"Aysunun gözəllik salonuna gedib, amma..." Eşqinin həbsinin detalları
Şou-biznes 25 May 2023 15:56:00 301 0
Müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilovun həbsi müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: "Qadın mollalıq edə bilməz"
Rəqsanənin qızı Aysun İsmayılovadan ayrılandan sonra "kölgəyə" çəkilən keçmiş kürəkənin qəfildən mətbuatda görünməsi və ardınca da həbs edilməsi birmənalı qarşılanmayıb.
Xatırladaq ki, Eşqin Cəlilovla Aysun İsmayılova may ayının 3-dən rəsmən boşanıblar. Ötən müddət ərzində tərəflər uğursuz nikahları barədə danışmaqdan yayınıblar.
Son.az yenisabah.az-a istinadən xəbər verir ki, aradan 20 gün keçəndən sonra - mayın 23-də Eşqin Aysunla yollarını ayırmasının səbəblərini açıqladı. O, keçmiş həyat yoldaşının bu izdivaca ciddi yanaşmadığını vurğuladı. Eşqinin bu sözləri cavabsız qalmadı, amma ona keçmiş xanımı deyil, eks qayınanası cavab verdi. Rəqsanə İsmayılova sabiq kürəkəninin qızına qarşı kobud davrandığını, onu söydüyünü, hətta döydüyünü iddia etdi.
Eşqin Cəlilovun həbsi ilə tərəflər arasındakı "söz davası"nın əlaqəsi varmı?
Qeyd edək ki, Eşqinin həbs xəbəri sosial şəbəkələrdə "bomba effekti" doğurdu. Qısa müddət ərzində yüzlərlə insan hadisəyə münasibət bildirdi. Onların iddiasına görə, Cəlilovun həbsində müğənni Rəqsanənin şəxsi nüfuzunun və əlaqələrinin danılmaz rolu var.
Eşqin Cəlilovun dostlarından biri "Yeni Sabah"a danışıb. Qeyd edib ki, sabiq kürəkənə qarşı məhkəmə qətnaməsində əksini tapmış iddia reallığı əks etdirir. Onun sözlərinə görə, Eşqin həqiqətən Aysunun sahibi olduğu gözəllik salonuna gedib. Amma bunda məqsədi keçmiş xanımını döymək deyil, anasının məlum açıqlamalarına görə ondan izahat tələb etmək olub. Lakin tərəflər əvvəl mübahisə, sonra isə dava ediblər. Bundan sonra Eşqin əsəblərini cilovlaya bilməyərək Aysun İsmayılovaya əl qaldırıb.
Dostunun sözlərinə görə, mübahisədən sonra Aysun İsmayılova keçmiş ərini polisə verməyi düşünməyib, amma anasının israrından sonra rəsmi qaydada ərizə yazmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, müğənni Aysun İsmayılovanın toyu ötən il, iyun ayında olub. Eşqin Cəlilovla ailə quran Aysun toyu dənizkənarı restoranların birində keçirmişdi. Bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyi idi. Belə ki, Eşqin Aysundan öncə rus xanımla ailəli olub, ondan bir qız övladı var.
Hər il 10 mindən çox şəxs magistratura imtahanında iştirak üçün mürac
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Prezident İlham Əliyevə məkt
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mər
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy
Xəbər verdiyimiz kimi, rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film
V.Putin və İ.Rəisinin videokonfrans vasitəsi ilə iştirakı ilə Rəşt-Ast
Bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müə
Azərbaycandakı bəzi hotellərdə bahalaşma var. Qiymətlərin növbəti ayla
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Pr
İstanbulun Bayrampaşa rayonunda yerləşən fabriklərin birində fəhlələr
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
Bir çox məşhur mahnıların bəstəkarı, müğənni Sivva (Sevinc Ağasıyev
Sağlamlığımızla bağlı hər hansı bir problemimiz olanda həkimə üz tu
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi