 2024-cü ilin aprel ayında Azərbaycan vətəndaşı tərəfindən "Christie's" hərracında satın alınıb. Fərman əvvəlki sahibi tərəfindən 1983-cü ilde London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbinin İranşünaslıq fakültesinin professoru Adrian Devid Hyu Bivardan satın alınıb. O, fars dilinde (fars xəttatlığına aid "qara şikəstə" adlı yazı üslubu əsasında) yazılıb.
Fərmana Şah İsmayıl Xətainin möhürü vurulub. Fərmanın mətnini təqdim edirik:
"O, Allahdır, ona həmd olsun! Rəhman və Rəhim olan Allahın adı ilə Ya Əli! Hökm yalnız Allaha məxsusdur! Əbül-Müzəffər İsmayıl Bahadur, Bizim Əmrimiz (sözümüz)! Qərar veririk ki, paytaxt Təbrizdə yerləşən Xan Əhməd bağı və əla seyid kimi şəxsiyyətin, xeyirli və sevimli qardaşın ixtiyarında olan bağlar Seyidlərin və dinin izzəti Seyid Süleyman Mirzənin və onun nümayəndələrinin (vukala) ixtiyarına keçməlidir. Oraya başqa heç kim daxil olmamalıdır. Burada yazılanlara əsasən Təbrizin divan işlərinin darğa, kələntər və mütəsəddiləri bunu həll olunmuş bir məsələ hesab etməlidirlər.
Bu baxımdan nə qədər ki, alicənab və ləyaqətli cümlətül-mülk, kəmalüd- dövlə vəl-iqbal Hüseyn bəy Lələ sahib çıxmayıb. Heç kim müdaxilə etməməlidir və hökmü dəyişdirməməlidir. Bunu öz öhdəlikləri hesab etməlidirlər. Bu, indi onların ixtiyarına keçməlidir. Axtarışlar aparılmamalıdır. Əlavə qeyd yoxdur. Səfər ayının 25-1, 914 (4 iyul 1508-ci il)"
Qeyd edək ki, fərmanda adı çəkilən qızılbaş sərkərdəsi Hüseyn bəy Lələ gənc qardaşlar İsmayılın və Süleyman Mirzənin Ağqoyunlu hakimiyyətinin təqiblərindən gizlənmələrinə kömək etməklə Qızılbaş hərəkatında mühüm rol oynayıb. Bu fərman Şah İsmayılın sağlığında yazılaraq müasir dövrümüzədək gəlib çatmış, tam, möhürlü və tuğralı olması ilə xüsusi əhəmiyyət daşıyır.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İstanbulun Esenyurt rayonunda 35 həftəlik hamilə olan Hanife Mete müayinə
"TələbəPlus" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi il
Bu gecə 01:00-dan 07:00-a qədər "Azericard" prosessinq mərkəzind
"Yaxın zamanda Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, q
Rusiya məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov instaqram səhif
Yastıpəncəlik yeriyən zaman ayaq altında və üstündə, topuq oynağında
Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan İtaliyaya diplomatik f�
Mərakeşə səfəri zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əl
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar &q
Ağdam "Çay evi" olduğu kimi bərpa olunaraq istifadəyə veriləcə
"Heç vaxt tamaşaçı məni belə görməmişdi. Ölkə bir-birinə dəydi
Hindistan "Pralay" kvaziballistik raketləri Ermənistana satmağa haz
Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi dünyasını dəyi�