Sərgilədiyi ikili standartlar bu ölkəyə dünyada nifrət qazandırıb
Siyasət 17 Sen 2023 11:50:00 413 0
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Amerika Birləşmiş Ştatlarının dünyada və ayrı-ayrı bölgələrdə baş verən proseslərə beynəlxalq hüququn norma və prinsiplərindən, humanizm dəyərləri kontekstindən deyil, oğru, soyğunçu və quldur ədası ilə yanaşması təsadüfi deyil. Təməlində bütün sivil mədəniyyətlərə yad amillərin dayandığı bir dövlətdən ədalətli və əxlaqlı davranış gözləmək sadəlöhvlük olardı.
Dünyada elə bir ölkə yoxdur ki, klassik dövlətçilik anlayışı ilə uzlaşmayan 247 illik tarixində ABŞ qədər saysız-hesabsız cinayətlər törətsin. Mübaliğəli görünsə də, ABŞ-ın işğal, soyğunçuluq, kütləvi qətlimalarla zəngin olan tarixi elə bu ölkənin özünün yaşı qədərdir: 1852-ci ildə Argentina, 1853-cü ildə Nikaraqua, 1855-ci ildə Uruqvay, 1856-cı ildə Panama, 1860-cı ildə Kolumbiya, 1866-cı ildə Meksika, 1867-ci ildə Tayvan, 1868-ci ildə Yaponiya, 1871-ci ildə Koreya, 1882-ci ildə Misir, 1893-cü ildə Havay, 1898-ci ildə Samoa və Filippin ABŞ-ın işğalına və hərbi müdaxiləsinə məruz qalıb. Filippinin işğalı zamanı amerikalılar 34 minə yaxın hərbçini və 200 min mülki şəxsi qətlə yetiriblər.
Bu barədə Trend-ə siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatların öz tarixi boyu, o cümlədən Birinci və İkinci Dünya müharibələrində törətdiyi insanlıq əleyhinə cinayətlərin sayı o qədər çoxdur ki, bu şər imperiyasının qanlı əməllərini sadalamaqla və istinad etməklə əhatə etmək mümkün deyil.
ABŞ hansı ölkəyə ayaq basıbsa, oraya müharibə, aclıq, səfalət və uzun illər davam edən vətəndaş müharibələri, qarşıdurmalar gətirib. Bu gün dünyanın müxtəlif bölgələrində, xüsusilə Ərəbistan yarımadası və Aralıq dənizi hövzəsində baş verən dəhşətli insan faciələrinə nəzər salsaq, doğmaları qətlə yetirilən, evlərindən didərgin düşən hər insanın taleyində ABŞ cinayətlərinin izini görmək mümkündür.
Birləşmiş Ştatların vaxtilə "kimyəvi silah" bəhanəsi ilə müdaxilə etdiyi İraq hələ də bir dövlət olaraq sabitliyinə qovuşa bilməyib və faktiki olaraq işğal altındadır. Hazırda Suriyada, Liviyada baş verənlər Birləşmiş Ştatların və onunla eyni cinayətləri bölüşənlərin üz qarasıdır.
Siyasi ekspert qeyd edib ki, ABŞ beynəlxalq müstəvidə üzərinə götürdüyü öhdəliklərin heç birinə nəinki əməl etməyib, hətta BMT Nizamnaməsinin və digər beynəlxalq hüququn normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərinin gözdən salınması üçün əlindən gələni əsirgəməyib. Vaxtilə Ukraynanın müasir dünyada çəkindirici amil kimi mühüm əhəmiyyət kəsb edən nüvə silahından məhrum edilməsində aparıcı rol oynayan və bunun qarşılığında onun ərazi bütövlüyünə təminat verən Vaşinqtonun bu ölkəni öz geosiyasi maraqları üçün necə qarşıdurma elementinə çevirdiyi göz qabağındadır. Vaşinqton yenicə müstəqilliyini əldə etmiş ölkələrə geosiyasi maraqlarının tilovundakı yem kimi yanaşır və onun oyunlarında iştirak etmək istəməyən, gerçək müstəqillik yolunu tutan dövlətlərə isə ən müxtəlif vasitələrdən istifadə etməklə təzyiq göstərməyə çalışır.
"Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğuna və Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT qətnamələrinə səs verməsinə baxmayaraq, ərazilərimizin işğal altında olduğu zaman kəsiyində Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqlayan "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişi etməsi simasızlığın, ikili standartların bariz nümunəsidir.
Məhz bu amillər Birləşmiş Ştatlara bütün dünyada nifrət qazandırıb və bu nifrətin özünü bir çox hallarda qabarıq büruzə verməməsinin səbəbi də bu şər imperiyasının qlobal təbliğat-təxribat mexanizmlərinə sahib olması, ağlasığmaz bəhanə, yalan və böhtan kampaniyaları ilə həqiqəti söyləyənləri hədəfə almasıdır. Amma bu gün dünyada baş verən qlobal geosiyasi dəyişikliklər birqütblü və riyakar "dünya"nın, onu öz maraqlarının girovuna çevirənlərin məntiqi sonluğunun yaxınlaşdığını göstərir. Riyakarlıq və simasızlığın "demokratiya və insan haqları" adı altında təqdim olunması artıq mümkün deyil", - deyə Elçin Mirzəbəyli vurğulayıb.
Gələn il NATO Soyuq Müharibə bitdikdən sonra 40 mindən çox hərbçinin i�
ABŞ sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi ma
ABŞ dövlət katibi Antoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş ş
"Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində
Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini bərabərhüquqlu tərəfd
Aktrisa Çimnaz Sultanova son paylaşımı ilə gündəmə səs salıb.
Yaxşı yumor hissi insanın xarakterinin qeyri-adi cazibəsidir. Astroloqlar yu
Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iş
"Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həya
Son.az Kulis.az-a istinadən xanəndə haqqında maraqlı faktları təqdim edir
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün
Müğənni Zeynəb Həsənin başına bədbəxt hadisə gəlib. Son.az biz
Yağlı qıdaların, şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərdə p