XİNdən Paşinyana cavab
Siyasət 20 İyn 2023 18:06:00 314 0
20 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan Parlamentində çıxışı zamanı 44 günlük müharibə zamanı və ümumilikdə, işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etməklə yanaşı, bir daha göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib.
Bu xəbəri də oxu: COP29: Azərbaycanın qlobal miqyasda uğuru
Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəsdən dərhal sonra müharibə zonasından kənar mülki əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutmasını və mülki əhalini qətlə yetirməsini danması Ermənistan tərəfinin faktları necə təhrif etdiyini bir daha nümayiş etdirir.
"Azərbaycanın guya 2011-ci ildən silahlanmanı və təxribatları artırmaqla vəziyyəti gərginləşdirdiyi barədə iddialara gəldikdə qeyd edək ki, Azərbaycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib. Bütün bunlara baxmayaraq, Baş nazir Paşinyan tərəfindən şəxsən 2018-2019-cu illərdə nümayiş etdirilən təhrikçi ritorika da daxil olmaqla, uzun illər ərzində Ermənistan tərəfindən törədilən təcavüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur.
Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və post-münaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir", - deyə vurğulanıb.
Bakının Nərimanov rayonunda "Rza" və "Milad" adlı iranl
Tanınmış reper Epinin (Əkbər Novruzlu) 8 gündür itkin düşən Qarayeva S
Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə y
I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər
Rusiyanın Tambov vilayətində barıt zavodunun binasında partlayış baş ver
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə
Tanınmış aparıcı Günay Yelmarqızı taksi sürücüsünün hücumuna məru
Qərbin maliyyə strukturları strateji hədəfləri təhdid edən istiqamətlə
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki
Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Prezident İlh
"Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarus "
İyunun 20-də Bakıda "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festiv