“Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”
Digərləri 27 Yan 2024 06:38:00 259 0
"Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir".
Bu xəbəri də oxu: Paşinyan buna görə saqqalını qırxıbmış FOTO
Son.az report.az-a istinadən xəbər verir ki, bunu "TASS"a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
"Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir", - diplomatik missiyanın rəhbəri qeyd edib.
Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib.
"Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasında şəxsi rolunu yüksək qiymətləndirib", - diplomat vurğulayıb.
O, həmçinin, Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində danışdıqlarını da xatırladıb:
"Bu cür tədbirlər çərçivəsində dövlət rəhbərlərinin "ayaq üstə" qısa söhbətlər aparmaq fürsətindən istifadə etməsi adi bir təcrübədir. Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir və vurğulamaq istəyirəm ki, artıq yaxşı nəticələr verən birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi mövcuddur. Başımızın üstündə dinc səmaya ehtiyacımız var".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İran və Pakistan qarşılıqlı olaraq diplomatik missiyalarını bərpa edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi b
Gürcüstan Prezidenti Salome Zurabişvilinin saytı xakerlər tərəfindən sı
Bu gün ölkəmizin şimal bölgəsində müşahidə olunan günəşli və aydı
Ekspert Natiq Cəfərli AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı
Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları ("Bayraktar&qu
"WhatsApp" digər tətbiqlərin istifadəçiləri ilə çatları dəst
Aktrisa və müğənni Cennifer Lopes Paris küçələrində kameraların obyekt
Hollivud aktyoru Bred Pitt və fitnes məşqçisi İnes de Ramon valideyn olmaq
Makiyaj, şübhəsiz ki, qadınların daha yaxşı görünmək və başqalarınd
Müharibədə uduzmamaq üçün Ukraynaya 18 yaşından etibarən kişi və qad�
Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda 3,8 bal gücündə z
Sinəsində qəfildən başlayan və getdikcə şiddətlənən ağrı şikayəti
ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot Baydenin Meksika sərhədində
Rusiya ilə Finlandiya arasında bütün münasibətlər Helsinkinin günahı uc