COVİDin yeni növü “Eris” Azərbaycana RİSK YARADIRMI? VİDEO
Digərləri 18 Sen 2023 13:36:00 418 0
3 ildir həyatımıza daxil olan və çıxmaq bilməyən koronavirus yenə mutasiya edib.
Bu xəbəri də oxu: Ballıcaya 32 il əvvəl Xocalını tərk etdiyi maşınla qayıdır
Son.az Xəzər TV-yə istinadən bildirir ki, COVİD-19-un yeni növü "Eris" ştamı adlanır. Bu ştam dünyada sürətlə yayılmaqdadır. Belə ki, dünyanın 52 ölkəsində "Eris"ə sürətlə yoluxmalar qeydə alınıb.
Təhlükəli vəziyyət Türkiyə qədər gəlib çatıb. Qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə 9 nəfərin yeni ştama yoluxduğunu açıqlayıb və virusla mübarizədə ənənəvi qabaqlayıcı tədbirlərin görülməsini tövsiyə edib.
Rusiyada isə sabahdan etibarən lokal şəkildə tibbi maskadan istifadə olunması üçün məhdidiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur.
Azərbaycanda da COVİD-19 infeksiyasına yoluxma halları artıb. Ötən həftə ölkəmizdə 126 nəfər virusa yoluxub.
ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, İnsanlar özlərini qorumağa davam etməlidirlər. Yeni ştammlar dünyada geniş yayılırsa, demək onlar Azərbaycanda da ortaya çıxacaq deyə Hande Harmancı qeyd edib.
"Eris" ştammına yoluxmanın simptomları arasında boğaz ağrısı, ishal, qoxu və dadbilmənin itməsi, öskürək, əzələ və baş ağrıları, burun axması və nəfəs darlığı daxildir. Bundan əlavə, bu ştamm xroniki xəstəlikləri və zəif immun sistemi olan insanlarda aşağı tənəffüs yollarında funksional pozğunluqlara səbəb ola bilər. Bütün ehtimalları nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Ediləcək olanlar isə bəllidir. Tibbi maskalardan istifadə olunmalı, xəstəliyin simptomları olan şəxslərdən uzaq durmalı, şəxsi gigiyeniyaya riayət edilməlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzab
Türkiyədə ürəkparçalayan olay yaşanıb.
Mən Azərbaycana 25 ildən çoxdur səfər edirəm. Xocalı soyqırımı haqqı
Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xan
"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahıs
Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federas
İyulun 24-də ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri tər
Əsas yerləşdirmədən sonra ali təhsil müəssisələrinə qəbul olunan ş�
Qarabağdakı qondarma rejim Rusiya sülhməramlıları ilə birlikdə Ermənist
"Tik-Tok" şəbəkəsində böyük izləyici səhifəsi olan, "Fi
Biz itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll etməyə
"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi ilə yüklərin daşınmas�
Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallar
Sentyabrın 19-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanı
Astroloqlar dəyişikliyə can atanların nələrə diqqət etməli olduqların�