Bank Respublika Visa ilə birgə yeni “Mobil POS” xidmətini təqdim etdi!
Digərləri 24 May 2023 17:25:00 245 0
Ölkəmizdə nağdsız ödənişlərin artırılmasına, həmçinin rəqəmsal bank xidmətlərinin inkişafına böyük önəm verən Bank Respublika, Visa şirkəti və birgə Visa Tap to Phone texnologiyası əsasında çalışan yeni "Mobil POS" xidmətini təqdim etdi.
Bu xəbəri də oxu: Rusiya Ukraynanı bu təyyarə ilə vurdu
Visa Tap to Phone - kontaktsız ödənişləri qəbul etmək üçün Android bazasında işləyən və NFC çipləri ilə təhciz olunan müasir smartfonları və planşetləri ödəniş terminalına çevirən texnologiyadır.
İndi istənilən biznes sahibi rəqəmsal iqtisadiyyata qoşula biləcək - bunun üçün sadəcə tapXphone əlavəsini yükləmək kifayətdir. Günümüzdə daha çox alıcının təmassız ödənişlərə və istənilən məkanda ödəniş etmə imkanına üstünlük verdiyini nəzərə alsaq, Tap to Phone texnologiyası əsasında olan "Mobil POS" innovativ həlli mikro və kiçik biznes üçün yeni, daha geniş imkanlar açır.
Bunun üçün əlavə avadanlığa heç bir xərc çəkmədən smartfonda müvafiq tətbiqi yükləyərək qeydiyyatdan keçmək və istifadəçiyə dair məlumatları qeyd etmək kifayətdir. Tətbiq üzərindən tam təhlükəsiz qaydada həm fiziki bank kartı ilə, həm də ki, Apple və Google Pay ilə müxtəlif növ təmassız ödənişləri qəbul etmək mümkün olacaq.
Qeyd edək ki, "Bank Respublika"nın "Mobil POS" xidmətinə ilk 3 ay ərzində qoşulan vergi ödəyiciləri Visa Business Plus kartını tamamilə pulsuz əldə edə biləcəklər.
"Mobil POS" xidmətinin digər üstünlükləri:
Qoşulma və tətbiqdən istifadə tamamilə pulsuzdur
Dövriyyə üzrə ödənilən komisyon haqqı ənənəvi POS-terminal xidməti ilə eynidir
Elektron çekin SMS və email ilə alıcıya göndərilməsi və ya QR-kod ilə oxunması imkanı
Partnyor Web Portalı üzərindən əməliyyatların online izlənməsi və statistik məlumatın əldə edilməsi imkanı
Tam təhlükəsizdir - tətbiq, ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verir
Xidmətə qoşulmaq üçün bankın rəsmi web saytında müraciət yerləşdirmək, Bankın istənilən filialına müraciət etmək və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əlaqə saxlamaq kifayətdir.
Ötən ildən etibarən Azərbaycan və Ermənistan arasında gedən sülh danı
Rəqqasə Fatimə Fətəliyeva TikTok-da canlı yayımda onu linç edən izləyi
24 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin
Lənkəranda bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş
Caspian Events Group öz sahəsində uğur qazanan, fərqlənən, trendə çevri
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə m�
Çitanın (Rusiya) Mərkəzi Dairə Məhkəməsi yerli sakin İvan Losevi Rusiya
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yolux
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yükdaşıma aviaşirkəti olan
Aparıcı Lalə Azərtaş Gəncə gəzintisindən maraqlı video yayımlayıb.
Gözəl təbiəti ilə seçilən bu cənnət məkan öz sakinlərini qarşılama
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya ba
Bakıda iki transseksualın xuliqanlıq əməlinə görə saxlanılmasından son