Ermənilər Ermənistanı itirə bilər: İmkanlar azalır, vaxt daralır


Siyasət 24 May 2023 15:48:00 260 0

Ermənilər Ermənistanı itirə bilər: İmkanlar azalır, vaxt daralır

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütünlüyünü və sərhəd toxunulmazlığını tanıması, habelə qarabağlı ermənilərlə bağlı problemlərin yalnız onların rəsmi Bakı ilə birbaşa dialoqla müzakirələrdə həll oluna biləcəyini bəyan etməsindən sonra yaranmış "təlatüm" səngimək bilmir.

Müxtəlif ölkələrdəki erməni diasporunun mənsubları, Ermənistandakı müxalif siyasi təşkilatlar və xüsusilə də qarabağlı ermənilər bəhs etdiyimiz açıqlamalara görə Paşinyanı xəyanətdə suçlayır, az qala onun edam olunmasını tələb edirlər.

Ermənistan indi qaynayır, ermənilər təlaşdadır, yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesi narahatlıqla izləyirlər.

Halbuki onlar hələ də tam qavramırlar ki, Ermənistanın taleyi məhz indi həll olunur və hər şey onlardan asılıdır.

Yetkinlik yaşına çatmış hər bir erməninin indi mövqeyini aşkar bəyan etməsinin zamanıdır.

Ermənistandakı siyasi qüvvələr, hakimiyyət və xüsusilə də erməni diasporu dəyişməz ampluası olan siyasi əllaməçilik, demaqogiya, psevdovətənpərvərlik, saxtakarlıq və yalanlardan əl çəkərək bölgədə formalaşmış yeni geosiyassi reallıqlara ayıq gözlə baxmağı, dürüst nəticə çıxarmağı bacarmalıdır.

Bəhs olunan mövqe qarabağlı ermənilərin taleyi və problemləri ilə bağlı məsələləri də ehtiva edir.

Daha dəqiq olsaq, ermənilər sadəcə, bir suala cavab verməlidir: Qarabağlı ermənilərin gələcəyini, taleyini necə görürlər?

Sualı cavablayarkən isterikaya qapılmaq, "Heç vaxt Azərbaycanın tərkibində olmayacaq", "Sonadək mübarizə, müqavimət!", "Axırıncı qarabağlı erməniyədək döyüşəcəyik" və s. tipli sarsaq şüarlar səsləndirmək gərək deyil.

Ən azı ona görə ki, 44 günlük İkinci Qarabağ Müharibəsi günlərində, habelə müharibə başa çatandan sonra "Ölərik, amma buranı tərk etmərik!", "Son damla qanımıza qədər döyüşəcəyik" deyənlər unitazı belə, götürüb Ermənistana qaçdılar.

"Qarabağ əzəli və qədim erməni torpağıdır!" şüarı da ağ yalandır, çünki 28 illik işğal zamanı ərazilərimizdə yaşayan ermənilər Vətən Müharibəsi başa çatanda Kəlbəcər və Laçın rayonlarındakı evlər yandırıb getdilər.

Kimsə doğma torpağı bildiyi ərazini, yurd yeri saydığı evi gedəndə yandırmır: dünya tarixində belə presedent yox idi, işğal altında saxlanmış ərazilərimizdən qaçan ermənilər bunu etdilər.

Onlar sübut etdilər ki, yaşadıqları ərazidə müvəqqəti olduqlarını, həmin torpaqların "erməni məskəni" olmadığını əla bilirlər.

"Əsla Azərbaycanın tərkibində olmayacağıq" şüarı da mövqe yox, məsuliyyətdən, problemin kompleks həllindən, problemlərin çözülməsində iştirakdan boyun qaçıraraq yayınmaq cəhdidir.

Ermənistanın hakimiyyət dairələri, baş nazir Nikol Paşinyan, erməni müxalifəti və diasporu indi məhz belə absurd mövqe tutublar.

Onlar "Qarabağ məsələsi"ndən, "qarabağlı ermənilərin taleyi"ndən və daha nələrdən fasiləsiz danışırlaor - lakin elə həmin qarabağlı ermənilərin bəxtini qara edən məsələlərdən, perspektivdən və gələcəkdən bəhs etmək istəmirlər.

Ermənistan və erməni diasporu hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilərin mövcud miskin, səfil, kölə yaşamlarına real alternativ sayıla biləcək heç bir proqrama, yaxud plana malik deyillər.

Bəsit səbəblərə görə - nə Nikol Paşinyanın, nə ona müxalif qüvvələrin, nə erməni diasporunun, nə də ermənilərə hamilik edən qüvvələrin şüarçılıqla bəyanatlardan savayı konstruktiv fəaliyyət üçün ideoloji əsasları yoxdur.

Ermənilər "qarabağlı ermənilərin dövlət müstəqilliyi"ndən bəhs edirlər. Aydın məsələdir ki, Xankəndindəki separatçı rejimin "müstəqillik və suverenliyini" heç bir dövlət, heç bir zaman və heç bir şərtlə tanımayacaq. Hətta 28 illik işğal dönəmində Ermənistan belə addım atmaqdan çəkinibsə, bundan sonra dünya birliyinin və ya hansısa dövlətin qəfil siyasi şizofreniyaya qapılaraq qarabağlı erməniləri "müstəqil xalq" qismində tanımalarının ehtimal dərəcəsi sıfıra bərabərdir.

Bu, aksiomdur.

Ermənistandakı revanşist güclər onu da vurğulayırlar ki, qarabağlı ermənilər reinteqrasiya, hüquqların və təhlükəsizliyin təminatı ilə bağlı rəsmi Bakı ilə danışıqlara getməməli, dialoqun istənilən formasından və formatından imtina etməlidirlər.

Yəni erməni müxalifətçilər, saxta vətənpərvərlər qarabağlı erməniləri gerçəkləri danaraq illüziyalarla yaşamağa davam etməyə çağırırlar.

Halbuki rəsmi Bakı ilə dialoqun alternativi yoxdur. Hazırda Xankəndidəki terrorçu-separatçı rejimin idarə etdiyi və ya idarə etməyə çalışdığı ermənilər Azərbaycan Konstitusiyası çərçivəsində cəmiyyətimizə dönməli, reinteqrasiyaya başlamalı, ölkəmizin ümumvətəndaş pasportunu və şəxsiyyət vəsiqələrini almalı, normal həyata başlamalıdırlar.

Bəhs olunan prosesin alternativi Ermənistan pasportu ilə yaşamağa davamdır ki, bu da mütəq şəkildə Azərbaycan sərhədlərindən kənarda olacaq. Rəsmi Bakı təqribən 27 min nəfər Ermənistan vətəndaşının ölkəmizin ərazisində qanunsuz yaşamaları, ölkə qanunvericiliyinə və Konstitusiyanın tələblərinə tabe olmamaları ilə barışan deyil.

Ermənistanın mövcud xarici siyasətinin Qərbə meyllənməsi də qarabağlı ermənilərə yaxşı heç nə vəd etmir.

NATO-nun baş katibinin Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın İrəvana səfəri, Nikol Paşinyanla yanaşı, XİN başçısı Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla apırdığı danışıqlarda məhz regional təhlükəsizliyin bərqərar olmasına yönəlmiş müzakirələrin dinamikasının nəzərdən keçirildiyini nəzərə alsaq, İrəvanın sülh gündəmindən savayı yolu qalmayıb.

Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Kit Fillips və Patrik Prayorun İrəvana səfərləri də regional oyunçular tərəfindən laqeydliklə müşahidə edilmiş məqam deyil.

İrəvanın aşkar şəkildə ABŞ və Avropa İttifaqı ilə əlaqələri intensivləşdirmək niyyəti, Rusiyadan iqtisadi və geosiyasi asılılıqdan qurtulmaq, perspektivdə isə Gümrüdəki 102-ci bazanı çıxarmaq, KTMT-ni tərk etmək və s. təki planlarını da Moskva əla bilir.

Məhz sadalanan səbəblərdən qarabağlı ermənilərlə bağlı realist, gerçəkləri tam nəzərə alan mövqe tutmaq Ermənistanın yaxın gələcəkdəki vəziyyətini müəyyənləşdirəcək.

Qərb qarabağlı erməniləri Azərbaycan sakinləri kimi görür və onların Azərbaycana reinteqrasiyasını istəyir: ABŞ və Avropa İttifaqı etibarlı, səbatlı strateji tərəfdaş saydıqları Bakı ilə münasibətlərin miqyasının sürətlə genişləndirilməsində maraqlıdır.

Ona görə də qarabağlı ermənilərlə bağlı mücərrəd vəziyyəin mümkün qədər tez çözülməsi Qərbin bilavasitə strateji hədəfləri arasındadır.

Hələ də uydurma tarixi yalanların əsirliyində qalan, məğlub ölkə və kapitulyant dövlət durumu ilə razılaşmayaraq nələrisə tələb edərək hansısa şərtlər irəli sürən Ermənistan belə siyasətini davam edərsə, həddən artıq ciddi itkilərə məruz qalacaq.

Nikol Paşinyan bunu bilir, ermənilərə başa salmağa və hakimiyyətini qorumağa çalışır - onu mənəvi məsələlər maraqlandırmır, sırf merkantil məqsədlər qayğılandırır.

Ermənilərsə hələ də gerçəklə ilğımların arasındakı fərqi sezə bilmirlər.

Sezəcəklər, amma onda gec olacaq.

Elçin Alıoğlu Trend

Məşhur türk serialında Azərbaycanla bağlı kobud səhv  FOTO like
  • 24 May 15:38  
Digərləri Məşhur türk serialında Azərbaycanla bağlı kobud səhv FOTO

Azərbaycanda geniş izləyici kütləsi olan türk serialı - "Ben bu ciha

arrow Ətraflı
Bu ərazilərdə su olmayacaq like
  • 24 May 15:36  
Digərləri Bu ərazilərdə su olmayacaq

25 may 2023-cü il tarixində Neftçala şəhərinə yeni çəkilmiş ikinci mag

arrow Ətraflı
Rusiyadan Paşinyanın "Qarabağ Azərbaycandır!" açıqlamasına reaksiya like
  • 24 May 15:14  
Siyasət Rusiyadan Paşinyanın "Qarabağ Azərbaycandır!" açıqlamasına reaksiya

Rusiya xarici işlər nazirliyi Paşinyanın Qarabağı Azərbaycanın bir hiss�

arrow Ətraflı
Daşınmaz əmlakların sığortalanması məcburidir? like
  • 24 May 15:12  
Digərləri Daşınmaz əmlakların sığortalanması məcburidir?

Zamanında insanları çox sərt qaydalarla sığortaya öyrəşdirdilər deyə,

arrow Ətraflı
Ceyhun Bayramovun məktubu like
  • 24 May 15:02  
Siyasət Ceyhun Bayramovun məktubu

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənista

arrow Ətraflı
Zilanlı kəndi bir il yarıma tikiləcək  VİDEO like
  • 24 May 15:00  
Digərləri Zilanlı kəndi bir il yarıma tikiləcək VİDEO

Qubadlı rayonunun Bərgüşad və Həkəri çayının qovşağında yerləşən

arrow Ətraflı
"Ermənistan öhdəliklərini yerinə yetirmir" like
  • 24 May 14:56  
Siyasət "Ermənistan öhdəliklərini yerinə yetirmir"

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının preziden

arrow Ətraflı
Toyda Manafın başına "pul yağdı"  VİDEO like
  • 24 May 14:48  
Şou-biznes Toyda Manafın başına "pul yağdı" VİDEO

Müğənni Manaf Ağayev toy məclisindəki canlı ifası ilə gündəm olub.

arrow Ətraflı
Kamaləddin Qafarov: “AzərbaycanLitva münasibətləri uğurla inkişaf edir” like
  • 24 May 14:40  
Siyasət Kamaləddin Qafarov: “AzərbaycanLitva münasibətləri uğurla inkişaf edir”

"Mayın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvaya  rəsm

arrow Ətraflı
Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub like
  • 24 May 14:36  
Kriminal Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümumm

arrow Ətraflı
İcbari tibbi sığortaya yeni xidmətlər əlavə olunacaq like
  • 24 May 14:25  
Digərləri İcbari tibbi sığortaya yeni xidmətlər əlavə olunacaq

İcbari Tibbi Sığortaya yeni xidmətlər əlavə olunacaq.

arrow Ətraflı
Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb like
  • 24 May 14:14  
Kriminal Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının

arrow Ətraflı
Sinan Oğanın qərarı Ərdoğanın alacağı səslərin artmasında mühüm rol oynayacaq like
  • 24 May 14:10  
Digərləri Sinan Oğanın qərarı Ərdoğanın alacağı səslərin artmasında mühüm rol oynayacaq

Sinan Oğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi

arrow Ətraflı
Ermənistan parlamentində yenə dava düşüb like
  • 24 May 14:06  
Digərləri Ermənistan parlamentində yenə dava düşüb

Ermənistan parlamentində növbəti dəfə ara qarışıb, məzhəb itib.

arrow Ətraflı