Ombudsmandan ermənilərin Azərbaycan səfirliyinə hücumuna REAKSİYA


Digərləri 31 Avq 2023 15:22:00 253 0

Ombudsmandan ermənilərin Azərbaycan səfirliyinə hücumuna REAKSİYA

Azərbaycanın Livandakı Səfirliyinə qarşı erməniəsilli şəxslər tərəfindən törədilən təxribatla bağlı bəyanat yayıb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, Ermənistan tərəfindən tarix boyu Azərbaycan-türk diplomatlarına qarşı terror siyasəti həyata keçirilib, cari ildə həmin siyasətin bu gün də dəstəklənməsinin rəmzi olaraq "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılışı keçirilib:

"Bu siyasətin nəticələrindən biri kimi çıxış edən növbəti hal Livanda baş verib, 50-yə yaxın erməniəsilli şəxs Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyinin inzibati binası qarşısında toplaşaraq boya ilə doldurulmuş, partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb, hasarlara zərbə vurub və müxtəlif şüarlar səsləndirib.

Səfirliyin heyəti arasında xəsarət alan olmasa da, bu kimi hallar azərbaycanlı diplomatların həyat və sağlamlığına zərər vurulması məqsədilə törədilən təxribat kimi qiymətləndirilməlidir. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldiyi zaman təxribatı törətmiş şəxslərin oranı tərk etməsi onlar barədə müvafiq məsuliyyət tədbirlərinin görülməsinin qarşısını almamalıdır".

Ombudsman vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, səfirlik binaları toxunulmazdır və hər hansı, müdaxilədən, zərər vurulmasından mühafizə edilməlidir:

"Hər bir dövlət diplomatik xidmət orqanlarının təhlükəsizliyinin təmini ilə bağlı zəruri tədbirləri görməlidir.

Təəssüf ki, bundan öncə də bir neçə dəfə Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə ermənilər tərəfindən hücumlar edilmiş, müxtəlif vandalizm aktları törədilib. Livandakı səfirliyimizin önündə də ötən il bu cür insident yaşanıb. Bu səbəbdən ermənilərin aksiya keçirmək adı ilə radikal hücumlarını davam etdirməsi və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən, ittihamyönümlü əsassız şüarlar səsləndirməklə zorakı əməllər törətməsi ciddi narahatlıq doğurur.

Bildirmək istərdim ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət təbliğatının daha kəskin hal alması ilə bağlı dəfələrlə açıq müraciətlərimiz olub. Belə ki, bu Azərbaycanofobiya siyasətinin davam etdirilməsi Ermənistanla yanaşı, onun hüdudlarından kənarda da ermənilər tərəfindən müxtəlif formalarda Azərbaycanı hədəfə alan əməllərin törədilməsinə gətirib çıxarır.

Bu baxımdan, bütün xarici dövlətləri "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməyə, diplomatik nümayəndəliklərin hədəfə alınması hallarını qəti şəkildə pisləməyə, zəruri məsuliyyət tədbirlərinin görülməsinə dəstək verməyə çağırıram".

Qeyd edək ki, Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Son.az

Elcan: "Yerli icra orqanından bir nəfər də gəlmədi" like
  • 31 Avq 15:21  
Şou-biznes Elcan: "Yerli icra orqanından bir nəfər də gəlmədi"

Xəbər verdiyimiz kimi, aparıcı-aktyor Elcan Rəsulov yaşadığı binanın b

arrow Ətraflı
Meyxana ustadının son vəziyyəti açıqlanıb like
  • 31 Avq 15:16  
Şou-biznes Meyxana ustadının son vəziyyəti açıqlanıb

Ustad meyxanaçı Kərimin vəziyyəti pisləşib.

arrow Ətraflı
Bakıda piyadalar belə vuruldu  Qəza anı  VİDEO like
  • 31 Avq 15:10  
Digərləri Bakıda piyadalar belə vuruldu Qəza anı VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (

arrow Ətraflı
Fransa Azərbaycana qarşı təxribatları davam etdirir  QAİ like
  • 31 Avq 14:53  
Digərləri Fransa Azərbaycana qarşı təxribatları davam etdirir QAİ

Fransa Azərbaycana qarşı təxribatları davam etdirir. Bu dəfə estafet Pari

arrow Ətraflı
Universitetlərə qəbul balları niyə aşağı düşüb? like
  • 31 Avq 14:49  
Digərləri Universitetlərə qəbul balları niyə aşağı düşüb?

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanı ötən illərdən kifayə

arrow Ətraflı
XİNdən Paşinyana cavab like
  • 31 Avq 14:46  
Siyasət XİNdən Paşinyana cavab

31 avqust tarixində hökumət iclasında çıxışı zamanı növbəti dəfə A

arrow Ətraflı
Nura: "Zatən hamı öləcək, rahat olun" like
  • 31 Avq 14:38  
Şou-biznes Nura: "Zatən hamı öləcək, rahat olun"

"Birini sevən insan heç vaxt qüruruna qurban edə bilməz. Qüruruna qur

arrow Ətraflı
Zakir Həsənov Ankarada türkiyəli həmkarı ilə görüşüb  VİDEO like
  • 31 Avq 14:28  
Digərləri Zakir Həsənov Ankarada türkiyəli həmkarı ilə görüşüb VİDEO

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada Azərbaycanın m�

arrow Ətraflı
Priqojinin ölümü: like
  • 31 Avq 14:27  
Dünya Priqojinin ölümü:

Ukraynada yerləşdirilən rus qoşunları ərzaq çatışmazlığı ilə üzlə

arrow Ətraflı
“X” sosial şəbəkəsi istifadəçilərin biometrik məlumatlarını toplayacaq like
  • 31 Avq 14:16  
Digərləri “X” sosial şəbəkəsi istifadəçilərin biometrik məlumatlarını toplayacaq

"X" sosial şəbəkəsi məxfilik siyasətini yeniləyib və istifadə

arrow Ətraflı
Qubaya icra başçısı təyin edilən İlqar Mahmudov kimdir?  DOSYE like
  • 31 Avq 14:10  
Siyasət Qubaya icra başçısı təyin edilən İlqar Mahmudov kimdir? DOSYE

Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyy�

arrow Ətraflı
Salam Beynəlxalq Yeniyetmə Film Festivalı  üçüncü gün like
  • 31 Avq 14:07  
Kriminal Salam Beynəlxalq Yeniyetmə Film Festivalı üçüncü gün

Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının üç�

arrow Ətraflı
Fransa Ermənistanı nə vaxta qədər müdafiə edə biləcək? like
  • 31 Avq 14:05  
Siyasət Fransa Ermənistanı nə vaxta qədər müdafiə edə biləcək?

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makron prezident İlham Əliy

arrow Ətraflı
Daha bir aparıcı "Space Tv" ilə yollarını ayırdı like
  • 31 Avq 13:54  
Şou-biznes Daha bir aparıcı "Space Tv" ilə yollarını ayırdı

Aparıcı və müğənni Fariz İlyasov çalışdığı "Space Tv" il�

arrow Ətraflı
Qondarma rejimin yeni "başçısı" kimdir?  DOSYE like
  • 31 Avq 13:43  
Digərləri Qondarma rejimin yeni "başçısı" kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Qarabadakı qondarma rejimin "rəhbəri" Aray

arrow Ətraflı