İstədiyini ye və arıqla:
Digərləri 18 Sen 2023 05:00:00 329 0
İstədiyini ye və arıqla - bu, qeyri-real səslənir, lakin alimlər bunun artıq mümkün ola biləcəyini elan ediblər.
Son.az oxu.az-a istinadən xəbər verir ki, elm adamlarının bu barədə araşdırmalarının nəticələri "IFLScience" jurnalında dərc olunub.
Məqalədə qeyd olunub ki, siçanlar üzərində aparılan təcrübə zamanı beyində rasionu dəyişdirmədən əlavə çəkini atmağa kömək edə biləcək bir növ "düymə" aşkar edilib. Eyni təsirlər insanlarda müşahidə olunarsa, bu, standart pəhrizlərlə əlaqəli aclıq və dietik məhdudiyyətlər olmadan çəki idarə etməyə imkan verən yeni müalicələrə səbəb ola bilər.
Bədənimiz qidaları emal edir və beyinin lateral hipotalamus (LHA) kimi tanınan sahəsi ətrafında enerji mərkəzləri yaradır. Yağ toxuması adlandırılan bədənimizin yağ ehtiyatlarına siqnal göndərən də məhz odur.
Yeni araşdırmada elm adamları siçanlar üzərində təcrübələr vasitəsilə bu prosesin necə getdiyini öyrənməyə çalışıblar. Məlum olub ki, qidayla əlaqədar kökələn siçanların LHA sahəsində GABRA5- müsbət neyronların fəaliyyəti yavaşlayıb.
Elm adamları bunu yoxlamaq üçün kimyəvi maddələrlə GABRA5 neyronlarının fəaliyyətini daha da yavaşladıblar. Nəticədə gəmiricilərin çəkisi artmağa davam edib.
Bu tapıntı onları əks effekt axtarmağa ruhlandırıb, alimlər GABRA5 neyronlarını aktivləşdirmək qərarına gəlirlər. Bunun üçün isə təsadüf nəticəsində "Neurobiogen biotexnoloji" şirkətinin tamamilə başqa məqsədlə hazırladığı və neyronları aktivləşdirən dərmandan (KDS2010) istifadə ediblər. Nəticədə preparatın təsirindən kök siçanlar qida qəbulunu azaltmadan arıqlamağa başlayıblar.
Beləliklə, tədqiqatın müəllifləri rasionu dəyişmədən arıqlamağa imkan verən "düyməni" tapa bildiklərini elan ediblər.
İyulda Hollivudun ən gözəl aktrisalarından biri hesab olunan Sofiya Verqara
Ayaq biləyində iz buraxan corablar bəzi xəstəliklərin əlaməti ola bilər
Müğənni-aktyor Cared Leto narkotik maddələrlə bağlı problemlərinin oldu
Dermatoloqlar pivənin qaralmağa necə təsir etdiyini açıqlayıblar.
54 yaşlı avstraliyalı aktyor Hyu Cekman və onun həyat yoldaşı, 67 yaşlı
Psixiatr Yuri Vyalba emosional gərginliyin ən yüksək həddə çatdığı zam
Rusiyalı aktyor və rejissor İqor Keçayev uzun sürən xəstəlikdən sonra 6
Amerikalı müğənni Keti Perrinin keçmiş əri, britaniyalı aktyor və komed
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Belçikada qəbul edilən qərar ölkədə rezonans doğurub.
ÜST Çini Covid-19-un mənşəyi haqqında daha çox məlumat verməyə çağı
Uzun müddətdir filmlərdən uzaq qalan aktrisa Pərvin Abıyeva son zamanlar v
Ötən həftə "Bakı Metropoliteni"i pilot layihə kimi QR ödəniş
Şimali Koreya tərəfindən nüvə zərbəsi endirilərsə, Pxenyandakı rejimi