Teylor Fətişoğlu həbs edildi
Digərləri 16 İyn 2023 15:18:00 253 0
Sabiq Prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) həbs edilib.
Bu xəbəri də oxu: Türkiyədə çovğun Yüzlərlə insan yardım gözləyir
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ona Xətai Rayon Məhkəməsində barəsində açılmış cinayət işi üzrə hökm oxunub. Məhkəmə T.Fətişoğlunu 3 il 6 ay müddətinə həbs cəzasına məhkum edib və məhkəmə zalındaca həbs edilib. Əvvəllər də məhkumluq həyatı yaşamış jurnalist bu dəfə cəzasını ciddi rejimli müəssisədə çəkməli olacaq.
Bildirilib ki, T.Fətişoğlu Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksəkvəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb.
Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra T.Fətişoğlunun əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəinsdə istintaq aparılıb. Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4,312.1 (rüşvət verməyə təhrik etmə) və 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başladılıb. Qeyd edək ki, T.Fətişoğlu keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınıb. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanıb. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinib. Azadlığa çıxdıqdan sonra T.Fətişoğlu "İdeologiya.az" saytına və "Son Xəbər" yutub kanalına rəhbərlik edib.
Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda
"Azərbaycanda "Premium" markalı benzinin ucuzlaşması gözlən
Türkiyəli aktrisa Hande Erçel növbəti dəfə tənqdilərə tuş gəlib.
16 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclas
Ermənistan bütün qırmızı çizgiləri keçməyə başlayıb. Ötən gün La
Sosial şəbəkədə gülüş məqsədi ilə çəkilən video izlənmə rekordu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Re
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Ermənistan hələ də 44 günlük müharibənin travmasından və məğlubiyyə
Müğənni Elnarə Xəlilova ünvanına yazılan iddialara cavab verib.
Çin hazırda Rusiya Prezidenti Vladimir Putini əvəz edəcək iki şəxs üzə
Aparıcı Zümrüd Bədəlovanın İçərişəhər Tarix-memarlıq Dövlət Qoru
Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) idarə rəisi Akif Çovd
Rusiyanın Qafanda konsulluq açmaq qərarı və bunu ən qısa müddətdə real