Zelenski ilə bağlı yuxuya görə üç dəfə cərimələnən rusiyalı yenə saxlanıldı: “Cinayət aləti” müsadirə edildi
Dünya 24 May 2023 16:48:00 225 0
Çitanın (Rusiya) Mərkəzi Dairə Məhkəməsi yerli sakin İvan Losevi Rusiya ordusunu "nüfuzdan salma" cinayət maddəsi ilə təqsirli bilib, ona 120 min rubl (təqribən 2,5 min manat) cərimə kəsib.
Bu xəbəri də oxu: Daha bir təyyarə qəzası
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin Mətbuat Xidməti xəbər verib.
Qeyd edək ki, Losev bundan əvvəl eyni maddə ilə üç dəfə cərimələnib. İlk dəfə sosial şəbəkələrdəki paylaşımına görə cərimələnib - o, Ukrayna Prezidenti Volodimir Zelenski haqqında yuxusunu danışıb.
Fevral ayında Losev Rusiya ordusunu "nüfuzdan salma" maddəsi ilə yenidən iki dəfə cərimələnib - Bu dəfə Çita sakini "Dojd" və "BBC News"a verdiyi müsahibədə ilk cərimədən danışdığı üçün.
Losevə qarşı sonuncu cinayət işinin açılmasına səbəb isə onun "Instagram" hesabından Rusiya Silahlı Qüvvələrinin nümayəndələrinin fəaliyyətini gözdən salan paylaşımı olub. Məhkəmənin hansı posta istinad edildiyi bəlli deyil. Yerli media bunun Losevin "Dojd" kanalında canlı yayımda göstərilən və üzərində "Ukraynanı xilas et" sözləri yazılan paylaşımın səbəb ola biləcəyini ehtimal edib.
Məhkəmənin mətbuat xidməti bildirib ki, Losev günahını tam etiraf edib və əməlindən peşman olub, ona görə də onun işinə xüsusi qaydada baxılıb. Əvvəlcə o, 150 min rubl (3,1 min manat) cərimələnib, lakin hakim cəzanı yüngülləşdirib, çünki Losev hökm çıxarılmazdan əvvəl həbsdə olub. Bundan əlavə, məhkəmə Losevin "cinayət aləti" olan "iPhone" telefonunun dövlət xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yolux
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yükdaşıma aviaşirkəti olan
Aparıcı Lalə Azərtaş Gəncə gəzintisindən maraqlı video yayımlayıb.
Gözəl təbiəti ilə seçilən bu cənnət məkan öz sakinlərini qarşılama
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya ba
Bakıda iki transseksualın xuliqanlıq əməlinə görə saxlanılmasından son
"Gənclər niyə ancaq gecə küçəyə çıxmaq istəyirlər? Deməli, bun
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyev
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Preziden
Mətin Kərimli Elm və Təhsil Nazirliyinə aparat rəhbəri təyin olunub.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlh
Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanı
Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütünlüy�