Prezident Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib FOTO
Siyasət 29 May 2023 13:20:00 244 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğuladı.
Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd etdi, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirdi. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını dedi.
Dövlətimizin başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək, nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu dedi və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Azərbaycan Prezidenti, eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğuladı və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini dedi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd etdi.
Səfir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək, Müstəqilik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etdi.
Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda, digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirdi. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd etdi.
Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulandı.
Son.az
Zəfər Partiyasına qalan 3,5 gün oldu. Bu vaxta qədər yığılan xətalar 3
İranın şimal-şərqində yerləşən Şimali Xorasan əyalətində daşqınla
Ukraynanın NATO-ya dəvət edilməsi müharibənin dayandırılmasında əsas a
Müğənni Səidə Sultan Türkiyədə saxlanılan reper Asya Əlizadəyə dəst
Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş ağır qəzada ölə
Azərbaycanlı yazıçı-publisist Yunus Oğuzun türk dünyasına və Azərbayc
Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu
"Vaqner"in rəhbəri Yevgeni Priqojin rusların prezident seçkisində
Son kiçik və lokal antiterror əməliyyatları sayəsində ordumuz bugün şə
Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsi T
Müğənni Günel Zeynalova izləyicisinin ona ünvanladığı suala əsəbilə�
Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətin