Paşinyan sülh imzalamamaq üçün Ermənistanı oda atır


Siyasət 29 May 2023 14:16:00 254 0

Paşinyan sülh imzalamamaq üçün Ermənistanı oda atır

Ermənistan baş naziri Nikol Paşinyan ya amneziya xəstəsidir, yaxud da özünü sözün həqiqi mənasında dəliliyə vurub. Belə düşünmək üçün bir xeyli səbəblər var. İlk növbədə onu qeyd edim ki, Paşinyan Brüssel görüşündən ta Moskvaya kimi az qala demək olar ki, hər gün müxtəlif platformalardan Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması üçün gündəlikdəki bir çox məsələlərin artıq razılaşdırıldığı barədə mesajlarla diqqət çəkirdi. Lakin nə oldusa, Ermənistan baş nazirinin son Moskva səfərindən sonra oldu.

Sanki Kremlin divarları arasında Paşinyan əsl simasını yenidən üçtərəfli görüş formatından öncə Avrasiya İqtisadi İttifaqının iclasında gizlədə bilmədi. Onunla da rəsmi İrəvanın Bakı ilə sülh ritorikası qəfil əks istiqamətə dəyişdi.

Nikol Paşinyan az öncə bəyan edib ki, bu günə kimi Bakı ilə imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Bunun adı sülhdən yayınmaq, sözünün üstündə durmamaq deyil, bəs nədir?!

Artıq özü üçün tək region dövlətləri arasında yox, dünyada da qeyri-ciddi siyasətçi obrazı formalaşdıran Paşinyanın sülh müqaviləsinin imzalanması üçün bu cür manevr cəhdi Ermənistanın başını ciddi ağrıda bilər.

Dünənə kimi Brüssel, Moskva və hətta iyunun birində olacağı ehtimal edilən Kişinyov görüşü zamanı Ermənistanla Azərbaycan arasında mümkün sülh danışıqlarından bəhs edən Ermənistan siyasi rəhbərliyi bir məsələnin mütləq fərqində olmalıdır: Azərbaycan Prezidentinin Laçından verdiyi son mesajlar yaxın perespektiv üçün Bakının gündəliyindəki məsələləri özündə ehtiva edir.

Ermənistan tərəfi əgər yenidən İran, Fransa və digər forpostu olduğu dövlətlərə sığınaraq Azərbaycanla sülhü dalana dirəcəyinə ümid edirsə, çox böyük səhv buraxır. Siyasət isə bu cür səhvləri bağışlamır. Xüsusilə də indiki situasiyada...

Bəlkə İranın Qafanda tələmtələsik konsulluq açmasının ardından indi də Rusiyanın həmin şəhərdə konsulluq açması ilə bağlı ilkin razılıqların əldə edilməsi İrəvanı ürəkləndirib?! Bəlkə Paşinyan arxayındır ki, Tehranın ardınca Moskvanın da bu addımı Azərbaycanı Rusiya və İranla üz-üzə qoyacaq və nəticədə Ermənistanın istənilən hərbi təxribatına Azərbaycan cavab verəcəyi təqdirdə qarşısında Tehran və Moskvanı görəcək?! Bu düşüncə tamamilə yanlışdır. Bu, belə olsa da belə Azərbaycanı yolundan heç kim və heçnə çəkindirə bilməz. Çünkü Azərbaycan bu gün onun suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə təhdid görəcəyi, hiss edəcəyi istənilən hədəfi məhv etmək, onu zərəsizləşdirmək iqtidarındadır və bu beynəlxalq konvensiyalarla da hüquqidir. Azərbaycan özünümüdafiə tədbirlərini necə bacardığını axı 3 il əvvəl nümayiş etdirib...

Təbii ki, İranın ardınca Rusiyanın da Ermənistanın Azərbaycanla sərhəd ərazisinə yaxın bir hissədə konsulluq açmasının digər səbəbləri mövcuddur. Tehrandan fərqli olaraq Rusiya üçün Qafanda konsulluq açmaq Ermənistanı Qərbə qarşı mərkəzə çevirmək məqsədi ilə edilən manevrdir. Bununla Rusiya Ermənistanın Qərbə ineqrasiya məsələsini, onun təsir dairəsindən çıxması üçün cəhdlərini müvəqqəti də olsa təxirə salmaq barədə düşünür. Amma istənilən halda heç kim Azərbaycana onun təhlükəsizliyinə təhdid yaradan terror şəbəkələrini, silahlı birləşmələri zərərsizləşdirməsinə müdaxilə edə bilməz.

Şübhəsiz ki, Ermənistana sülh sənədinin imzalanmasını yubadmaq üçün konsulluq mövzusu əlavə imkan açacaq kimi görünə bilər. Ermənistanın Rusiya ilə bu məsələdə razılaşmaqda əsas niyyəti "təxribat törədib, iki ölkə arasında vəziyyəti eskalasiya həddinə çatdıracağıq, Azərbaycan da bizə əvvəlki tək adekvat cavab verə bilməyəcək və vəziyyət gərginlik səviyyəsində qalacaq" düşüncəsindən qaynaqlanır.

Bu proseslər fonunda, ardınca dünən axşam saatlarında sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı birləşmələrinin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutması faktı deməyə əsas verir ki, Ermənistan indi də Kişinyov görüşünün tamamilə fiaskoya uğraması istiqamətində ciddi səylə "çalışır".

Ermənistanın birdən-birə istər diplomatik, istərsə də hərbi təxribat cəhdlərinin əsas səbəbləri var:

1. Prezident İlham Əliyevin Kəlbəcər və Laçın səfərləri zamanı verdiyi bəyanatlar.

2. Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi

Artıq tam əminliklə deyə bilərik ki, Nikol Paşinyanın bu ərəfələrdə tez-tez sülhlə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müsbət siqnallarının səbəbi Türkiyədəki prezident seçkilərinin nəticələri məlum olana kimi vaxt qazanmaq üçün öncədən planlaşdırılmış bir gediş idi. İlk tur nəticələrindən və Sinan Oğanın da tərəfdarlarını Ərdoğanı dəstəkləməyə çağırmağa başladığı saatlardan sonra Ermənistan siyasi rəhbərliyinin və TÜRK düşmənlərinin bütün ümidləri tamamilə puç oldu. Məhz elə həmin müddətdən üzü bu yana Paşinyan asta-asta ritorikasını yenidən sərtləşdirməyə, sülhə təhdid olacaq fikirlər səsləndirməyə başladığını nəzərə alsaq, bu deyilənlərin nə dərəcədə həqiqəti əks etdirdiyini görərik.

Prezident İlham Əliyevin Laçından "İki il yarım ərzində baş vermiş hadisələr Qarabağdakı erməniləri xülyadan ayıltmalıdır" xəbərdarlığı görünür artıq erməniləri bir-birinə vurub. Dövlət başçımız bununla Qarabağ ermənilərinə "Əgər firavan, rahat yaşamaq istəyirsinizsə qərar verməniz üçün sizə ayrılan vaxt kifayətdir. Qərarınızı verin və necə yaşamaq istədiyinizi müəyyənləşdirin" mesajı verməklə yanaşı, qondarma rejim qalıqlarına Azərbaycan ərtazisində ömrünüzə çox az qaldı" xəbərdalığını etmiş oldu.

Amma Prezident Qarabağdakı erməni "məmurlar"a hansı hallarda güzəşt oluna biləcəyini açıqladı. Azərbaycan ərazisini tərk etmək üçün şanslarının hələ də öz əllərində olduğunu da bəyan edən dövlət başçımız bildirdi ki, "Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ - red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər".

Yəni sizi bağışlamağımız üçün tək bir yolunuz var, o da separatçılığı əks etdirən elementləri ayaq altına atıb, Qarabağı tərk etmək üçün Bakıdan xahiş edəsiniz. Əks təqdirdə bu mümkünsüzdür. Çünkü Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır. Yəni qaçış yoxdur.

Təhməz Əsədov Trend

Dilarə Əliyevanın kədərli anları like
  • 29 May 14:04  
Şou-biznes Dilarə Əliyevanın kədərli anları

Əməkdar artist Dilarə Əliyevanın sosial şəbəkələrdə yayılan görünt

arrow Ətraflı
Dünyanı AYAĞA QALDIRAN hadisə like
  • 29 May 13:52  
Dünya Dünyanı AYAĞA QALDIRAN hadisə

ABŞ Dövlət Departamentinin hazırladığı "Beynəlxalq Din Azadlığı

arrow Ətraflı
Qərb Belarusa başqa yol buraxmadı like
  • 29 May 13:41  
Dünya Qərb Belarusa başqa yol buraxmadı

Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi Qərbi son qırmızı

arrow Ətraflı
Elnarə Abdullayevaya ağır itki like
  • 29 May 13:30  
Şou-biznes Elnarə Abdullayevaya ağır itki

Əməkdar artist Elnarə Abdullayevaya ağır itki üz verib.

arrow Ətraflı
İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib like
  • 29 May 13:21  
Siyasət İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Bri

arrow Ətraflı
Prezident Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib  FOTO like
  • 29 May 13:20  
Siyasət Prezident Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan

arrow Ətraflı
Alimlər bunu da bacardı like
  • 29 May 13:19  
Dünya Alimlər bunu da bacardı

ABŞ alimləri süni intellektlə "acinetobacter baumannii" kimi tanı

arrow Ətraflı
Məğlubiyyət açıqlaması: like
  • 29 May 13:08  
Dünya Məğlubiyyət açıqlaması:

Zəfər Partiyasına qalan 3,5 gün oldu. Bu vaxta qədər yığılan xətalar 3

arrow Ətraflı
İranda daşqınlar nəticəsində azı dörd nəfər ölüb like
  • 29 May 12:57  
Digərləri İranda daşqınlar nəticəsində azı dörd nəfər ölüb

İranın şimal-şərqində yerləşən Şimali Xorasan əyalətində daşqınla

arrow Ətraflı
Rusiya yalnız bu halda dayana bilər like
  • 29 May 12:46  
Dünya Rusiya yalnız bu halda dayana bilər

Ukraynanın NATO-ya dəvət edilməsi müharibənin dayandırılmasında əsas a

arrow Ətraflı
“Qızım çevriliş edib” like
  • 29 May 12:35  
Şou-biznes “Qızım çevriliş edib”

Müğənni Səidə Sultan Türkiyədə saxlanılan reper Asya Əlizadəyə dəst

arrow Ətraflı
Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə like
  • 29 May 12:24  
Digərləri Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə

Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş ağır qəzada ölə

arrow Ətraflı
Yunus Oğuz fəxri doktor adına layiq görülüb like
  • 29 May 12:19  
Digərləri Yunus Oğuz fəxri doktor adına layiq görülüb

Azərbaycanlı yazıçı-publisist Yunus Oğuzun türk dünyasına və Azərbayc

arrow Ətraflı
Bakıda 33, bölgələrdə 36 dərəcə isti gözlənilir like
  • 29 May 12:17  
Digərləri Bakıda 33, bölgələrdə 36 dərəcə isti gözlənilir

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
TÜRKSOYun Baş katibi Prezident İlham Əliyevi təbrik edib like
  • 29 May 12:15  
Siyasət TÜRKSOYun Baş katibi Prezident İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu

arrow Ətraflı