Fransa kimi, ABŞ da vasitəçi statusunu itirəcək?


Siyasət 17 Sen 2023 11:35:00 448 0

Fransa kimi, ABŞ da vasitəçi statusunu itirəcək?

Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini bərabərhüquqlu tərəfdaşlıq əsasında formalaşdırır. Önəmli olan daxili işlərə qarışmamaq və ikili standartlardan uzaq olmaqdır. Təəssüf ki, Amerika Birləşmiş Ştatları bu prinsipi yenə pozmaqla məşğuldur. Amerikalı rəsmilər bir tərəfdən Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətindən danışır, digər tərəfdən son günlər ermənipərəst konqresmenlərlə səs-səsə verərək Azərbaycan əleyhinə açıqlamalar yayırlar. Konqresdə Qarabağla bağlı dinləmələrdə səslənən absurd fikirlər buna sübutdur. Birincisi, sizə kim ixtiyar verib ki, Azərbaycanın tərkib hissəsi ilə bağlı dinləmələr keçirirsiniz? İkincisi, bu nə dinləmələrdir ki, ancaq bir tərəfin mövqeyi dinlənilir və əsassız şəkildə dəstəklənir? Dinləmələrdə bir konqresmen və bir ABŞ rəsmisi demədi ki, Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları vacibdir, məsələlərin həlli yolu bundan keçir. ABŞ-da yaşayan kimsə və ya hansısa etnik qrup bəyan etsə ki, onlar yerli qanunlarla yaşamaq istəmirlər, orada yaşamağa davam edə bilərlərmi? Bizim də tələbimizi eynidir: Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunları ilə yaşamalı və Azərbaycan pasportuna malik olmalıdır. Vəssalam! Amerika Birləşmiş Ştatlarının rəsmiləri və konqresmenləri 30 ildə Azərbaycan torpaqlarının işğalı ilə bağlı dinləmələr bir yana, bircə kəlmə də demədilər, Xocalı soyqırımına, şəhər, kənd və qəsəbələrimizin, məscidlərin dağıdılmasına seyrçi qaldılar. İndi də tutublar ki, "Azərbaycan Qarabağda qayda-qanun yaratmamalıdır". Maraqlıdır, amerikalı konqresmenlər və rəsmilər eyni sözləri Ukrayna, Moldova və Gürcüstan üçün niyə demirlər? Halbuki Azərbaycanın tərəfdaşı olan bu ölkələrdə də separatçı bölgələr mövcuddur və Vaşinqton bu ölkələrin ərazi bütövlüklərini birmənalı şəkildə dəstəkləyir və bu ölkələrdə separatizmi birmənalı şəkildə pisləyir. ABŞ Konqresində Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələri ilə bağlı dinləmələr keçirmək heç kimin ağlına gəlməz. Ancaq bizə gəldikdə, Qarabağla bağlı "dinləmələr" keçirməyi özlərinə borc bilirlər. Qarabağ separatizminin bu ölkələrdəki separatizmdən nə fərqi var?

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev səsləndirib.

O qeyd edib ki, separatizm ümumi bəladır və bu bəlaya münasibət eyni olmalıdır. Buna baxmayaraq, Vaşinqton erməni separatizminə sevgisini gizlədə bilmir və bu, ikili standartların bariz nümunəsidir. Necə olur ki, başda Ukrayna olmaqla, ABŞ Rusiya ilə bütün məsələlərdə əks-fikirdədir, ancaq Qarabağ məsələsində sanki Rusiyanın erməni separatizmini daha çox dəstəkləməsini və bəsləməsini istəyir. Vaşinqtonda onu da unudurlar ki, onların dəstək göstərdiyi Ukrayna Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığa üstünlük verir. Ukrayna və Azərbaycan bir-birilərinin ərazi bütövlüklərini dəstəkləyir. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir, mülki məqsədlər üçün bu ölkəyə yanacağını əsirgəmir, valideynlərini itirmiş ukraynalı uşaqlar mütəmadi olaraq ölkəmizdə dincəlir və psixoloji reabilitasiyadan keçirlər. Ermənistan Ukrayna üçün bunların heç birini etmədiyi halda Vaşinqton yenə rəsmi İrəvana və Qarabağ separatçılarına simpatiyasını gizlətmir. ABŞ Konqresi Ermənistanla birgə dəfələrlə Qarabağ separatçılarına da maliyyə dəstəyi ayırıb. Erməni separatçıların təmsilçiləri əvvəlki illərdə ABŞ-da müxtəlif tədbirlərə dəvət olunub, okeanın o tayında "Qarabağa yardım" kampaniyaları təşkil ediblər, separatçıların "bayrağı" Vaşinqton və Los-Anceles şəhərlərində dalğalanıb.

"ABŞ özünü dünyada demokratiyanın beşiyi kimi qələmə verir. Ancaq yaxın tarixdə ABŞ silahlı qüvvələrinin İraqa, Suriyaya və Liviyaya müdaxilələrinin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi olmayıb. Bu bölgələrdə yüz minlərlə insan həlak olub, ölkələr viran qalıb, demokratiya əvəzinə, anarxiya və terror tüğyan edib. ABŞ Əfqanıstanda guya "Taliban"la savaşırdı, lakin sonda ölkəni və paytaxt Kabili həmin "Taliban"a təhvil verib tələsik bu ölkəni tərk etdi. Belə misalların sayı çoxdur. ABŞ bir çox qitədə, o cümlədən Cənubi Amerika, Afrika və Avrasiyada öz dar maraqları uğrunda mübarizə aparır. ABŞ keçmiş sovet məkanında da maraqlarını təmin etmək uğrunda "döyüşür", Soros kimi fırıldaqçıları "qeyri-hökumət təşkilatlarına dəstək" adı altında yeni inqilablara təşviq edirdi. Bu oyunlar Azərbaycanda baş tutmadı, çünki Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev kənar müdaxilələrə imkan vermədilər, ölkəmiz bölgədə sabitlik adasına çevrildi. Ancaq sakitləşmək olmaz. LGBT, "NO WAR"çılar, kimi qeyri-milli qüvvələr yenidən meydana çıxarmağa çalışırlar, USAID təşkilatı da əl atından həmin qruplara maliyyə ayırmaqla məşğuldur", - deyə A.Əliyev vurğulayıb.

Vurğulanıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə qazandıqdan sonra Ermənistana barış əli uzatdı, ərazi bütövlüklərinin qarşılıqlı tanınması ilə sülh sazişinin imzalanmasını təklif etdi. Ermənistan sülhdən boyun qaçırır. Vaşinqton bölgədə həqiqi sülh və əməkdaşlıq istəyirsə, Ermənistana sülh sazişi ilə bağlı təsirini artırmalıdır. Ancaq ABŞ-dakı dairələr bunun əvəzinə Azərbaycanı hədələmək yolunu tutublar. ABŞ Dövlət katibi Antoni Blinken Ağdam-Xankəndi yolu ilə Laçın yolunun paralel açılmasını əvvəlcə dəstəklədi, ancaq sonra nə baş verdisə, ancaq Laçın yolunun açılması "vacibliyi"ni səsləndirməyə başladılar. İndi ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Bononu bölgəyə göndəriblər. Ancaq Dövlət Departamentində onun rəhbəri Yuri Kim Konqresdə Azərbaycanı hədələyən çıxış edibsə, Lui Bononun səfərindən də müsbət nəticə gözləməyə dəyməz.

"Bu siyasətlə ABŞ-ın Fransadan fərqi qalmayacaq. Fransa İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra ermənipərəst mövqeyi ilə vasitəçi statusunu itirib. ABŞ da eyni yolu getməyə davam edəcəksə, Vaşinqton da vasitəçi statusunu itirmək təhlükəsi ilə üzləşəcək. Bu isə onun Cənubi Qafqazdakı maraqlarının zəifləməsinə yol açacaq. Çünki Cənubi Qafqazın açar dövləti Azərbaycandır və əgər hansısa böyük güc Azərbaycan əleyhinə siyasət yürüdürsə, daxili işlərimizə qarışırsa, həmin dövlətin regionumuzda möhkəmlənmək şansı yoxdur", - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

" "Generalım”, dünyanın ən yaxşı...” like
  • 17 Sen 11:30  
Şou-biznes " "Generalım”, dünyanın ən yaxşı...”

Aktrisa Çimnaz Sultanova son paylaşımı ilə gündəmə səs salıb.

arrow Ətraflı
Türkiyəli aktrisa xəstəxanalıq oldu like
  • 17 Sen 11:24  
Şou-biznes Türkiyəli aktrisa xəstəxanalıq oldu

Türkiyəli aktrisa Ceyda Düvenci xəstəxanalıq olub.

arrow Ətraflı
Yumor hissi güclü olan like
  • 17 Sen 11:12  
Digərləri Yumor hissi güclü olan

Yaxşı yumor hissi insanın xarakterinin qeyri-adi cazibəsidir. Astroloqlar yu

arrow Ətraflı
Türkiyədə helikopter su anbarına düşdü like
  • 17 Sen 11:02  
Digərləri Türkiyədə helikopter su anbarına düşdü

Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iş

arrow Ətraflı
Kamaləddin Qafarov: “ Mərkəzi Asiya ölkələri ilə münasibətlər dinamik inkişaf edəcək” like
  • 17 Sen 11:00  
Siyasət Kamaləddin Qafarov: “ Mərkəzi Asiya ölkələri ilə münasibətlər dinamik inkişaf edəcək”

"Ölkə Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həya

arrow Ətraflı
Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti like
  • 17 Sen 10:49  
Kriminal Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti

Son.az Kulis.az-a istinadən xanəndə haqqında maraqlı faktları təqdim edir

arrow Ətraflı
Hacıqabulda ağır yol qəzası like
  • 17 Sen 10:39  
Digərləri Hacıqabulda ağır yol qəzası

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Bu gün XİNə işə qəbul imtahanı keçirilir like
  • 17 Sen 10:37  
Digərləri Bu gün XİNə işə qəbul imtahanı keçirilir

Bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün

arrow Ətraflı
Zeynəb Həsənini "Torqovı"da meymun DİŞLƏDİ like
  • 17 Sen 10:25  
Şou-biznes Zeynəb Həsənini "Torqovı"da meymun DİŞLƏDİ

Müğənni Zeynəb Həsənin başına bədbəxt hadisə gəlib.   Son.az biz

arrow Ətraflı
Qaraciyəri bərpa edən like
  • 17 Sen 10:13  
Digərləri Qaraciyəri bərpa edən

Yağlı qıdaların, şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərdə p

arrow Ətraflı
Xəzər dənizində zəlzələ olub like
  • 17 Sen 10:01  
Digərləri Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Erməni silahlılarının növbəti təxribatının qarşısı alındı like
  • 17 Sen 10:00  
Digərləri Erməni silahlılarının növbəti təxribatının qarşısı alındı

Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yer

arrow Ətraflı
Moskvaya dron hücumu oldu like
  • 17 Sen 09:49  
Dünya Moskvaya dron hücumu oldu

Rusiyanın Moskva vilayətinə dron hücumu olub.

arrow Ətraflı
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək like
  • 17 Sen 09:37  
Digərləri Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda in

arrow Ətraflı
Yenidən sevgili olduqlarını belə təsdiqlədi like
  • 17 Sen 09:25  
Şou-biznes Yenidən sevgili olduqlarını belə təsdiqlədi

Türkiyəli aktrisa Müjde Uzmanla müğənni Sinan Akçıl yenidən eşq yaşad

arrow Ətraflı