"Yuqoslaviya kimi, Azərbaycan da bu əzabı yaşayan dövlətdir"
Digərləri 18 Sen 2023 13:28:00 406 0
Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzabını yaşayan dövlətdir.
Bu xəbəri də oxu: Təyyarə qəzasında yaralanan Azərbaycan vətəndaşları Bakıya gətirildi
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Serbiya Respublikasının keçmiş xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri Vuk Jeremiç "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransda video müraciəti zamanı deyib.
Onun sözlərinə görə, itkin düşən şəxslərin taleyinin araşdırılması ilə əlaqədar bəzi nailiyyətlərə baxmayaraq, məsələ hələ də qaranlıq olaraq qalır.
"Hazırda müharibə nəticəsində, təəssüf ki, Ukraynada itkin düşən insanların sayı 24 minə çatıb və bu sadəcə dəhşətdir".
V.Jeremiç qeyd edib ki, bu işdə birgə atılan addımlar mümkün nəticənin əldə edilməsi üçün vacib şərtdir.
"Ona görə də bəşəriyyət əleyhinə işlənən cinayətlərə qarşı əməkdaşlıqlarımızı bundan sonra da davam etdirməliyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.
Türkiyədə ürəkparçalayan olay yaşanıb.
Mən Azərbaycana 25 ildən çoxdur səfər edirəm. Xocalı soyqırımı haqqı
Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xan
"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahıs
Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federas
İyulun 24-də ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri tər
Əsas yerləşdirmədən sonra ali təhsil müəssisələrinə qəbul olunan ş�
Qarabağdakı qondarma rejim Rusiya sülhməramlıları ilə birlikdə Ermənist
"Tik-Tok" şəbəkəsində böyük izləyici səhifəsi olan, "Fi
Biz itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll etməyə
"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi ilə yüklərin daşınmas�
Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallar
Sentyabrın 19-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanı
Astroloqlar dəyişikliyə can atanların nələrə diqqət etməli olduqların�
Xaçmazın Həsənqala kəndi ərazisində yerləşən "Həsənqala" t