Bakıda AMANSIZ QƏTL: 74 yaşlı qonşusunu buna görə öldürdü DETALLAR
Kriminal 07 İyn 2023 22:15:00 312 0
2021-ci il dekabrın 19-u saat 22 radələrində Xətai rayonunda qətl hadisəsi olur. Zığ yolu küçəsində 1947-ci il təvəllüdlü Vaqif Hüseynov qətlə yetirilir. Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hərəkətə keçirlər.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Hadisə ilə əlaqədar şübhəli şəxs qismində həmin binanın 10 nömrəli mənzilində yaşayan 1970-ci il təvəllüdlü Ceyhun Rızayev saxlanılıb.
Fakta görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Son.az bildirir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, dekabrın 19-u saat 22 radələrində Ceyhun Rızayev yaşadığı binanın qarşısına gələndə, qonşusu Vaqif Hüseynovun onun oğlu Şiraslan Rızayevi və ögey oğlu Fyodor Dyatlovu döydüyünü görüb.
Mübahisəyə müdaxilə etdikdə, qonşusu ona da yumruqla zərbə vurub. Bundan hiddətlənən Ceyhun Rızayev üzərində olan yastı tiyə tipli deşiçi-kəsici əşya ilə Vaqif Hüseynovun döş qəfəsinə zərbə vuraraq onu öldürüb.
Hadisə baş verən blokun qarşısı İş üzrə dindirilmiş Ceyhun Rızayev bildirib ki, 2-ci qrup əlildir, əsəb xəstəsidir, hərbi xidmətdə olmayıb. 2010-cu ildən arvadı Marinanın anasının evinə Zığ yolu küçəsi 31 ünvanında yerləşən 10 nömrəli mənzilə köçüblər:
"9 nömrəli mənzildə Vaqif Hüseynov arvadı Roza və oğlu ilə yaşayırdı. Münasibətimiz əvvəllər yaxşı olsa da, sonradan arvadlarımız arasında məişət zəminində tez-tez mübahisələr baş verdi. 2021-ci il dekabrın 19-u saat 22 radələrində evə qayıdarkən, Vaqifin dəmir dabankeşlə uşaqlarımı vurduğunu gördüm. Oğlum Fyodor bir təhər dabankeşi Vaqifin əlindən aldı. Yaxınlaşıb övladlarımdan əl çəkməsini bildirəndə, qonşum yumruqla sağ gözümə zərbə vurdu. Buna görə küçədə tapdığım dəmir parçası ilə Vaqifin döş nahiyəsinə zərbə endirdim və dərhal onu yerə atdım. Qonşum dizləri üstə oturdu. Sonra ayağa qalxıb qaçaraq, bloka girdi. Bir neçə dəqiqədən sonra Təcili Tibbi Yardım briqadası, ardınca isə polis əməkdaşları gəldilər. Məni və iki oğlumu bölməyə apardılar".
İstintaq fotosu Zərərçəkmiş şəxsin hüquqi varisi Fuad Hüseynov ifadəsində göstərib ki, atası Vaqif Hüseynov təqaüdçü olub:
"10-cu mənzildə iki oğlu və arvadı ilə birlikdə yaşayan Ceyhun öz hərəkətləri və davranışları ilə qonşuları narahat edirdi. Dekabrın 19-da qonşumun və 2 oğlunun həyətdə səs-küy etdiklərini görən atam paltarlarını geyinib, tez aşağı düşdü. Anam pəncərədən baxanda, onların mübahisə etdiklərini görüb. Ceyhunun atama zərbə vurmasını görmədim.
Vaqif Hüseynov
Sonra qonşularımdan biri dedi ki, dalaşarkən Ceyhun Vaqifə əlindəki dəmir alətlə xəsarət yetirib. Həyətə düşən anam görüb ki, atam blokun girişində yerdə uzanıb və sinəsindən qan axır. Anam Tibbi Yardıma və mənə zəng etdi. Atam həmin an danışa bilməyib və havası çatmadığını deyib. O, xəstəxanaya aparılarkən yolda öldü". Məhkəmə iclasında Ceyhun Rızayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.
Ceyhunun mənzili Məhkəmə hesab edib ki, Ceyhun Rızayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Rızayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə аzadlıqdan məhrum olunub.
Vaqifin meyiti
Rusiyada saunada baş verən yanğın zamanı iki qadın ölüb.
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı i�
Endokrinoloq Zuxra Pavlova şirniyyata olan həvəsi azaltmağın yollarını a�
İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müv
"WhatsApp" HD fotoşəkilləri ölçüsünü qoruyaraq paylaşmağa im
Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd "Ban
Müğənni Rəqsanə İsmayılova efirdə göz yaşlarına hakim ola bilməyib
Bir neçə gün öncə "Twitter" sosial şəbəkəsində bir neçə xa
XX əsrin son qərinəsini və XXI yüzillyin ilk iyirmi ilini əhatə edən Az�
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "Uğur-2" ya�
Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) sə
Tanınmış şoumen, "Xəzər TV"nin direktoru Murad Dadaşov yeni pay