Əli Əsədov Fuat Oktaya təbrik məktubu göndərib
Siyasət 29 May 2023 15:04:00 250 0
Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, məktubda Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının böyük inkişaf yolu keçdiyi və bunun təzahürü olaraq qardaş Türkiyə xalqının ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirdiyi, bu seçkilərdə də ona etimad göstərdiyi vurğulanıb.
Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələrinin Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.
Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan və dövlətlərimizin başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatmış Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət göstərəcəyinə əminlik ifadə olunub.
Rusiya prezidenti Vladimir Putin ilə dünən üçüncü dəfə Türkiyə prezid
Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən ağır yol qəz
Xəbər verdiyimiz kimi, uzun müddətdir İsraildə məskunlaşan Rusiyanın X
Ermənistan baş naziri Nikol Paşinyan ya amneziya xəstəsidir, yaxud da özü
Əməkdar artist Dilarə Əliyevanın sosial şəbəkələrdə yayılan görünt
Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi Qərbi son qırmızı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Bri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan
Zəfər Partiyasına qalan 3,5 gün oldu. Bu vaxta qədər yığılan xətalar 3
İranın şimal-şərqində yerləşən Şimali Xorasan əyalətində daşqınla
Ukraynanın NATO-ya dəvət edilməsi müharibənin dayandırılmasında əsas a