Türkiyə Malayziyaya PUA ixrac edəcək
Digərləri 25 May 2023 13:51:00 241 0
Türkiyənin Aerokosmik Sənayesi şirkəti Malayziya Hərbi Hava qüvvələri üçün 100 milyon dollar dəyərində üç ədəd ANKA pilotsuz uçuş aparatı (PUA) ixrac edəcək.
Bu xəbəri də oxu: Etibarlı avtomobil seçmək üçün 5 vacib addım
Son.az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə razılaşma Asiya-Sakit Okean Bölgəsinin ən böyük müdafiə sərgilərindən biri olan Langkawi Beynəlxalq Dəniz və Aviasiya Sərgisində Malayziya Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında əldə edilib.
"Peyk idarəetmə qabiliyyətinə malik ANKA-larda Malayziyanın ehtiyaclarına uyğun olan radarlar istifadə ediləcək. Çatdırılmaların iki il ərzində başa çatdırılması gözlənilir", - deyə TUSAŞ şirkətinin İdarə Heyətinin sədr müavini Ömər Cihad Vardan jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Türkiyənin ASELSAN, ASFAT, DEARSAN, DESAN, HAVELSAN, KALE KALIP, KOÇ DEFENCE, METEKSAN, MİLSOFT, MKE, ROKETSAN, SARSILMAZ, STM, TAİS, TEİ, TUSAŞ, TİMSAN, TİTRA müdafiə sənayesi şirkətləri 23-27 may tarixlərində Malayziyanın Langkawi şəhərində iki ildən bir təşkil edilən "LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi"ndə iştirak edəcək.
"Müasir aktyorların komediyası mənə çatmır. Mən şəxsən onlar kim
2023-ci ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 237 daş
Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib.
Baxmut kampaniyası insan itkiləri baxımından Rusiya üçün ən bahalı əm�
Muzey Mərkəzində, 26 may saat 18:00-da, Eldəniz Babayevın "ZƏFƏR MÜ
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazad
Şamaxıda Yuxarı məhəllələrin çirkabı aşağı məhəllədə yaşayan sa
Prezident İlham Əliyev Elmira Axundovanın 2-ci dərəcəli "Vətənə xi
2023-cü ilin sonundan başlayaraq Şuşaya təqribən 1500 nəfərin köçürü
Filippin Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbri
Şuşada elektrik enerjisinin paylanması üçün infrastrukturun yaradılması
Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub.
Türkiyədə baş verən fəlakətli zəlzələdən sonra çoxları düşünürd