Əliyev İrəvanın qaytarılması xəritəsini irəli sürür 3 variant


Siyasət 11 Yan 2024 21:05:00 359 0

Əliyev İrəvanın qaytarılması xəritəsini irəli sürür  3 variant

Prezident İlham Əliyevin 10 yanvarda yerli telekanallara müsahibəsində sərhədin delimitasiyası ilə bağlı dedikləri İrəvanın irəli sürdüyü "güzgü prinsipi"nin və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyinin Azərbaycan tərəfindən rədd edildiyini təsdiqlədi.

Son.az axar.az-a istinadən xəbər verir ki, Rəsmi Bakı delimitasiya ilə bağlı üç variant irəli sürür:

Birincisi, siyasi metodologiyaya əsaslanır;

Bu, Xalq Cümhuriyyəti dövründə Ermənistana verilən İrəvan da daxil olmaqla bütün Qərbi Azərbaycanın qaytarılmasını aktuallaşdırır. Əliyev bu variantda AXC və sovetləşmə dövrünün xəritələrini irəli sürür.

İkincisi, xronologiyaya əsaslanır;

Bura SSRİ-nin qurulmasından sonrakı xəritələr daxildir və delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar mövcuddur.

1926-cı ildən 1929-cu ilə qədər Azərbaycanın Qazax qəzasının 82 min hektara qədər əkin, 86 min hektara qədər otlaq sahəsi Ermənistana verilib, bununla Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirib. 1929-cu ildə Qazaxın sahəsi 4 min hektardan çox olan Şınıx-Ayrım meşələri ermənilərə "bağışlanıb". Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirilib.

1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə birləşdirilib. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin Kilit kəndinin əkin və otlaq sahələri daxildir.

1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirilib və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradılıb. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə bağışlanıb.

1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirilib.

Azərbaycan SSRİ-nin ilk xəritələrini gündəmə gətirməklə qanunsuz olaraq ermənilərə bağışlanan əraziləri tələb edir.

Üçüncüsü, xəritə məsələsi gündəmdən çıxarılır;

Əliyev bildirdi ki, bu variantda ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər, lakin buna qədər delimitasiya aparılmalı - sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan, Prezidentin də dediyi kimi, 44 günlük müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməyəcək.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Təyyarə havada olarkən doğuldu: sərnişinlər “cehiz” topladılar  FOTOlar like
  • 11 Yan 20:57  
Dünya Təyyarə havada olarkən doğuldu: sərnişinlər “cehiz” topladılar FOTOlar

Təyyarə havada olarkən sancısı tutan qadın uşaq dünyaya gətirib. Hadis�

arrow Ətraflı
Zelenski: "Müharibə göstərdi ki, Ukrayna NATOya üzvlüyə tam hazırdır" like
  • 11 Yan 20:53  
Dünya Zelenski: "Müharibə göstərdi ki, Ukrayna NATOya üzvlüyə tam hazırdır"

Müharibə göstərdi ki, Ukrayna NATO-ya üzvlüyə tam hazırdır.

arrow Ətraflı
Zelenskidən xaricdəki ukraynalılara: Ölkəyə qayıdın! like
  • 11 Yan 20:47  
Dünya Zelenskidən xaricdəki ukraynalılara: Ölkəyə qayıdın!

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinin həm Rusiya təcavüz

arrow Ətraflı
Zaurdan Elzaya : “Flora Kərimovaya dil uzatmaq...” like
  • 11 Yan 20:42  
Şou-biznes Zaurdan Elzaya : “Flora Kərimovaya dil uzatmaq...”

Teleaparıcı Zaur Nəbioğlu növbəti açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Azərbaycanda qohumunun uşaqlarına əxlaqsızlıq edən 70 yaşlı kişiyə hökm oxundu like
  • 11 Yan 20:37  
Digərləri Azərbaycanda qohumunun uşaqlarına əxlaqsızlıq edən 70 yaşlı kişiyə hökm oxundu

Oğuz rayonunda qohumunun 9 və 10 yaşlı iki qızına qarşı seksual xarakter

arrow Ətraflı
17 yaşlı oğlan faciəvi şəkildə öldü like
  • 11 Yan 20:34  
Digərləri 17 yaşlı oğlan faciəvi şəkildə öldü

Naxçıvanda dəm qazından zəhərlənən 17 yaşlı oğlan ölüb.

arrow Ətraflı
Erməni hərbçiləri buna görə öldürüblərmiş like
  • 11 Yan 20:31  
Dünya Erməni hərbçiləri buna görə öldürüblərmiş

Bir neçə gün öncə Ermənistan ordusunun Basarkeçərdə yerləşən mövqel

arrow Ətraflı
Ordumuz 8 kənddən dördünü belə azad edəcək: Digərləri isə...  Polkovnik açıqladı like
  • 11 Yan 20:25  
Digərləri Ordumuz 8 kənddən dördünü belə azad edəcək: Digərləri isə... Polkovnik açıqladı

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində yeni nüanslara to

arrow Ətraflı
İlin əvvəli bu bürclər üçün çətin keçəcək like
  • 11 Yan 20:20  
Digərləri İlin əvvəli bu bürclər üçün çətin keçəcək

Həyat uğur və uğursuzluqların növbələşməsidir. Hər şey həmişə bir

arrow Ətraflı
Elm və təhsil sahəsində yeni mərhələ  Yeni portal yaradıldı like
  • 11 Yan 20:14  
Digərləri Elm və təhsil sahəsində yeni mərhələ Yeni portal yaradıldı

Elm və təhsil sahəsinə dair müraciətlərin ünvanlanması və cavabların

arrow Ətraflı
“Nə olsun ki, Aygünü Suraxanıda dəfn ediblər...” like
  • 11 Yan 20:03  
Şou-biznes “Nə olsun ki, Aygünü Suraxanıda dəfn ediblər...”

Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) 3 gün öncə də

arrow Ətraflı
İrəvan Qarabağ erməniləri üçün yeni proqramı təsdiq etdi like
  • 11 Yan 19:58  
Dünya İrəvan Qarabağ erməniləri üçün yeni proqramı təsdiq etdi

Ermənistanda Qarabağdan könüllü köçən ermənilər üçün yeni proqram t

arrow Ətraflı
Ceyms O’Brayen: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik like
  • 11 Yan 19:54  
Siyasət Ceyms O’Brayen: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik

Biz Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasının

arrow Ətraflı
"Qeyrəti, namusu olan başqasının..."  Nura Suri like
  • 11 Yan 19:47  
Şou-biznes "Qeyrəti, namusu olan başqasının..." Nura Suri

"Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunu

arrow Ətraflı