“Xınalıq kəndi və Köç yolu” UNESCOnun İrs Siyahısına salındı


Digərləri 18 Sen 2023 13:08:00 349 0

“Xınalıq kəndi və Köç yolu” UNESCOnun İrs Siyahısına salındı

"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar verilib.

Dövlət Turizm Agentliyindən Son.az-a verilən məlumatda bildirilib ki, agentlik tərəfindən hazırlanan nominasiyaya əsasən Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin, onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.

UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs "Xınalıq və Köç yolu mədəni landşaftı" adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nominasiya sənədini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, bu sənəddəki köç yolunun nümunəvi tarixi-iqtisadi model kimi təkcə Azərbaycanın deyil, bütün dünya irsinin nadir nümunələrindən olduğunu qeyd edib.

Fuad Nağıyev ölkəmizin maddi və qeyri-maddi irsinin qorunub saxlanması sahəsinə göstərilən daimi diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edərək məhz bu dəstək sayəsində Xınalıq və Köç yolu ənənələrinin Ümumdünya İrs Ərazisinə salınmasının mümkün olduğunu bildirib.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir.

Dünya İrs siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.

İlk dəfə olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan "Xınalıq və Köç yolu mədəni landşaftı" adlı nominasiya Dünya İrsinin 3-cü (iii) və 5-ci (v) meyarları ilə qeydə alınıb. 3-cü meyar Xınalıq icmasının tarixən köçəri heyvandarlıqla məşğul olduğu vertikal köçəri mədəniyyətinin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin tarazlığı, çətin iqlim şəraitində eko-sosial münasibətlər sisteminin inkişafı və təbiət resurslarından dayanıqlı istifadənin müstəsna nümunəsi kimi təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb.

Beləliklə, "Xınalıq və Köç yolu" Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi oldu. Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs siyahısına daxil edilib.

Qeyd edək ki, bir gün öncə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xatırladaq ki, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılıb. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir. Son.az

Prezident yol tikintisinə 11 milyon manat ayırdı like
  • 18 Sen 13:04  
Siyasət Prezident yol tikintisinə 11 milyon manat ayırdı

Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federas

arrow Ətraflı
Qiyməti dəyişən Taksi xidmətinin keyfiyyəti də dəyişdimi?  VİDEO like
  • 18 Sen 13:03  
Digərləri Qiyməti dəyişən Taksi xidmətinin keyfiyyəti də dəyişdimi? VİDEO

İyulun 24-də ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri tər

arrow Ətraflı
Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı like
  • 18 Sen 13:02  
Digərləri Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Əsas yerləşdirmədən sonra ali təhsil müəssisələrinə qəbul olunan ş�

arrow Ətraflı
Qondarma rejim Ermənistana getmək istəyən Qarabağ ermənilərindən bu qədər pul istəyir like
  • 18 Sen 13:00  
Siyasət Qondarma rejim Ermənistana getmək istəyən Qarabağ ermənilərindən bu qədər pul istəyir

Qarabağdakı qondarma rejim Rusiya sülhməramlıları ilə birlikdə Ermənist

arrow Ətraflı
Ermənistan itkin düşən şəxslərlə bağlı təşəbbüsümüzə cavab vermir  Fariz Rzayev like
  • 18 Sen 12:50  
Siyasət Ermənistan itkin düşən şəxslərlə bağlı təşəbbüsümüzə cavab vermir Fariz Rzayev

Biz itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll etməyə

arrow Ətraflı
Separatçıların yolu daraldı  Rusiyadan cavab like
  • 18 Sen 12:42  
Digərləri Separatçıların yolu daraldı Rusiyadan cavab

"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi ilə yüklərin daşınmas�

arrow Ətraflı
Ramzan Kadırov hazırda haradadır? like
  • 18 Sen 12:41  
Dünya Ramzan Kadırov hazırda haradadır?

Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallar

arrow Ətraflı
Leysan olacaq, dolu düşəcək, qar yağacaq like
  • 18 Sen 12:36  
Digərləri Leysan olacaq, dolu düşəcək, qar yağacaq

Sentyabrın 19-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanı

arrow Ətraflı
Bu BÜRCLƏR payızda yeni iş tapacaq like
  • 18 Sen 12:30  
Digərləri Bu BÜRCLƏR payızda yeni iş tapacaq

Astroloqlar dəyişikliyə can atanların nələrə diqqət etməli olduqların�

arrow Ətraflı
Xaçmazda e.ə III minilliyə aid insan skeleti tapıldı like
  • 18 Sen 12:28  
Digərləri Xaçmazda e.ə III minilliyə aid insan skeleti tapıldı

Xaçmazın Həsənqala kəndi ərazisində yerləşən "Həsənqala" t

arrow Ətraflı
Sərxanın başına iş gəldi: “Harada əxlaqsız qadın varsa, məni tapır” like
  • 18 Sen 12:19  
Şou-biznes Sərxanın başına iş gəldi: “Harada əxlaqsız qadın varsa, məni tapır”

Aylar əvvəl ziyarət üçün Mədinəyə gedən aktyor və aparıcı Sərxan K

arrow Ətraflı
Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır like
  • 18 Sen 12:18  
Digərləri Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır

Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin i

arrow Ətraflı
" AğdamXankəndi və LaçınXankəndi yollarından paralel istifadəni təmin etməyə hazırıq"  XİN like
  • 18 Sen 12:08  
Siyasət " AğdamXankəndi və LaçınXankəndi yollarından paralel istifadəni təmin etməyə hazırıq" XİN

Öz suveren torpağında yeganə qərar qəbul edən ölkə olan Azərbaycan uzu

arrow Ətraflı
Azərbaycanda yeni qanun qəbul edilir like
  • 18 Sen 12:07  
Digərləri Azərbaycanda yeni qanun qəbul edilir

Azərbaycanda "Energetika haqqında" yeni qanununun layihəsi müzakir

arrow Ətraflı