"İstərdim ki, bu hadisələr dayansın və ölkələr sülhə qovuşsun"
Digərləri 16 İyn 2023 15:28:00 276 0
Ermənilər tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsində törədilən təxribat bizi məyus etdi.
Bu xəbəri də oxu: Türkiyədə çovğun Yüzlərlə insan yardım gözləyir
Bu barədə Trend-ə açıqlamasında hazırda Şuşada səfərdə olan flippinli səyyah Aimee Paragas deyib.
Bu, çox üzücü bir haldır. Bu cür hadisələr narahatedici və məyusedicidir. İstərdim ki, bu hadisələr dayansın və ölkələr sülhə və sabitliyə qovuşsun - deyə o əlavə edib.
Qeyd edək ki, MTP (Most traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa MTP-nin rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir. Heyət 4 gün ərzində avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcək. Səfər həm də işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır. Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir. Qarabağ və Şərqi Zəngəzura intensivləşən dünya səyyahların səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.
Xatırladaq ki, ötən gün 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar.Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Qeyd edək ki, hazırda "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Bildirilib ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq.
Sabiq Prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişo�
Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda
"Azərbaycanda "Premium" markalı benzinin ucuzlaşması gözlən
Türkiyəli aktrisa Hande Erçel növbəti dəfə tənqdilərə tuş gəlib.
16 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclas
Ermənistan bütün qırmızı çizgiləri keçməyə başlayıb. Ötən gün La
Sosial şəbəkədə gülüş məqsədi ilə çəkilən video izlənmə rekordu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Re
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Ermənistan hələ də 44 günlük müharibənin travmasından və məğlubiyyə
Müğənni Elnarə Xəlilova ünvanına yazılan iddialara cavab verib.
Çin hazırda Rusiya Prezidenti Vladimir Putini əvəz edəcək iki şəxs üzə
Aparıcı Zümrüd Bədəlovanın İçərişəhər Tarix-memarlıq Dövlət Qoru
Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) idarə rəisi Akif Çovd