NASA mütəxəssisi Meksikada nümayiş olunan “yadplanetli mumiyalar”a münasibət bildirdi
Digərləri 16 Sen 2023 08:25:00 422 0
NASA-nın naməlum anomal hadisələrlə bağlı hesabatının işlənməsində iştirak edən astrofizik David Spurgel Meksika parlamentində nümayiş etdirilən "yadplanetli mumiyaları"ndan danışıb.
Bu xəbəri də oxu: Deputat Nizami Səfərov SanktPeterburqda keçirilən beynəlxalq konfransda iştirak edib
Son.az APA-ya istinadən bildirir ki, NASA-nın mətbuat konfransı zamanı jurnalistlərdən biri astrofizikdən Peruda tapıldığı iddia edilən "canlı"larla bağlı Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıb-saxlamadığı və onun bu tapıntılara əhəmiyyət verib-vermədiyi barədə soruşub. Spurgel cavab verib ki, o, Meksikada nümayiş olunan "yadplanetlilər" haqqında ancaq internetdən məlumatlıdır. Astrofizik deyib ki, onların həqiqiliyini yalnız mütəxəssislər qiymətləndirə bilər. Onun sözlərinə görə, 50 il əvvəl Aydakı torpaq nümunələri Yer üzünə gətirilərkən, dünya alimləri tərəfindən onun tədqiqatı təmin edilib. Bu vəziyyətdə də eyni edilməlidir. "Əgər qəribə bir şeyiniz varsa, dünya elmi ictimaiyyətinə nümunələr təqdim edin və bunun nə olduğunu görək", - deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 12-də ufoloq Xayme Maussan Meksika parlamentində üçbarmaqlı əlləri və ayaqları olan mumiyalanmış "yadplanetlilər" adlandırdığı skletlər nümayiş etdirib. O, onların Perudakı Naska yaylasında aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu canlıların DNT-si insan DNT-sindən üçdəbir qədər fərqlənir ki, bu da onların Yerdən kənar mənşəyini sübut edir. O, həmçinin qeyd edib ki, onların min ildən çox yaşı var.
Maussan ilk dəfə deyil ki, Naska yaylasından mumiyalanmış üçbarmaqlı yadplanetlilər haqqında danışır. 2015-ci və 2017-ci illərdə də onun tapıntıları olub. Ekspertlərin fikrincə, onlar qədim dini ayinlər zamanı kəllə sümükləri deformasiyaya uğramış uşaqların qalıqlarıdır. Lakin bəziləri də həmin sümüklərin yadplanetlilərə aid olduğunu bildirirlər.
Qarışqanın başı mikroskop altında 1000 dəfə böyüdülərək çəkildikd
Sankt-Peterburqda ticarət mərkəzini əhatə edən güclü yanğında 5 avtomo
Bakının Xəzər rayonununda ağır xəsarətlə nəticələnən döyülmə had
Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silah
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbə
Süni intellektə malik "chatbot" ChatGPT ABŞ-dan olan uşağa diaqno
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası ("Data Protection C
Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisə
Astroloqlar yaxın zamanda fürsətləri dəyərləndirib maddi güzəranını y
Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynanmış su içir
Əməkdar artist Yusif Mustafayev ona təklif olunan 30 minlik toydan imtina edi
Qanda şəkərin yüksək olması çox təhlükəlidir. Şəkər damarların ən
Aktyor Türkan Cəfərli vəfat edən atası ilə bağlı paylaşım edib.