Həbrçilərə Bakı və Sumqayıtda mənzillər veriləcək Nazirlik AÇIQLADI
Digərləri 27 Dek 2024 14:27:00 70 0
512 nəfər hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq.
Bu xəbəri də oxu: "Çox istərdim ki, Hökuməyə "Milli Qəhrəman" adı verilsin" FOTO
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.
Nazir bildirib ki, bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini diqqətə çatdıran komissiyanın sədri qeyd edib ki, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş 35 milyon manat vəsait hesabına daha 512 tam təmirli mənzil alınaraq Komisiyyanın qərarı ilə hərbi qulluqçulara verilməsi təmin olunmalıdır.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.
Komissiya həmçinin, hazırda mənzil növbəsində olan 381 nəfər hərbi qulluqçunun Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunmasına, eyni zamanda, 131 nəfər hərbi qulluqçuya mənzilin verilməsinə dair məsələnin 2025-ci ilin fevral ayında keçiriləcək iclasda mənzillərin Müdafiə Nazirliyi tərəfindən püşkatma yolu ilə növbəsi çatmış hərbi qulluqçular arasında bölgüsünün nəticələri əsasında baxılması qərara alınıb.
"Qəzadan sonra 29 saniyə zənglə danışdıq".
Rusiya Prezidenti Vladimir Putin 2025-ci ildə Ukrayna konfliktinin sona çataca
Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Ru
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentli
Pandemiya dövründə COVID-19-un əsasən tənəffüs yollarına təsir etdiyi
Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi
Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında tətbiq edilən müvəqq�
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış ya
Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə, Azərbaycanda dəfn ol
2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib.
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Ver
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Saxta spirt zəhərlənməsi çox təhlükəli ola bilər və vaxtında müdaxil
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci il üçün yaşay�
"Baby Driver" filmində rol alan Hudson Meek avtomobildən yıxılaraq