Bakı metrosu: "İşdən azad edilmiş maşinist sükan arxasında mobil telefonda film izləyib"


Digərləri 31 Avq 2023 15:58:00 286 0

Bakı metrosu: "İşdən azad edilmiş maşinist sükan arxasında mobil telefonda film izləyib"

Yeni nəsil qatarların idarəetmə kabinalarında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə bu ilin mart-aprel aylarında keçirilmiş növbəti mütəmadi yoxlama zamanı qatar maşinisti Günay Həbiblinin idarəetmədən yayınmaqla şəxsi mobil cihazdan istifadə edərək film izlədiyi, mobil telefonla danışıqlar apardığı, sosial medianı izləməsi aşkarlanıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qurum bir qədər əvvəl işdən azad etdiyi maşinistin ona qarşı ittihamlarına münasibət bildirib.

"Maşinist 2023-cü il aprel ayının 3-də yol verdiyi ciddi xidməti xətaya görə intizam tənbehinə cəlb edilib. Şəxsi mobil rabitədən istifadə qadağan edildiyi halda, onun bu qaydanı pozması daxil olmaqla, məsələlərin geniş araşdırılması aparılıb.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı metropoliteninin müvafiq normativ aktları və təlimatlarını, prosedur qaydalarını, o cümlədən hərəkət və sərnişin təhlükəsizliyi tələblərini kobud şəkildə pozmuş maşinistin hər hansısa güzəşt tətbiq edilmədən qatar maşinisti vəzifəsindən kənarlaşdırılmasının qaçılmazlığı müəyyən edilib.

Ümumiyyətlə, yol verdiyi nöqsan və xətalara görə Bakı metropolitenində maşinist kimi çalışdığı dövrdə Günay Həbibliyə intizam tənbehi tədbirləri tətbiq edilib. Bakı metropolitenində hərəkət və sərnişin təhlükəsizliyi ən əsas vəzifə hesab edildiyindən hər bir hadisə, o cümlədən yol verilən hər bir xəta və nöqsanlar fərdi qaydada araşdırılır və müvafiq tədbirlər görülür, ölçülər götürülür. Bu mənada məhz sərnişin təhlükəsizliyi baxımından maşinistlərə heç bir fərq qoyulmadan xüsusi güzəşt və imtiyazlar yolverilməzdir", - deyə açıqlamada qeyd olunub.

Bakı Metrosundan o da bildirilib ki, maşinist vəzifəsindən azad edilmiş G.Həbibliyə metroda başqa iş təklif edilsə də o həmin təklifi qəbul etməyib: "2023-cü il may ayının 4-də G.Həbibli maşinistlikdən azad edilməklə, ona başqa iş təklif olunub. İntizam nizamnaməsinə uyğun olaraq, ciddi nöqsanlara yol verən maşinistlər vəzifədən azad edilərkən, başqa vəzifə və ya peşədə çalışmaları üçün iş təklif edilir. Bununla bağlı bir çox nümunələr göstərmək olar. G.Həbibliyə daha əvvəllər çalışdığı platforma növbətçisi peşəsi üzrə iş təklif olunsa da, xanım təklif olunan işdən imtina etdiyindən, 2023-cü il iyunun 17-də şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib".

Qurum həmçinin xanım maşinistin mediaya verdiyi açıqlamaların əsassız olduğunu da açıqlayıb: "Mediaya açıqlama və müsahibələrinə əsasən, G.Həbiblinin səhvlərə yol verməməsi ilə bağlı israrla yayılan məlumatlar əsasında ictimaiyyətdə yarana biləcək çaşqınlıq, işçiyə qərəzli münasibət göstərilməsi ilə bağlı formalaşa biləcək qeyri-obyektiv fikirlərə münasibətdə bildiririk ki, "Bakı Metropoliteni"ndə istənilən işçinin sosial vəziyyəti, bir sıra spesifik sahələrdə işçilərin psixoloji durumu və digər məsələlər nəzərə alınaraq diqqətdə saxlanılır, müvafiq dəstək verilir. Bir işçinin, ələlxüsus qatar maşinistlərinin formalaşmasına, peşə qabiliyyətinin yüksəldilməsinə sərf olunan vaxt, çəkilən zəhmət və s. nəzərə alınmaqla, "Bakı Metropoliteni"nin işçilərə həssas, diqqətli yanaşması ilə bağlı şübhələr tam əsassızdır. Bildiririk ki, G.Həbibliyə heç bir zaman qərəzli münasibət göstərilməyib, xanımın yol verdiyi nöqsanların aradan qaldırmasına daim şərait yaradılıb, ona bütün mümkün dəstək verilib, işə münasibətini dəyişməsi ilə bağlı şifahi xəbərdarlıqlar edilib.

Son hadisələr G.Həbiblinin işinə qeyri-ciddi yanaşdığını və müvafiq tədbirlərin qaçılmazlığını göstərib. Tutduğu vəzifə və mövqeyindən asılı olmayaraq, "Bakı Metropoliteni"ndə işçilərin fəaliyyəti normativ sənədlərlə tənzimlənir. Bu və digər intizam tədbirləri işçinin sosial və digər mümkün statusuna görə deyil, yalnız hadisə, xəta və nöqsanların müvafiq qaydada təsnifatına uyğun tətbiq edilir".

Maşinistin işdən azad edilməsi ilə bağlı ilk xəbəri "Report" yayıb. Xanım mediaya açıqlamasında işdən azad edilmə səbəbinin başqa olduğunu, onun haqqında dezinformasiya yayıldığını bildirib. Son.az

Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlama vaxtı elan olundu like
  • 31 Avq 15:54  
Digərləri Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlama vaxtı elan olundu

Sabahdan 2023/2024-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə bo�

arrow Ətraflı
Bölgələr Selin "əsir"liyindən qurtula bilmir like
  • 31 Avq 15:43  
Digərləri Bölgələr Selin "əsir"liyindən qurtula bilmir

Rayonlara yağan leysan yağışlar bır sıra fəsadlara səbəb olub.

arrow Ətraflı
Dünyada Super Mavi Ay belə göründü like
  • 31 Avq 15:32  
Digərləri Dünyada Super Mavi Ay belə göründü

Xəbər verdiyimiz kimi, avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikin

arrow Ətraflı
Ombudsmandan ermənilərin Azərbaycan səfirliyinə hücumuna REAKSİYA like
  • 31 Avq 15:22  
Digərləri Ombudsmandan ermənilərin Azərbaycan səfirliyinə hücumuna REAKSİYA

Azərbaycanın Livandakı Səfirliyinə qarşı erməniəsilli şəxslər tərə

arrow Ətraflı
Elcan: "Yerli icra orqanından bir nəfər də gəlmədi" like
  • 31 Avq 15:21  
Şou-biznes Elcan: "Yerli icra orqanından bir nəfər də gəlmədi"

Xəbər verdiyimiz kimi, aparıcı-aktyor Elcan Rəsulov yaşadığı binanın b

arrow Ətraflı
Meyxana ustadının son vəziyyəti açıqlanıb like
  • 31 Avq 15:16  
Şou-biznes Meyxana ustadının son vəziyyəti açıqlanıb

Ustad meyxanaçı Kərimin vəziyyəti pisləşib.

arrow Ətraflı
Bakıda piyadalar belə vuruldu  Qəza anı  VİDEO like
  • 31 Avq 15:10  
Digərləri Bakıda piyadalar belə vuruldu Qəza anı VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (

arrow Ətraflı
Fransa Azərbaycana qarşı təxribatları davam etdirir  QAİ like
  • 31 Avq 14:53  
Digərləri Fransa Azərbaycana qarşı təxribatları davam etdirir QAİ

Fransa Azərbaycana qarşı təxribatları davam etdirir. Bu dəfə estafet Pari

arrow Ətraflı
Universitetlərə qəbul balları niyə aşağı düşüb? like
  • 31 Avq 14:49  
Digərləri Universitetlərə qəbul balları niyə aşağı düşüb?

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanı ötən illərdən kifayə

arrow Ətraflı
XİNdən Paşinyana cavab like
  • 31 Avq 14:46  
Siyasət XİNdən Paşinyana cavab

31 avqust tarixində hökumət iclasında çıxışı zamanı növbəti dəfə A

arrow Ətraflı
Nura: "Zatən hamı öləcək, rahat olun" like
  • 31 Avq 14:38  
Şou-biznes Nura: "Zatən hamı öləcək, rahat olun"

"Birini sevən insan heç vaxt qüruruna qurban edə bilməz. Qüruruna qur

arrow Ətraflı
Zakir Həsənov Ankarada türkiyəli həmkarı ilə görüşüb  VİDEO like
  • 31 Avq 14:28  
Digərləri Zakir Həsənov Ankarada türkiyəli həmkarı ilə görüşüb VİDEO

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada Azərbaycanın m�

arrow Ətraflı
Priqojinin ölümü: like
  • 31 Avq 14:27  
Dünya Priqojinin ölümü:

Ukraynada yerləşdirilən rus qoşunları ərzaq çatışmazlığı ilə üzlə

arrow Ətraflı
“X” sosial şəbəkəsi istifadəçilərin biometrik məlumatlarını toplayacaq like
  • 31 Avq 14:16  
Digərləri “X” sosial şəbəkəsi istifadəçilərin biometrik məlumatlarını toplayacaq

"X" sosial şəbəkəsi məxfilik siyasətini yeniləyib və istifadə

arrow Ətraflı
Qubaya icra başçısı təyin edilən İlqar Mahmudov kimdir?  DOSYE like
  • 31 Avq 14:10  
Siyasət Qubaya icra başçısı təyin edilən İlqar Mahmudov kimdir? DOSYE

Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyy�

arrow Ətraflı