Heydər Əliyev Mərkəzində caz günləri başlayır
Kriminal 20 İyn 2023 12:52:00 356 0
İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək.
Bu xəbəri də oxu: Ərə getmək arzusu baha başa gəldi "WhatsApp"la
Son.az Trend-ə istinadən bildirir ki, Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.
Artıq 5-ci dəfərdir ki, təşkil edilən festival qapalı məkanlarla yanaşı, açıq havada da keçirilir. Haqlı olaraq caz şəhəri sayılan Bakı da bu mənada istisna deyil. Konsertlərin bəziləri şəhərin açıq meydançalarında təşkil edilərək geniş auditoriya üçün əlçatan olur. Bu isə festivalın əsas məqsədinə - caz musiqisini daha geniş auditoriyaya təbliğ etməyə xidmət edir.
Digər illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı tamaşaçıları müxtəlif ölkələrdən gələn musiqiçilərin ifaları ilə sevindirəcək.
Festivalın açılışında - iyulun 3-də Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşaiyət edəcək. Bu dəfə orkestr fərqli ampluada təqdim edilərək klassika və cazın bir-birinə uyğun janrlar olduğunu sübut edəcək.
Elə həmin gün festivalın əsas konsertlərindən biri baş tutacaq. Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə çıxışı olacaq. Elçin Şirinov 4 il ərzində İsrailin tanınmış "Avişai Kohen trio"sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. İndi isə o, israilli musiqiçilərlə yeni layihə üzərində işləyir və onun doğma şəhərində nümayişini səbirsizliklə gözləyir.
Festivalın ulduzu və cazsevərlər üçün əsl hədiyyə isə musiqinin bu janrının korifeyi Kuinsi Consun komandasından olan, Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigezin trio ilə dünya turnesi çərçivəsində Bakıya gəlişi olacaq. Onların çıxışları festivalın ikinci gününə - iyulun 4-nə təsadüf edir. Konsert Heydər Əliyev Mərkəzinin Auditorium zalında baş tutacaq.
Gürcüstanı Bakı caz günlərində pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze təmsil edəcək. İyulun 5-də o, Heydər Əliyev Mərkəzinin parkında Fransadan olan musiqiçilər Francois Moutin və Rafael Pannierlə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək.
Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
Son.az
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsindən aza
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı Rusiya
İyunun 28-29-da ölkədə Qurban bayramı qeyd olunacaq.
İyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Tezliklə metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şərtləri
Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə c�
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edili
Arazdəyəndə inşa edilməkdə olan metallurgiya zavodunda Birləşmiş Ştatl
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə
Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olaca
Yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına 9 tondan çox yük daş
Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat