Paşinyan Rusiyanı Ukrayna ilə


Digərləri 01 İyn 2023 12:25:00 171 0

Paşinyan Rusiyanı Ukrayna ilə

Ermənistanla Rusiya arasında "KTMT" gərginliyi səngimək bilmir. Rəsmi İrəvan artıq neçənci dəfədir ki, Kremlin himayəsi altında qurulan təşkilatı hədəfə alan bəyanatlarla çıxış edir. Bu dəfə də baş nazir Nikol Paşinyan növbəti dəfə Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını (KTMT) tənqid edib. Özü də bu qalmaqallı açıqlamasını Amerika qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən "Ermənistan Demokratiya Forumu"nda səsləndirib. Bildirib ki, Ermənistanın müttəfiqləri ilə münasibətlərini yenidən "nəzər keçirmək" qərarına gəlib.

O bildirib ki, 2021-ci ilin mayında Azərbaycan guya Ermənistan ərazisini işğal edəndə və eskalasiya yarananda KTMT-nin buna reaksiyası "sıfır" olub. O zaman, onun fikrincə, Ermənistan dövlətçiliyini itirə bilər. Bundan sonra Ermənistanda bəzi yüksək rütbəli hərbçilərin eskalasiyanın qarşısını almaq üçün heç bir tədbir görmədiyi üzə çıxıb və onlardan bəziləri həbs olunub.

Yada salaq ki, İrəvan KTMT-ni mütəmadi olaraq belə tezislə tənqid edir ki, guya Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətə görə bu qurum Ermənistan tərəfində hərəkət etmir. Bu günlərdə Nikol Paşinyan Ermənistanın strukturdakı üzvlüyünün dondurulmasına, hətta ondan çıxmasının mümkünlyünü bildirib. Rəsmi Moskva dəfələrlə Qərbin Ermənistana təsir göstərməyə çalışdığını vurğulayıb.

İrəvan Moskvanı Uktayna ilə şantaj edir

Forumda da Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq bəyan edib ki, respublika Ukrayna ətrafındakı vəziyyətlə bağlı və Rusiyaya münasibətdə öz mövqeyini müəyyənləşdirməli olacaq. Hökumət başçısı qeyd edib ki, Ukrayna ətrafında hadisələr başlayanda guya Ermənistan müəyyən dərəcədə beynəlxalq platformalarda müxtəlif səsvermələr zamanı balanslı mövqe tutmağa cəhd edib. Və bu mövqe bütün tərəfdaş dövlətlər tərəfindən məmnunluqla qarşılanıb. Amma zaman, necə deyərlər, dəyişib və Paşinyan faktiki olaraq Ermənistanı qərar verməyə çağırıb. "Aydındır ki, zaman keçdikcə Ermənistan və bütün digər ölkələr üçün manevr meydanı daralır. Bu, çox ciddi çağırışdır, hər dəfə hamı üçün, xüsusən də öz həssaslığını nəzərə alaraq Ermənistan üçün problemə çevrilir", - Paşinyan bildirib.

Əlavə edək ki, bu, Ermənistan liderinin sanksiyalar mövzusuna ilk dəfə toxunması deyil. Mayın ortalarında Nikol Paşinyan Rusiyaya görə Qərbin sanksiyaları altına düşmək təhlükəsinin "qırmızı xətləri" adlandırmışdı. "Sanksiyalar bizim qırmızı xətlərimizdir. Və biz bunu ruslara açıq şəkildə deyirik: biz sizi incitmək istəmirik, amma özümüz sanksiyalara məruz qalmağa imkan vermirik. Burada heç bir sirr yoxdur", - Nikol Paşinyan bildirib. Aprelin 26-da BMT Baş Assambleyasının 77-ci sessiyası zamanı Ermənistan Avropa Şurası ilə əməkdaşlığa dair qətnaməni dəstəkləyib və bu qətnamədə "Rusiyanın Ukraynaya qarşı təcavüzü" adlandırılıb.

Azər Nuriyev Son.az

Azərbaycanda sevgililər arasında telefon davası like
  • 01 İyn 12:14  
Kriminal Azərbaycanda sevgililər arasında telefon davası

Qaxda keçmiş sevgililər arasında mübahisə olub.

arrow Ətraflı
Belçikanın Baş naziri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında danışıb like
  • 01 İyn 12:11  
Siyasət Belçikanın Baş naziri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında danışıb

Biz Azərbaycanı Moldovada Avropa Siyasi Sammitində görməyə və enerji məs

arrow Ətraflı
Ordunun rəhbər şəxsləri toplandı, like
  • 01 İyn 12:10  
Siyasət Ordunun rəhbər şəxsləri toplandı,

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (K

arrow Ətraflı
Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm like
  • 01 İyn 12:09  
Siyasət Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Azərbaycan ilə Bolqarıstan arasında son dərəcə məhsuldar əməkdaşlığ

arrow Ətraflı
Azərbaycan sübut etdi ki, o, Avropanın etibarlı enerji tərəfdaşıdır like
  • 01 İyn 12:08  
Siyasət Azərbaycan sübut etdi ki, o, Avropanın etibarlı enerji tərəfdaşıdır

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut etdi.

arrow Ətraflı
Lerikdə Mərakeş çəyirtkələri yayılıb like
  • 01 İyn 12:03  
Digərləri Lerikdə Mərakeş çəyirtkələri yayılıb

​Lerik rayonunun kəndlərində kütləvi şəkildə çəyirtkə​ yayılıb

arrow Ətraflı
Brilliant Dadaşova evliliyinin 35 illiyini QEYD ETDİ like
  • 01 İyn 11:52  
Şou-biznes Brilliant Dadaşova evliliyinin 35 illiyini QEYD ETDİ

Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilik

arrow Ətraflı
391 uşaq övladlığa götürülüb, 287si öz ailələrinə geri qaytarılıb like
  • 01 İyn 11:41  
Digərləri 391 uşaq övladlığa götürülüb, 287si öz ailələrinə geri qaytarılıb

Ölkəmizdə övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarix

arrow Ətraflı
“AqroVest DC” şirkəti şəhid övladlarını sevindirib like
  • 01 İyn 11:30  
Digərləri “AqroVest DC” şirkəti şəhid övladlarını sevindirib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq "

arrow Ətraflı
"Ziya Razinin telefonundan çılpaq şəkil və videolarını götürüb şantaj edib" like
  • 01 İyn 11:26  
Şou-biznes "Ziya Razinin telefonundan çılpaq şəkil və videolarını götürüb şantaj edib"

2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyevanın sevgilisi Z

arrow Ətraflı
İnnovativ mükəmməlliyin tanınması: Samsung 17ci ildir ki, qlobal TV bazarına liderlik edir like
  • 01 İyn 11:22  
Digərləri İnnovativ mükəmməlliyin tanınması: Samsung 17ci ildir ki, qlobal TV bazarına liderlik edir

Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electron

arrow Ətraflı
Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı like
  • 01 İyn 11:19  
Şou-biznes Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı

"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziy

arrow Ətraflı
Röya Brilliantla həyat yoldaşının rəqsini paylaşdı like
  • 01 İyn 11:09  
Şou-biznes Röya Brilliantla həyat yoldaşının rəqsini paylaşdı

Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilikl

arrow Ətraflı
Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir like
  • 01 İyn 10:58  
Digərləri Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir

Böyük Britaniya Dünya Bankı ilə birgə həyata keçirilən Azərbaycanda d�

arrow Ətraflı