Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır ABŞ Dövlət Departamenti
Siyasət 07 İyn 2023 22:55:00 257 0
Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır.
Bu xəbəri də oxu: Bakının uğuru: bəşəriyyət üçün 300 milyard
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.
"Heç bir cədvəl məlumatını və ya hər hansı mümkün tarixləri təsdiqləmək və ya təklif etmək fikrində deyiləm. Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcək üçün çalışdıqları üçün biz Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz əvvəl kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır", - deyə o bildirib.
Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində hər iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.
Nazirlər mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, həmçinin münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini açıqlayıblar. Nazirlər və onların komandaları sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olduğunu etiraf ediblər.
Gəncə şəhərində avtomobil qəzası nəticəsində ağır xəsarət alan ş
İtaliya Respublikasında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi-
Moskvada müstəntiqlər 11 yaşlı qızın dayanmış avtomobildə az qala yana
2021-ci il dekabrın 19-u saat 22 radələrində Xətai rayonunda qətl hadisəs
Rusiyada saunada baş verən yanğın zamanı iki qadın ölüb.
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı i�
Endokrinoloq Zuxra Pavlova şirniyyata olan həvəsi azaltmağın yollarını a�
İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müv
"WhatsApp" HD fotoşəkilləri ölçüsünü qoruyaraq paylaşmağa im
Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd "Ban
Müğənni Rəqsanə İsmayılova efirdə göz yaşlarına hakim ola bilməyib
Bir neçə gün öncə "Twitter" sosial şəbəkəsində bir neçə xa