“Nə olsun ki, Aygünü Suraxanıda dəfn ediblər...”


Şou-biznes 11 Yan 2024 20:03:00 173 0

“Nə olsun ki, Aygünü Suraxanıda dəfn ediblər...”

Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) 3 gün öncə dəfn olundu.

Mərhumun Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılması isə müzakirəsiz ötüşmədi. Bəziləri onun Fəxri Xiyabanda dəfn edilməsinin daha düzgün olacağını, bunun haqsızlıq olduğunu iddia etdi.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Xalq artisti Rasim Balayev danışıb. Aktyor sənətkarın ölümündən təsirləndiyini bildirib. O, dəfn yerinin heç bir məna kəsb etmədiyi qənaətində olduğunu deyib:

"Aygün Bəylər dünyasını dəyişdi, Allah rəhmət eləsin. Onu Suraxanı qəbiristanlığında, Yasamal qəbiristanlığında, yoxsa Fəxri Xiyabanda dəfn etdilər nə fərqi var?! Bir dəfə bu mövzu müzakirə olunanda rəhmətlik Xalq artisti Eldəniz Zeynalov yarızarafatla çox gözəl cavab vermişdi. Demişdilər ki, filankəsi Qanlı gölün yaxınlığında dəfn ediblər, aktyor da cavab vermişdi ki, "Hə, oranın havası yaxşıdır".

Bütün bunlar mənasız söz-söhbətlərdir. Aygün Bəylərə heyf oldu, o gözəl sənətkar idi. Bu da Allahın yazısı idi, düzdür, adam pis olur ki, yaşı çox deyildi, amma nə etmək olar, hərənin bir taleyi, alın yazısı var. Aygün Bəylərin istedadı, özünəməxsus oxu tərzi vardı. O, şou-biznesdəki hər kəsdən fərqlənirdi. Allah ona rəhmət eləsin, harada dəfn olunmağının nə fərqi var. Əvvəldən sanki "qanun" qoyublar ki, məşhurlar mütləq birinci, ikinci Fəxri Xiyabanda dəfn edilməlidir. İslam dinində belə şey yoxdur. Hətta bizim qoydurduğumuz dəbdəbəli başdaşları, heykəllər, şəkillər də dinimizdə yoxdur. İslam dininə görə balaca bir daş qoyulmalıdır və bir nəsil keçəndən sonra qəbir yeri itməlidir. Qəbir zamanla itməlidir. İndi qəbirə kəhkəşanlar qoşurlar, böyük heykəllər ucaldırlar. Bunlar hamısı mənasız şeylərdir." Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun  

İrəvan Qarabağ erməniləri üçün yeni proqramı təsdiq etdi like
  • 11 Yan 19:58  
Dünya İrəvan Qarabağ erməniləri üçün yeni proqramı təsdiq etdi

Ermənistanda Qarabağdan könüllü köçən ermənilər üçün yeni proqram t

arrow Ətraflı
Ceyms O’Brayen: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik like
  • 11 Yan 19:54  
Siyasət Ceyms O’Brayen: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik

Biz Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasının

arrow Ətraflı
"Qeyrəti, namusu olan başqasının..."  Nura Suri like
  • 11 Yan 19:47  
Şou-biznes "Qeyrəti, namusu olan başqasının..." Nura Suri

"Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunu

arrow Ətraflı
Azərbaycanda 700 min manata Quran satılır like
  • 11 Yan 19:41  
Digərləri Azərbaycanda 700 min manata Quran satılır

Azərbaycanda dünyanın ən kiçik ölçülü Quranı satılır.

arrow Ətraflı
Taksi sürücülərinin yeni fırıldağı: xidmətdən istifadə etmədən...  VİDEO like
  • 11 Yan 19:36  
Digərləri Taksi sürücülərinin yeni fırıldağı: xidmətdən istifadə etmədən... VİDEO

Son vaxtlar bəzi taksi sürücülərinin yeni fırıldağa əl atdıqları bild

arrow Ətraflı
Elnarədən Tünzalənin bu geyiminə reaksiya  FOTO like
  • 11 Yan 19:25  
Şou-biznes Elnarədən Tünzalənin bu geyiminə reaksiya FOTO

Müğənni Elnarə Xəlilova Xalq artisti Tünzalə Ağayeva ilə bağlı payla�

arrow Ətraflı
Bakıda oğlan küçədən keçənlərə yaxınlaşıb görün nə təklif etdi like
  • 11 Yan 19:18  
Digərləri Bakıda oğlan küçədən keçənlərə yaxınlaşıb görün nə təklif etdi

Bakıda gənc oğlan sosial eksperiment keçirməyə qərar verib. Son.az xə

arrow Ətraflı
Kafedə dava düşdü: Barista sevgilisinə elə hərəkət etdi ki...  VİDEO like
  • 11 Yan 19:03  
Digərləri Kafedə dava düşdü: Barista sevgilisinə elə hərəkət etdi ki... VİDEO

Türkiyənin Bakırköy bölgəsində bir kişi sevgilisi ilə gəldiyi kafenin

arrow Ətraflı
Tezliklə varlanacaq BÜRCLƏR like
  • 11 Yan 18:58  
Digərləri Tezliklə varlanacaq BÜRCLƏR

Yanvarın ortaları Bürc dairəsinin üç nümayəndəsi üçün dönüş nöqt

arrow Ətraflı
Bakını su ilə təmin edə biləcək böyük anbar varmış like
  • 11 Yan 18:45  
Digərləri Bakını su ilə təmin edə biləcək böyük anbar varmış

Bakının Yasamal rayonunda yerləşən yeraltı su anbarı şəhərin su təmin

arrow Ətraflı
Qaraşovun qardaşı oğlu hakim qarşısına çıxarılır like
  • 11 Yan 18:39  
Kriminal Qaraşovun qardaşı oğlu hakim qarşısına çıxarılır

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Q

arrow Ətraflı
İraqdan Türkiyəyə neft daşıyan tankerlə əlaqə kəsilib like
  • 11 Yan 18:29  
Digərləri İraqdan Türkiyəyə neft daşıyan tankerlə əlaqə kəsilib

İraqdan İzmirə neft gətirən tankerlə Oman sahillərində əlaqə kəsilib.

arrow Ətraflı
"Mən onun sayəsində Nigar olmuşam.”  VİDEO like
  • 11 Yan 18:23  
Şou-biznes "Mən onun sayəsində Nigar olmuşam.” VİDEO

Əməkdar artist Nigar Şabanova tək qalmaqdan və sınanmaqdan qorxduğunu aç

arrow Ətraflı