Bakıda məktəbli avtobuslarının təşkili nəyi dəyişəcək?


Digərləri 05 Fev 2025 08:34:00 106 0

Bakıda məktəbli avtobuslarının təşkili nəyi dəyişəcək?

Azərbaycanda ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadə təşkil olunacaq.

Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, Azərbaycanda məktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində ciddi dəyişikliklərə səbəb olacaq bir təşəbbüsdür.

"Bu sistemin tətbiqi bir neçə mühüm aspektdə müsbət təsir göstərəcək: şagirdlərin təhlükəsizliyi, yol hərəkətində intizamın artırılması, nəqliyyat sıxlığının azaldılması, valideynlər üçün əlavə rahatlıq və ekoloji faydalar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məktəb avtobuslarının tətbiqi həm şagirdlərin rifahına, həm də şəhər infrastrukturunun daha səmərəli işləməsinə xidmət edir".

K.Əsədov vurğulayıb ki, məktəb avtobusları, ilk növbədə, şagirdlərin təhlükəsizliyini təmin edir.

"Xüsusilə ibtidai və orta məktəb şagirdləri üçün bu sistem vacibdir, çünki onlar fərdi nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan istifadə edərkən müəyyən risklərlə qarşılaşa bilərlər. Piyada keçidlərində qəza ehtimalı, şəhər nəqliyyatında sıxlıq və xaos, eləcə də valideynlərin daim övladlarının yol təhlükəsizliyi ilə bağlı narahatlığı məktəb avtobuslarının əhəmiyyətini artırır. Avtobuslar xüsusi marşrutlarla hərəkət etdiyindən və təcrübəli sürücülər tərəfindən idarə olunduğundan, şagirdlərin evdən məktəbə və məktəbdən evə təhlükəsiz şəkildə çatdırılması təmin edilir".

Mərkəz rəhbəri qeyd edib ki, bununla yanaşı, məktəb avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatındakı tıxacları azaltmağa kömək edəcək.

"Hazırda Bakı və digər iri şəhərlərdə səhər saatlarında və dərs bitdikdən sonra yollarda ciddi sıxlıq müşahidə olunur. Bunun əsas səbəblərindən biri valideynlərin övladlarını fərdi avtomobillərlə məktəbə aparıb-gətirməsidir. Məktəb avtobuslarının tətbiqi ilə bu yük azalacaq, yollar daha az yüklənəcək və nəqliyyat axını daha səmərəli təşkil olunacaq. Həmçinin, bu sistem sürücülərin yol hərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarının qarşısını alacaq və piyadaların təhlükəsizliyini artıracaq.

Məktəb avtobuslarının başqa bir üstünlüyü valideynlər üçün əlavə rahatlıq yaratmasıdır. Hal-hazırda bir çox valideyn iş saatlarına uyğun olaraq övladlarını məktəbə aparmaq və gətirmək üçün ciddi vaxt itkisi ilə qarşılaşır. Xüsusilə səhər saatlarında həm işə, həm də məktəbə yetişmək üçün sıxlıqla mübarizə aparmaq çətinlik yaradır. Məktəb avtobusları bu problemi həll edərək valideynlərə gündəlik planlamalarını daha rahat tənzimləmək imkanı verəcək. Eyni zamanda, yanacaq və nəqliyyat xərclərinin azalması da ailə büdcəsinə müsbət təsir edəcək.

Sabahdan külək yenidən güclənəcək like
  • 05 Fev 08:26  
Digərləri Sabahdan külək yenidən güclənəcək

Sabahdan külək yenidən güclənəcək.

arrow Ətraflı
Zelenski bununla manyak olduğunu göstərdi  Zaxarova like
  • 05 Fev 08:20  
Digərləri Zelenski bununla manyak olduğunu göstərdi Zaxarova

Vladimir Zelenskinin nüvə silahlarının Ukraynaya ötürülməsi zərurəti i

arrow Ətraflı
Yıldız Tilbenin üzü yandı like
  • 05 Fev 08:13  
Şou-biznes Yıldız Tilbenin üzü yandı

Türkiyənin ekstravaqant və qalmaqallı müğənnisi Yıldız Tilbe xoşagəlm

arrow Ətraflı
Suriyada Türkiyə hərbi bazaları yerləşdirilə bilər like
  • 05 Fev 08:06  
Digərləri Suriyada Türkiyə hərbi bazaları yerləşdirilə bilər

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəra Türkiyə Prezidenti R�

arrow Ətraflı
Stoltenberqə Norveçdə yüksək vəzifə verildi like
  • 05 Fev 08:01  
Dünya Stoltenberqə Norveçdə yüksək vəzifə verildi

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq, Norveçin Baş naziri Yonas Qar

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 05 Fev 07:54  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar ol

arrow Ətraflı
Çində güclü zəlzələ oldu like
  • 05 Fev 07:51  
Dünya Çində güclü zəlzələ oldu

Çinin Sincan-Uyğur Muxtar bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə a

arrow Ətraflı
"Bir səhər gözümü açdım və gördüm ki..." like
  • 05 Fev 07:40  
Şou-biznes "Bir səhər gözümü açdım və gördüm ki..."

"Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis etdiyi

arrow Ətraflı
Bill Qeyts indiyə qədər 100 milyard dollardan çox yardım edib like
  • 05 Fev 07:28  
Dünya Bill Qeyts indiyə qədər 100 milyard dollardan çox yardım edib

Texnologiya nəhəngi "Microsoft"un rəhbəri Bill Qeyts bu günə qə

arrow Ətraflı
Bu həftə 5 bürc pul içində üzəcək like
  • 05 Fev 07:15  
Digərləri Bu həftə 5 bürc pul içində üzəcək

Bir neçə bürc üçün bu həftə maliyyə baxımından xüsusilə uğurlu ola

arrow Ətraflı
“Nə qədər olar, adamın üzü gəlmir...” like
  • 05 Fev 07:01  
Şou-biznes “Nə qədər olar, adamın üzü gəlmir...”

Aktyor Elməddin Cəfərov "Qapqara" yutub layihəsindəki açıqlamas

arrow Ətraflı
Paşinayn: Ermənistan buna hazırdır like
  • 05 Fev 06:55  
Siyasət Paşinayn: Ermənistan buna hazırdır

Ermənistan Aİ-nin missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş

arrow Ətraflı
Ailə həkimi ixtisasına maraq niyə yoxdur? like
  • 05 Fev 06:47  
Digərləri Ailə həkimi ixtisasına maraq niyə yoxdur?

Ölkədə ailə həkimi ixtisası üzrə tədris həyata keçirilsə də, əksə

arrow Ətraflı
Seda Sayan da sələmçidən pul götürübmüş  Milyonlarla borcu var  FOTO like
  • 05 Fev 06:33  
Şou-biznes Seda Sayan da sələmçidən pul götürübmüş Milyonlarla borcu var FOTO

"Məşhurların sələmçisi" kimi tanınan Örfi Bilginlə bağlı is

arrow Ətraflı
Üzdəki qırışların qarşısını necə almaq olar? like
  • 05 Fev 06:19  
Digərləri Üzdəki qırışların qarşısını necə almaq olar?

Dəri qocalmasının təbii bir proses olmasına baxmayaraq, düzgün baxım və

arrow Ətraflı