Silk Way West Airlines IATA CEIV Lithium Batteries sertifikatına layiq görülüb
Digərləri 24 May 2023 16:38:00 231 0
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yükdaşıma aviaşirkəti olan Silk Way West Airlines, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən CEIV Lithium Batteries sertifikatına layiq görülüb.
Bu xəbəri də oxu: Los Ancelesdəki Baş konsulluğumuza ziyan dəyib? AÇIQLAMA
Silk Way West Airlines öz səhəsi üzrə qabaqcıl sıralarda olaraq, əməliyyatlarının təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirir. CEIV Lithium Batteries Sertifikasiyası aviaşirkətin imkanlarını daha da artıracaq, və müştəri və tərəfdaşlarının etibarını gücləndirəcək. Bu sertifikat Silk Way West Airlines-ın müvafiq risklərinin azaldılması üçün tələb olunan proses və təcrübələri həyata keçirdiyini və ən mütləq şərtlərə uyğun olduğunu təsdiqləyir.
CEIV Lithium Batteries sertifikatı, litium batareyalarının bütün təchizat zəncirində təhlükəsiz idarə olunmasını təmin etmək üçün IATA tərəfindən tərtib olunmuş qlobal standartdır. IATA-nın əsas məqsədi bütün təşkilatların ardıcıl və obyektiv şəkildə dəyərləndirilməsini təmin etmək, və bunun üçün həyata keçirilən qiymətləndirmələrin həcm və keyfiyyətində standartlaşmaya nail olmaqdır.
Silk Way West Airlines şirkətinin Korporativ Keyfiyyət Təminatı və Nəzarəti üzrə Vitse-Prezidenti Darko Vuçiç deyib: "Komandamız sertifikatlaşdırmanın bütün mərhələlərini uğurla başa vurdu və bu gün qürurla deyə bilərik ki, IATA Silk Way West Airlines-ın litium batareyalarının daşınması proqramını tanıyır. Biz IATA-nın DGR təlimatı haqqında biliklərimizi təkmilləşdirdik, litium batareyalarının təhlükəsiz daşınması və idarə olunması ilə bağlı ən son standartlara və təcrübələrə yiyələndik. Gələcəkdə risklərin dəyərləndirilməsini inkişaf etdirməklə təhlükəsizlik göstəricilərini təkmilləşdirə biləcəyik. Bu sertifikatın üstünlüyü, litium batareyalarının daşınması ilə bağlı prosedurun təkmilləşdirilməsi ilə yanaşı tətbiq olunan ən yüksək standartlara riayət etməyimizdir".
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
Silk Way West Airlines şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.
Aparıcı Lalə Azərtaş Gəncə gəzintisindən maraqlı video yayımlayıb.
Gözəl təbiəti ilə seçilən bu cənnət məkan öz sakinlərini qarşılama
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya ba
Bakıda iki transseksualın xuliqanlıq əməlinə görə saxlanılmasından son
"Gənclər niyə ancaq gecə küçəyə çıxmaq istəyirlər? Deməli, bun
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyev
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Preziden
Mətin Kərimli Elm və Təhsil Nazirliyinə aparat rəhbəri təyin olunub.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlh
Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanı
Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütünlüy�
Azərbaycanda geniş izləyici kütləsi olan türk serialı - "Ben bu ciha
25 may 2023-cü il tarixində Neftçala şəhərinə yeni çəkilmiş ikinci mag