Ərdoğan kabinetini
Digərləri 29 May 2023 11:55:00 229 0
Türkiyədə bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Rəcəb Tayyip Ərdoğanın gələcəkdə yeni komandasında kimlərin olacağı, köhnələri saxlayıb-saxlamayacağı diqqət mərkəzindədir.
Bu xəbəri də oxu: Xameneinin müşaviri: "İsrailə qarşı cavab hazırlığı görürük"
Prezdent bəyan edib ki, tez bir zamanda Nazirlər Kabinetini formalaşdırmalıyıq. "Oturub dostlarımızla birgə qiymətləndirmələr aparacağıq, xalqımızın rifahının yaxşılaşdırılması, ölkəmizin inkişafı üçün addımlar atacağıq", - Ərdoğan qeyd edib. Qardaş ölkənin mediasında yer alan xəbərlərə görə, hazırkı kabinetdə olan nazirlərdən 15-i prezident seçkiləri ilə yanaşı mayın 14-də keçirilmiş parlament seçkilərində deputat seçilərək parlamentə daxil olub. Bu, o deməkdir ki, Ərdoğan kabinetini tamamilə yeniləyir. "Xalq Alyansı" parlamentdə səs çoxluğu qazandığından, bəzi nazirləri yenidən kabinetə daxil edəcəyi ilə bağlı söhbətlər gedir.
Daxili işlər naziri Süleyman Soylu, Milli müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu yenidən kabinetə daxil olma ehtimalı yüksək hesab edilən adlardır. İndiki kabinetində daha çox "texnokratları" yerləşdirən Ərdoğanın yeni dövrdə də siyasi təcrübəsi olan şəxslərə yer verəcəyi ehtimal edilir. Bu kontekstdə "üçdəfəlik" qaydasına görə parlamentə daxil ola bilməyən bəzi adların yeni dövrdə kabinetdə yer ala biləcəyi bildirilir.
Ərdoğanın kabinetini açıqlamasından sonra partiyadakı səs itkisini müzakirə edəcəyi gözlənilir. "Xalq Alyansı" seçkilərdə qalib gəlsə də, 14 may seçkilərində AKP təxminən 7 faiz səs itirdi. Bildirilir ki, seçkilər və AKP-nin səs itkisinin səbəblərinin təhlili başa çatdıqdan sonra seçkilərdə uğursuzluğa düçar olmuş partiya təşkilatları da daxil olmaqla partiya rəhbərliyinə də yenidən baxıla bilər.
Azər Son.az
Müğənni Günel Zeynalova izləyicisinin ona ünvanladığı suala əsəbilə�
Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taek
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın sabiq mühafizə xidmətinin
Qardaş Türkiyədə bazar günü keçirilən seçkilər, nəticələr dünya me
Müğənni Şəbnəm Qəhrəmanovanın canlı efirdə halı pisləşib.
"British Airways" aviaşirkətinin London-Honkonq reysini yerinə yeti
Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyə xarici qüvvələrin maraqlar�
"Düşmənimə də arzu etmərəm ki, Roza Zərgərlinin həyatını yaşas
Ölkəmizə yaraşan bir təmkinlə sülh içərisində keçirilən prezident se
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson bu