Ermənistanın növbəti uğursuz cəhdi... Ötən ilin bu gününə qayıdış


Digərləri 13 Sen 2023 17:36:00 358 0

Ermənistanın növbəti uğursuz cəhdi...  Ötən ilin bu gününə qayıdış

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsindən bir il ötür.

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə döyüş toqquşması baş verib.

Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Nəticədə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi, Azərbaycan çox mühüm yüksəklikləri nəzarətə götürdü. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, rəsmi məlumata görə 224, əslində isə 400-dən artıq canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Bütün bunlar cəmi 7 saat ərzində baş verdi. Bu döyüş nəticəsində Ermənistanın planları alt-üst oldu, cəhdlləri uğursuzluqla nəticələndi. 

Müdafiə Nazirliyindən verilən məlumata görə 2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusunun 71 hərbçisi şəhid olub. Azərbaycan əsgəri qəhrəmanlıq, şücaət, igidlik göstərərək vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin qisası artıqlaması ilə alındı və onların qanı yerdə qalmadı.

Mövcud vəziyyətlə əlaqədar olaraq sentyabrın 13-də prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib. Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan sülh danışıqlarından hələ də boyun qaçırır. Onlar regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüslərə və atılan addımlara zərbə vurur. Ermənistan bu kimi təxribatlarına dəfələrlə layiqli cavab almasına baxmayaraq hələ də nəticələrdən dərs çıxarmır, sülhdən yayınaraq mövqelərimizi atəşə tutmağa davam edir.

İslam Son.az

Hüseyn onu aldatmaq istəyən şəxsin nömrəsini paylaşdı like
  • 13 Sen 17:22  
Şou-biznes Hüseyn onu aldatmaq istəyən şəxsin nömrəsini paylaşdı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu onu aldatmaq istəyən dələduzun n

arrow Ətraflı
İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi başlayır like
  • 13 Sen 17:19  
Digərləri İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi başlayır

27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı i

arrow Ətraflı
"Ermənistan daha Moskvaya arxalana bilməz"  Paşinyan like
  • 13 Sen 17:11  
Siyasət "Ermənistan daha Moskvaya arxalana bilməz" Paşinyan

"Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz&q

arrow Ətraflı
Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb  DİN like
  • 13 Sen 17:05  
Digərləri Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb DİN

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasit

arrow Ətraflı
"Milyonçu" şousunda mükafat 5 milyona qalxdı like
  • 13 Sen 16:53  
Şou-biznes "Milyonçu" şousunda mükafat 5 milyona qalxdı

Kənan İmirzalıoğlunun təqdimatı ilə ATV ekranlarında yayımlanan "M

arrow Ətraflı
Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi like
  • 13 Sen 16:46  
Siyasət Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları

arrow Ətraflı
Dəhşətli qəzada həlak olan AQTA əməkdaşının ürəkdağlayan FOTOsu like
  • 13 Sen 16:42  
Digərləri Dəhşətli qəzada həlak olan AQTA əməkdaşının ürəkdağlayan FOTOsu

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdə-Tərtər yolunda Qida T

arrow Ətraflı
Bilet qiymətinin yüksək olması turist sayının artmasına imkan vermir like
  • 13 Sen 16:20  
Digərləri Bilet qiymətinin yüksək olması turist sayının artmasına imkan vermir

Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yara

arrow Ətraflı
Bakı Mühəndislik Universitetinə təyin olunan yeni rektor kimdir? like
  • 13 Sen 16:19  
Digərləri Bakı Mühəndislik Universitetinə təyin olunan yeni rektor kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Havar Əmir oğlu Məmmədov B

arrow Ətraflı
Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir? like
  • 13 Sen 16:14  
Digərləri Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir?

Prezident İlham Əliyevin imzladığı Sərəncamla Rüfət Eyvaz oğlu Əzizov

arrow Ətraflı
“Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin  VİDEO like
  • 13 Sen 15:58  
Digərləri “Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin VİDEO

Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla

arrow Ətraflı
Daha bir rektor vəzifəsindən azad edilib like
  • 13 Sen 15:55  
Digərləri Daha bir rektor vəzifəsindən azad edilib

Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzif�

arrow Ətraflı
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir like
  • 13 Sen 15:54  
Digərləri Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidm

arrow Ətraflı