Qarabağa yüzlərlə PUA daşınıb, yeni müharibə...
Siyasət 20 İyn 2023 13:14:00 356 0
Avropanın nüfuzlu nəşrlərindən olan "Eureporter" Qarabağdakı separatçı dəstənin sabiq "dövlət naziri", Rusiyadan Xankəndiyə göndərilmiş və hazırda da burada qalmağa davam edən Ruben Vardanyanı Avropa Birliyi və bütün Qərb üçün təhlükə adlandırıb.
Bu xəbəri də oxu: Paris Sazişinin 6cı maddəsinin tam icra olunmasına nail olundu beynəlxalq karbon bazarları açılır
Son.az Axar.az-a istinadən bildirir ki, məqalədə ABŞ-ın bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.
"Bu siyahı təcili tamamlanmalı və Ruben Vardanyan da ora daxil edilməlidir", - məqalədə vurğulanıb.
Nəşr qeyd edib ki, Putinin "yaxın adamı" sayılan Vardanyan Qarabağ separatçı dəstəsinin "dövlət naziri" vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur:
"Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Qarabağdakı silahlıları (qanunsuz silahlı dəstələri - red.) bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə Çin istehsalı "DJI Mavic 3" kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir.
Onlardan təxribatlar - məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər Qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb", - "Eureporter" qeyd edib.
Şəhərlərarası sərnişinlərin daşınması üçün ən uyğun kompleks hes
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şur
İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsindən aza
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı Rusiya
İyunun 28-29-da ölkədə Qurban bayramı qeyd olunacaq.
İyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Tezliklə metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şərtləri
Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə c�
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edili
Arazdəyəndə inşa edilməkdə olan metallurgiya zavodunda Birləşmiş Ştatl
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə
Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olaca