Laçın postunda düyün salmaq istəyirlər İrandan


Siyasət 16 İyn 2023 14:48:00 265 0

Laçın postunda düyün salmaq istəyirlər  İrandan

Ermənistan bütün qırmızı çizgiləri keçməyə başlayıb. Ötən gün Laçın nəzarət-buraxılış məntəqəmizin atəşə tutulması, hərbçimizin yaralanması ilə nəticələnən silahlı təxribat İrəvanın öz taleyi ilə oynamaqdan çəkinmədiyini göstərir. Rəsmi Bakı üçün İrəvana bu əmrin kim tərəfindən və hansı məqsədlə verildiyi önəm kəsb etmir, çünkü ərazilərimizə olan təhdid və təhlükənin hansı istiqamətdə baş verdiyi faktı ortadadır.

Zərrə qədər də şübhə edilmir ki, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı məqsədyönlü təxribatıdır. Dünənki insidentin kadrlarından da görünür ki, Ermənistan tərəfi protokol üzrə adi qaydaları yerinə yetirən Azərbaycan hərbçilərini atəşə tutur. Şübhə edilmir ki, burada məqsəd isə daha çox hərbçimizi öldürüb, postu ələ keçirmək idi. Lakin adekvat cavab tədbirləri nəticəsində hərbçilərimizə atəş açan iki erməni snayper məhv edilib.

Təbii ki, Azərbaycanla Ermənistan arasında gedən danışıqlar, sülh prosesinin intensivləşməsi bir çox kənar qüvvələri də ciddi şəkildə narahat edir. Davamlı sülhün imzalanmasından ən çox narahatlıq keçirən tərəflərdən biri belə aydın olur ki, elə Rusiyadır. Bu məsələdə keçmiş "Qarabağ klanı" da fəallığı ilə seçilir. Ermənistandakı rusiyapərəst qüvvələr əllərindən gəldikləri qədər bütün kanallarını işə salaraq narahatlıqlarını mövqelərimiz istiqamətində törətdikləri silahlı insidentlərlə büruzə verməkdədirlər. Bu son təxribatları eyni zamanda Rusiya ilə Qərb arasındakı sülh modelində monopoliya yaratmaq cəhdlərinin ortaya çıxardığı gərginlik də adlandırmaq olar.

Amma Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi müsbət siqnalları və onun ardından Naxçıvanla Azərbaycanın quru əlaqəsinin yaranmasına mane olan tərəfin məhz Tehran rejimi olduğunu elan etməsindən sonra bu təxribatların intensiv hal alması, Laçın postunun "vurulması" məsələsində İran izini də istisna etmir.

Fransanın xüsusilə Ermənistanla Azərbaycan arasında sülh sənədinin imzalamasına qarşı olduğunu, Ermənistanı sürətli şəkildə silahlandırmağı düşündüyünü nəzərə alsaq, bu zaman Emanuel Makron hakimiyyəti üçün də Bakı ilə İrəvan arasında gərginliyin pik həddə çatması cəlbedicidir.

Ermənilərin və hamilərinin məqsəd nədir?

✔️ Dünənki hadisələrdən sonra bir daha təxribatın məhz sülh prosesinə zərbə vurmaq məqsədilə törədildiyinə yüksək əminlik yaranır.

✔️ Laçın nəzarət-buraxılış məntəqəmizdən istifadə edən Qarabağ ermənilərinin son günlər bir xeyli artması belə görünür, tək Ermənistan hərbi-siyasi rəhbərliyini və separatçıları yox, elə onların hamilərini də çox ciddi narahat etməkdədir. Laçın postunun istifadəyə verilməsindən sonra Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün yaxşı zəmin yaranıb və qarşıdan gələn dövrdə bu istiqamətdə irəliləyiş olması qaçılmaz görünür.

Bunu kənarda sezən kənar qüvvələr çox narahatdır. Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası məsələsinə mane olmaq üçün yollar axtaran həmin qüvvələrlə Ermənistandakı rusiyapərəstlərin maraqları üst-üstə düşür. Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan bu qrup hər vəchlə sülhün bərqərar edilməsinə, ermənilərin inteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışırlar ki, bu vəziyyət bilavasitə elə Ermənistana himayədarlıq edən başının digər ağalarının da tam planlaşdırdığı bir ssenaridir.

✔️ Belə yadın olur ki, Ermənistan və onun havadarları bu təxribatla bir neçə məqamda önəmli "üstünlük" əldə etmək barədə düşünüblər. Ermənilər bu təxribatla vəziyyəti gərginləşdirib, sülh danışıqlarını dalana dirmək azmış kimi, eyni zamanda Azərbaycanın dərhal Laçın yolunu bağlamasını da hesaba qatacağı zərrə qədər də şübhə doğurmur. Bununla da Ermənistan tərəfi sülh danışılqaır istiqamətində Vaçinqtonda XİN rəhbərləri arasında növbəti vacib görüşlərin gözlənildiyi bir ərəfədə bölgədə gərginliyi pik həddə çatdırmaqla sülühü sabotaj etməyi düşünür.

Azərbaycanın təxribata cavab olaraq Laçın yolunu bağlayıb, gəliş-gedişi saxlayacağını öncədən təxmin edən erməni tərəfi nəticədə bütün dünyaya "Azərbaycan Qarabağ ermənilərini blokadaya alıb, Qarabağda etnik təmizləmə aparır" kimi iddialar səsləndirəcəklərini də öncədən oplanlaşdırmaq olardı. Elə hər şey də bu istiqamətdə cərəyan etdi. Bugün Ermənistan baş naziri dərhal mikrafonun önünə keçərək bunları deyib: Etnik təmizləmə başqa necə olur? Dağlıq Qarabağ ermənilərinə ərzaq, qaz, işıq verilişi əngəllənir, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar atəş hədəfinə çevrilir, vəziyyəti həddindən artıq ağır olan xəstələr üçün belə hərəkət bloklanır.

Bax, Ermənistanın əsl üzü, siması(zlığı) məhz bu açıqlamada gizlənib. Azərbaycan hərbçilərinə qarşı açılan atəşin, o təxribatın törədilməsinə görə cavabdehlik, məsuliyyət daşıdıqları ilə bağlı bir kəlmə də deməyən Nikol Paşinyan, hadisələrin sonrakı mərhələsi barədə yenə absurd, əsassız və ədalətsiz yanaşması ilə diqqət mərkəzinə düşdü. Ermənistan baş nazirinin bu açıqlaması bir daha təsdir edir ki, bu təxribat bir saatın, bir günün yox, çoxdanın planı idi və bu işdə elə Nikol Paşinyanın da əli var.

Dünənki xoşagəlməz silahlı insident bir daha deməyə əsas verir ki, nə qədər ki, ortada sülh sazişi yoxdur, sərhədlərin delimitasiya-demarkasiyası icra edilməyib və Zəngəzur dəhlizi açılmayıb, bölgədə bu cür gərginliklər metəmadi müşahidə ediləcək, toqquşmalar təkrarlanacaq. Lakin Laçın postumuzdakı kimi təxribatların qarşısını almaq üçün hətta iki dövlət arasındakı bütün öhdəliklərin icra edilməsi belə azdır. Bunun üçün mətləq şəkildə ilk növbədə Qarabağ separatçıları tərksilah olunmalı, bölgənin tamamında Azərbaycan qanunları tətbiq edilməlidir. Əks təqdirdə həmən istiqamətdə güllə səsləri ara verməyəcək.

Təhməz Əsədov TREND

Bir qrup səhiyyə işçisi təltif edildi like
  • 16 İyn 14:46  
Siyasət Bir qrup səhiyyə işçisi təltif edildi

Bir qrup səhiyyə işçisi təltif edilib.

arrow Ətraflı
Qaynana oğlunu gəlini ilə elə vəziyyətdə tutdu ki...  Qız vəziyyətdən belə çıxdı  VİDEO like
  • 16 İyn 14:42  
Digərləri Qaynana oğlunu gəlini ilə elə vəziyyətdə tutdu ki... Qız vəziyyətdən belə çıxdı VİDEO

Sosial şəbəkədə gülüş məqsədi ilə çəkilən video izlənmə rekordu

arrow Ətraflı
Kredit faizləri azaldıla bilər? like
  • 16 İyn 14:31  
Digərləri Kredit faizləri azaldıla bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

arrow Ətraflı
Ruslara “Laçın”da atəş açıldı: nəticəsi olacaq like
  • 16 İyn 14:24  
Digərləri Ruslara “Laçın”da atəş açıldı: nəticəsi olacaq

Ermənistan hələ də 44 günlük müharibənin travmasından və məğlubiyyə

arrow Ətraflı
Elnarə iddialara cavab verdi like
  • 16 İyn 14:13  
Şou-biznes Elnarə iddialara cavab verdi

Müğənni Elnarə Xəlilova ünvanına yazılan iddialara cavab verib. 

arrow Ətraflı
Çin Zatulini Putinin yerinə gətirmək istəyir like
  • 16 İyn 14:02  
Digərləri Çin Zatulini Putinin yerinə gətirmək istəyir

Çin hazırda Rusiya Prezidenti Vladimir Putini əvəz edəcək iki şəxs üzə

arrow Ətraflı
“Xəbər uçurtdum ki, adınızı ləkələyənlər var” like
  • 16 İyn 13:51  
Şou-biznes “Xəbər uçurtdum ki, adınızı ləkələyənlər var”

Aparıcı Zümrüd Bədəlovanın İçərişəhər Tarix-memarlıq Dövlət Qoru

arrow Ətraflı
Çovdarov əsgər rütbəsinə endirilib like
  • 16 İyn 13:40  
Digərləri Çovdarov əsgər rütbəsinə endirilib

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) idarə rəisi Akif Çovd

arrow Ətraflı
Rusiya Qafanda konsulluq açır like
  • 16 İyn 13:29  
Digərləri Rusiya Qafanda konsulluq açır

Rusiyanın Qafanda konsulluq açmaq qərarı və bunu ən qısa müddətdə real

arrow Ətraflı
“Günahın böyük deyilsə, bağışlayar” like
  • 16 İyn 13:18  
Şou-biznes “Günahın böyük deyilsə, bağışlayar”

Müğənni Günel Zeynalova instaqramda sual-cavab edib.

arrow Ətraflı
Vəfat etmiş baş həkim şirkət rəhbəri ilə birgə 44 min mənimsəyibmiş like
  • 16 İyn 13:07  
Kriminal Vəfat etmiş baş həkim şirkət rəhbəri ilə birgə 44 min mənimsəyibmiş

İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin m�

arrow Ətraflı
18 məktəb direktoru vəzifəsindən like
  • 16 İyn 12:59  
Digərləri 18 məktəb direktoru vəzifəsindən

2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

arrow Ətraflı
2050ci ilədək Azərbaycanda adambaşına gəlir 40 faiz, hətta daha çox arta bilər like
  • 16 İyn 12:56  
Digərləri 2050ci ilədək Azərbaycanda adambaşına gəlir 40 faiz, hətta daha çox arta bilər

Dünya Bankı hesab edir ki, Azərbaycanda adambaşına düşən gəlir 2050-ci

arrow Ətraflı
Şənbə gününün HAVAsı like
  • 16 İyn 12:47  
Digərləri Şənbə gününün HAVAsı

İyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı