Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarında aktiv rol oynayır Ərdoğan
Siyasət 19 Sen 2023 08:53:00 449 0
Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır. Biz dəfələrlə Ermənistan tərəfi ilə danışıqlar apararaq sülh prosesinin sürətlənməsi istiqamətində addımlar atmışıq.
Bu xəbəri də oxu: Ərdoğan İlham Əliyevə başsağlığı ünvanlayıb
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı bu ilin iyun ayında Azərbaycana səfər edən amerikalı jurnalist, "Schirach Report" İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon Şiraxın sualını cavablandırarkən deyib.
"Qardaş ölkəniz olan Azərbaycanın dəvəti ilə Qarabağa getdim və bölgədə gördüklərim məni çox təsirləndirdi"- deyən jurnalist Türkiyənin iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində atdığı addımlar barədə Ərdoğana sual ünvanlayıb.
Türkiyə prezidenti isə cavabında bildirib ki, rəsmi Ankara bölgədə davamlı sülhün bərqərar olmasında çox ümidlidir və Azərbaycanın problemin həllindəki səylərini alqışlayır:
"Biz azərbaycanlı qardaşlarımızla bərabər bölgədə sülhün bərqərar olması üçün səylərimizi davam etdiririk. Türkiyə bu problemim həlli üçün bütün imkanlarını ortaya qoyub və hər iki tərəflə yaxından əlaqədədir. İki ölkə arasında sülhün bərpa olunması regiona öz töhfəsini verəcəyinə ümid edirik".
Fil Dişi Sahilində naməlum xəstəlik səbəbindən 7 uşaq ölüb, daha 59 u
Şəkinin M.Ə.Rəsulzadə küçəsində 4 nömrəli uşaq bağçasının yaxın
ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.
Türkiyədə tyuq dönərindən kütləvizəhərlənmə olub.
Amerikalı qadın tərkibində təhlükəli bakteriyalar olan balığı yedikd�
İtaliyanın Venesiya şəhəri dünyanın ən gözəl şəhərləri siyahısın
ABŞ-nin Minnesota Universitetinin alimləri immun T hüceyrələrini orqanizmə
Rusiyanın Moskva şəhərində həkimlər nəhəng yumurtalıq şişi olan xəs
Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-�
Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin
Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hör
Kamçatka yarımadasının şərq sahillərində 5 maqnitudalı zəlzələ qeyd�
Duzlu qəlyanaltılara qarşı durmaq çətindir, lakin sağlamlığımız üç�
Amerika Birləşmiş Ştatları yüklərin Ağdam-Xankəndi və Laçın-Xankənd