Bakıda “Muğam aləmi” 6cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Elmi simpozium işə başlayıb FOTO


Kriminal 20 İyn 2023 16:32:00 328 0

Bakıda “Muğam aləmi” 6cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Elmi simpozium işə başlayıb  FOTO

İyunun 20-də Bakıda "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpoziumun açılışı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, simpoziumda Azərbaycan mütəxəssisləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlər iştirak edir.

Simpoziumun məqsədi yeni tədqiqat istiqamətləri, maqam əsaslı musiqinin müasirləşdirilməsi, populyarlaşdırılması və qorunması üzrə məhsuldar müzakirələr üçün əlverişli mühit yaratmaqdır.

Simpoziumun rəsmi açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənətinin tarixi inkişaf mərhələlərindən söhbət açıb. Bildirib ki, muğam qədim ayinlərdən qaynaqlanaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesindən keçərək, yetkinləşib, formalaşıb və kamilləşib. İlahi ritmlərdən doğan muğam insan qəlbinin dərinliklərindən gələn duyğuları ifadə edir və onu dinləyənlərə ruhi səviyyədə mesajlar ötürür. Muğamın ecazkar ritmləri Azərbaycan xalqının nə qədər dərin fikir dünyasına malik olduğunu göstərir. Muğam bizim milli-mədəni kimliyimizi təşkil edən genetik kodlarımızdan və bugünkü qloballaşan dünyada özünü dərketmə və özgürlüyünü qoruma vasitələrindən biridir.

Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində Muğam mərkəzinin yaradılması" ilə bağlı 2005-ci il Sərəncamında qeyd edilir ki, muğam Azərbaycan xalqının mədəni-mənəvi irsinin möhtəşəm abidəsidir. Azərbaycan musiqisini zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış muğamsız təsəvvür etmək mümkün deyil. Klassik ədəbiyyat nümunələri ilə üzvi surətdə vəhdət təşkil edərək sintetik sənət növü kimi meydana çıxan muğamların Azərbaycan musiqisinin inkişafında rolu böyükdür.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sözləri ilə demiş olsaq: "Muğam bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcıdır. Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət kimi bütün varlığı ilə yaşamaqdadır".

Bildirilib ki, 2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən "Muğam aləmi" beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 2011, 2013, 2015 və 2018-ci illərdə də keçirilən festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edib. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub. Hazırda keçirilən bu ilki festivala da Türkiyə, Özbəkistan, Tacikistan, Israil, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçilər dəvət olunub. Əvvəlki illərdə olduğu kimi, bu il də Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə ənənəvi modal musiqinin dərinliklərini araşdırmaq üçün tanınmış alimlər bir araya gəlib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın muğam sənətinin, muğamşünaslıq elminin əsas mərkəzlərindən biri olduğunu qeyd edərək bu sənətin ölkəmizdə qədim tarixi, böyük ənənələri, qüdrətli ifaçıları olduğunu, muğamın Azərbaycanda XX əsrin əvvəllərində populyarlıq qazandığını və inkişaf etməyə başladığını bildirib.

AMEA prezidentinin sözlərinə görə, musiqi sənətinin muğam qolu haqqında Əbdülqadir Marağayi, Fətullah Şirvaninin, Mir Mövsüm Nəvvabın, Üzeyir Hacıbəylinin əsərləri və məqalələri Azərbaycanda muğam sənətinin özünəməxsus elmi əsaslarla inkişaf etdiyini, elmin muğam sənətinin təşəkkülünə böyük təsir göstərdiyini aydın şəkildə nümayiş etdirir.

Çoxəsrlik muğam sənətinin inkişafında müstəqillik dövründəki yeni mərhələnin böyük əhəmiyyəti olduğunu qeyd edən AMEA prezidenti artıq Azərbaycanda yeni nəsil muğamşünaslıq elminin formalaşmaqda olduğunu əlavə edib. Akademik son illərdə bu sahədəki irəliləyişin təməlində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, son onilliklərdə onun rəhbərliyi ilə həyata keçirilən əhəmiyyətli layihələrin dayandığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin nəticəsi olaraq keçirilən muğam müsabiqələri sayəsində artıq ölkəmizdə muğam ustadları ilə yanaşı, gənc muğam ifaçıları nəsli də yetişir. Muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışılıb, həmçinin Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsinin muğam sənətinin inkişafında böyük rolu olduğu bildirilib. Eyni zamanda, bugünkü tədbirin ölkəmizdə muğamşünaslıq elminin və muğam ifaçılıq sənətinin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə, muğamın dərinliklərini, tarixi köklərini, inkişaf mərhələlərini bir daha nəzərdən keçirməklə yanaşı, bundan sonrakı inkişafı üçün da əhəmiyyətli elmi-nəzəri fikirlər ortaya qoyacağına əminlik ifadə edilib.

Azərbaycanda belə bir tədbirdə iştirakın qürurverici olduğunu söyləyən UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) prezidenti professor Svanibor Pettan tədbirin əhəmiyyətindən danışaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir.

İCTM-də dünyanın müxtəlif ölkəsindən alimlərin toplandığını bildirən S.Pettan deyib ki, bu elm adamlarından bir çoxu hazırda bu tədbirdə iştirak edir.

Azərbaycanda muğam sənətinin, klassik musiqi irsinin yaşadılmasına göstərilən diqqət və qayğını yüksək qiymətləndirən natiq ölkəmizdə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının bu irsin yaşadılması üçün keçirtdiyi tədbirlərə toxunub. Qeyd edib ki, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın üzvləri də Bakıda bir sıra mühüm tədbirlərdə iştirak edib.

"Bu günlərdə biz Bakıda möhtəşəm tədbirlərdə iştirak edəcəyik. Bu da bizim muğam sənətini yenidən kəşf etməyimizə, öyrənməyimizə və bu irsə yanaşmamıza yaxşı mənada müsbət təsir edəcək", - deyə S.Pettan söyləyib.

Sonra çıxış edən Şaşmakom Beynəlxalq Musiqi Festivalının prezidenti, Özbəkistan və ABŞ-ın ictimai-xadimi, musiqişünas, publisist və jurnalist Rafael Nektalov muğamın bütün dünyanı fəth etmək gücünə malik olduğunu bildirib. O, muğam sənətinin əksər ölkələrdə böyük marağa səbəb olduğunu diqqətə çatdırıb.

Rafael Nektalov Azərbaycan muğamının, özbək-tacik şaşmakomunun ümumi bir kökdən qidalanaraq, ümumilikdə Şərq musiqisinin bünövrəsini təşkil etdiyini vurğulayıb, eyni zamanda, bunların hər birinin özünəməxsus inkişaf tarixi, ifaçılıq üslub xüsusiyyətləri olduğunu qeyd edib.

Daha sonra simpoziumun plenar sessiyasında britaniyalı alimlər Maykl Çörçin "Dəyərli musiqi ənənələri təhlükə altında", Reyçel Harrisin "Məqamın coğrafiyası: məqamın öyrənilməsi və təcrübəsinə yeni yanaşmalar", azərbaycanlı alim Sənubər Bağırovanın "Azərbaycan musiqisində muğam konsepsiyasına dair", fransız etno-musiqişünası Jan Dürinqin "Paris İnsan Muzeyində səs yazılarının etnomusiqi arxivi. Minlərlə material açıq mənbələrdə" mövzularında məruzələri dinlənilib.

Günün ikinci yarısında "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpozium "Çağdaş muğam ifaçılığı: ənənə ilə müasirlik arasında", "Azərbaycan muğamının tədqiqi problemləri" və "Yeni tədqiqatlar və tədqiqat metodları" sessiyaları ilə davam edib. Sessiyalarda Azərbaycan, Fransa, Böyük Britaniya, Tacikistan, Türkiyə və Kanadadan olan alimlər məruzələrlə çıxış ediblər.

Simpoziumun bu il təklif olunan elmi gündəliyi əvvəlkilərin proqramlarından fərqli idi. Burada çıxışların mövzusu bir sıra problemləri əhatə edən aşağıdakı istiqamətdə aydın şəkildə müəyyən edilib: Müasir mərhələdə məqam ənənələrinin tədrisi; Müasir dövrdə, yeni sosial-mədəni çağırışlar müstəvisində ənənəvi məqam musiqisinin ifası, qavranılması məsələləri; XX əsrdə və cari vaxtda məqam musiqi janrlarının formalaşması və sonrakı təkamülü tarixi; Məqam musiqi irsinin toplanılması, arxivləşdirilməsi və yayılma siyasəti. Bütün bu istiqamətlər simpozium iştirakçılarına yeni araşdırmalarını və ya məqam musiqisi ilə bağlı yeni tədqiqat metodlarını bölüşmək imkanı verir.

Simpoziumda bir çox çıxışlar əyani nümunələrlə təqdim olunub.

Qeyd edək ki, "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpozium iyunun 22-dək davam edəcək.

“Öpüşmürəm və eyni yatağa girmirəm”  Nəbahat Çehrə like
  • 20 İyn 16:26  
Şou-biznes “Öpüşmürəm və eyni yatağa girmirəm” Nəbahat Çehrə

Türkiyəli aktrisa Nəbahat Çehrə illər əvvəl rol aldığı "Aşk-ı

arrow Ətraflı
Sarkisyanın müavininə yeni cinayət işi açıldı like
  • 20 İyn 16:14  
Digərləri Sarkisyanın müavininə yeni cinayət işi açıldı

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və e

arrow Ətraflı
Bakıda şok olay: "Parkovşik" müştərinin BMWsini aşırdı  FOTO like
  • 20 İyn 16:12  
Digərləri Bakıda şok olay: "Parkovşik" müştərinin BMWsini aşırdı FOTO

Bakıda restoranların birinin "parkovşik"i müştərinin avtomobilin

arrow Ətraflı
Sarkisyan Bakının müharibəyə daha yaxşı hazırlaşmasına imkan verdi  Paşinyan like
  • 20 İyn 15:12  
Digərləri Sarkisyan Bakının müharibəyə daha yaxşı hazırlaşmasına imkan verdi Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti

arrow Ətraflı
"Bugün bakirəliyin yaşı 13ə düşüb, qız uşaqları..."  VİDEO like
  • 20 İyn 15:06  
Digərləri "Bugün bakirəliyin yaşı 13ə düşüb, qız uşaqları..." VİDEO

"Uşaq gəlinlərə qarşıyıq, amma həryer uşaq qadınlarla doludur, ba

arrow Ətraflı
Bu rayonlara su məhdudiyyətlərlə veriləcək like
  • 20 İyn 14:52  
Digərləri Bu rayonlara su məhdudiyyətlərlə veriləcək

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayı

arrow Ətraflı
"Dinizmizdə buyrulub ki, imkanı olan qurban almalıdır" like
  • 20 İyn 14:44  
Digərləri "Dinizmizdə buyrulub ki, imkanı olan qurban almalıdır"

Qarşıdan Qurban bayramı gəlir. Ölkəmizdə Qurban bayramı iyunun 28, 29-u

arrow Ətraflı
Azərbaycanda bu şəxslər 8 min manat cərimələnəcək like
  • 20 İyn 14:31  
Digərləri Azərbaycanda bu şəxslər 8 min manat cərimələnəcək

Azərbaycanda dövlət qeydiyyatı ləğv edilən siyasi partiyalarla bağlı ye

arrow Ətraflı
Yanvarmay aylarında İzmirdəki Aliağa limanı 28 milyon tondan çox yük qəbul edib like
  • 20 İyn 14:24  
Digərləri Yanvarmay aylarında İzmirdəki Aliağa limanı 28 milyon tondan çox yük qəbul edib

2023-cü ilin yanvar-may aylarında Türkiyənin İzmir şəhərindəki Aliağa

arrow Ətraflı
Kəmaləddin Heydərov keçmiş rəisə yüksək vəzifə verdi like
  • 20 İyn 14:21  
Digərləri Kəmaləddin Heydərov keçmiş rəisə yüksək vəzifə verdi

Ruslan Çoban oğlu Ağamirzəyev FHN Sənayedə İşlərin Təhlükəsiz Görü

arrow Ətraflı