Qadın sərnişinlərə əxlaqsız təkliflər edən taksi sürücüləri saxlanılıb VİDEO
Kriminal 25 May 2023 16:20:00 289 0
Paytaxt ərazisində "Uber" və "Bolt" taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir.
Bu xəbəri də oxu: Son günlərdə həbs olunan tiktokerlərin Siyahısı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən 6 sürücü də saxlanılaraq məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Qeyd edilib ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdı
Müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilovun hə
Hər il 10 mindən çox şəxs magistratura imtahanında iştirak üçün mürac
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Prezident İlham Əliyevə məkt
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mər
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy
Xəbər verdiyimiz kimi, rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film
V.Putin və İ.Rəisinin videokonfrans vasitəsi ilə iştirakı ilə Rəşt-Ast
Bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müə
Azərbaycandakı bəzi hotellərdə bahalaşma var. Qiymətlərin növbəti ayla
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Pr
İstanbulun Bayrampaşa rayonunda yerləşən fabriklərin birində fəhlələr
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə