Sülh istəməyən kimlərdir?
Siyasət 16 İyn 2023 16:52:00 268 0
Dünən Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün yaxınlığında sərhədçilərimizin atəşə tutulması təsadüfi, yaxud spontan hadisə deyildi.
Bu xəbəri də oxu: Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı
Zəngilan istiqamətində mövqelərimizin atəşə tutulması da dünənki olaylar arasındadır.
Bu günsə Qubadlı rayonundakı və Naxçıvanın Sədərək rayonundakı mövqelərimiz ermənilərin atəşinə məruz qalıb.
Azərbaycanla Ermənistan arasındakı yekun sülh sazişinn imzalanmasına yönəlmiş prosesdə hələlik kiçik sayılsa da, irəliləyişlərin mövcudluğunun artıq fakt olduğunu, şəmçinin ABŞ, Avropa İttifaqı və Rusiyanın nizamlanma prosesində diametral əks də olsa, aktiv mövqe tutduqlarını nəzərə alsaq, Ermənistan Müdafiə Nazirliyinin belə qeyri-adekvat davranışı ən azı suallar doğurur.
Nə baş verir? Danışıqların aktivləşməsinə, nizamlanma prosesinin sürətlənməsinə ümidlərin artdığı bir zamanda ermənilər niyə hər gün mövqelərimizə atəş açırlar? Üstəlik, Ermənistan istiqaməti ilə yanaşı, Azərbaycanda, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdən separatçı rejimin silahlı dəstələri mövqelərimizi hədəfə alıblar.
İkinci Qarabağ Müharibəsindən sonra qarabağlı separatçıların silahlı qruplarının nisbi sakitlik içində uzun müddət qalmasından sonra onların sporadik hərbi təlimlər keçirməsi, yeni müdafiə mövqeləri inşa etmələri və bu mövqelərə silah-sursat daşımaları da səngimir.
Özü də daşımalar RSK-nın ayırdığı xüsusi hərbçi dəstələrin müşayiəti ilə həyata keçirilir və beləliklə, rusiyalı sülhməramlılar faktiki olaraq erməni separatçılarını qoruyurlar.
Rəsmi İrəvan isə ampluasına sadiq qalaraq, ağı qara, qaranı da bəyaz kimi qələmə verməyə və situasiyadan faydalanaraq danışıqlar prosesinin məcrasını dəyişməyə çalışır.
Ermənistan hakimiyyətinin əsas məqsədi qarabağlı ermənilərin çoxdan tarixin zibilliyinə atılmış statusu məsələsini yenidən gündəmə gətirərək müzakirə mövzusuna döndərmək, habelə Bakı ilə İrəvan arasındakı diskussiyalarda qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliklərinin təminatı ilə bağlı beynəlxalq mexanizm adlı irreal şərtin subyekt halını almasına nail olmaqdır.
Ermənilər bu istiqamətdə aktiv fəaliyyətə başlayıblar. Məsələn, Ermənistan UNESCO-ya müraciət edərək Qarabağdakı "erməni mədəni-tarixi irsinin mühafizəsi üçün Dağlıq Qarabağa faktaraşdırıcı missiya"nın göndərilməsini istəyirlər.
Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Qriqoryan təşkilatın Baş Assambleyasının iclasında belə "tələb"lə çıxış edib.
ABŞ Konqresinin Nümayəndələr Palatasında isə ermənipərəst konqresmenlər Tom Lantos adına insan hüquqları komissiyasında "Dağlıq Qarabağın erməni xalqının hüquqlarının və təhlükəsizliyinin təminatı ilə bağlı məsələlər"i müzakirə etməyə hazırlaşırlar. Keçiriləcək müzakirələr preambulasını Laçın yolunda Azərbaycana məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin ləğvinə, Ermənistan Xankəndinə nəzarətsiz və xaotik hərəkətlə yükdaşımaların, həmçinin rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə yerləşən mədənlərlə yataqların istismar edilərək təbii resursların Ermənistana daşınmasının bərpasına nail olmaqdır.
Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya edilmədiyindən şərti olan dövlət sərhədinin az qala bütün perimetri boyunca ermənilər sürəkli olaraq mövqelərimizi atəşə tuturlar.
İlk baxışdan paradoksal vəziyyətdir: rəsmi İrəvan sülh sazişi imzalamağa hazır olduğunu vurğulayır, Ermənistanın baş naziri Qarabağın Azərbaycan ərazisi olduğunu və bununla bağlı hansısa müzakirələrin əsassızlığını bəyan edir - amm Ermənistanın Müdafiə Nazirliyinin birləşmələri mövqelərimizi sürəkli atəşə tuturlar.
Özü də son günlərdə erməniləri iriçaplı atıcı silahlarla yanaşı, artilleriya qurğularından və minaatanlardan da geniş miqyasda, aktiv şəkildə istifadə edirlər.
Halbuki Vaşinuqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın XİN başçılarının görüşündən sonrakı Brüssel, daha sonra isə Kişineu müzakirələrində yekun sülh sazişinin imzalanması ilə bağlı ciddi ümidlərin mövcudluğu vurğulanmışdı.
Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk isə Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması və Zəngəzur dəhlizi layihəsinin gerçəkləşdirilməsi ilə bağlı gərgin müzakirələrin uğurla başa çatdığını bəyan etmişdi.
Rəsmi Bakı və İrəvan unison olaraq bildirmişdilər ki, iki dövlət arasında sülh sazişinin alternativi yoxdur.
Belədə, Laçında sərhədçilərimizin atəşə tutulması, daha sonra isə şərti dövlət sərhədinin perimetri boyunca mövqelərimizin hədəfə alınması qəribə təsir bağışlaya bilər.
Lakin ilk baxışda təəccüb hissi yaranır ki, o da hadisələrin məcrası ilə tanışlıqdan sonra yoxa çıxır.
Artıq aşkardır ki, sülh prosesinə zərbə vuran, danışıqları nəticəsiz qoymağa çalışan və yeni hərbi əməliyyatların, hətta müharibənin başlanması üçün şərtlər toplusu yaradan qüvvə var.
Həmin qüvvə birmənalı olaraq Azərbaycan deyil: rəsmi Bakı sülh gündəliyində maraqlıdır və danışıqların mümkün qədər tez, konstruktiv və əməli nəticələrlə başa çatmasını istəyir.
Təəccüblü görünə bilər, amma rəsmi İrəvan da situasiyanın ifrat gərginləşməsində maraqlı deyil: tam əksinə, baş nazir Nikol Paşinyan sülh sazişini tezliklə imzalamağa, qarabağlı ermənilərin problemlərinin həllini bütünlüklə Bakıya həvalə etməyə və bununla da Ermənistanı ballastdan qurtararaq normal inkişaf yoluna istiqamətləndirməyə tələsir.
Paşinyan və komandası anlayırlar ki, qarabağlı ermənilər, xüsusilə də Xankəndindəki separatçı xunta İrəvana fasiləsiz siyasi, iqtisadi, geosiyasi və s. müstəvilərdə təzyiqlər üçün bəlli qüvvələrin, yəni iri güclərin əllərində vasitə olaraq qalıblar.
Ermənistandakı daxili situasiyanın gərginlik həddinin azalmadığını, müxalifətlə hakimiyyətdəki qüvvələrə ABŞ, Rusiya, Fransa və İranın təsir imkanlarının az olmadığın xatırlasaq, mənzərə tamamlanır.
Digər oyunçulardan fərqli olaraq, Rusiyanı hazırda ən çox Zəngəzur dəhlizi layihəsinin reallaşması maraqlandırır. Yekun sülh sazişi, qarabağlı ermənilərin taleyi, Azərbaycanla Ermənistan arasındam şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası kimi məsələlər Moskva üçün hazırda geosiyasi baxımdan törəmə funksiya səciyyəsi daşıyır.
Yekun sülh sazişinin reallaşacağı təqdirdə isə, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəflim anlaşma kağız parçasına çevriləcək.
Bölgədəki süni gərginliyin səbəbi də elə budur.
Elçin Alıoğlu TREND
Türkiyəli müğənni Murad Dalkılıç verilişlərin birində keçmiş aktris
Azərbaycanla həmsərhəd zonası Arazdəyəndə iri metallurgiya zavodunun in�
İyunun 16-dan etibarən Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün K
Azərbaycan Ordusu 2020-ci il 44 günlük Vətən Müharibəsində düşməni da
Azərbaycanda nikaha girən cütlük dini kəbinlə bağlı izdivaclarını məs
Qısa formatlı videolar üçün aparıcı platforma olan TikTok əyləncəli m�
Onlayn platformada yayımlanan serialın soyunma səhnəsi etiraz doğurub.
Kişilərin temperamenti və cinsiyyəti qan qrupundan asılı ola bilər.
AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədy
Müğənnilər Çingiz Mustafayev və Günay İbrahimli illər sonra bir aray
Ermənilər tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsində törəd
Sabiq Prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişo�
Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda