Separatçılar hər kəsə qarşı
Digərləri 24 May 2023 10:50:00 246 0
Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması barədə səsləndirdiyi bəyanat tək separatçıları deyil, Rusiyanı da qəzəbləndirib. Kreml hələ k, mediası vasisətilə Nikol Paşinyanı hədəfə alıb. Rusiyanın əsas təbliğat ruporlarından olan "Nezavisimaya qazeta" baş nazirin məlum bəyanatından irəli gələn məsələlərə həsr olunan materialında həyasızcasına Qarabağı "Dağlıq Qarabağ", Xankəndini "Stepanakert" adlandırır. Nəşr Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ ermənilərinin, o cümlədən Ermənistanın keçmiş prezidentlərinin Paşinyana qarşı olduğunu yazıb.
Bu xəbəri də oxu: Gələn il inflyasiya bu qədər olacaq
Qeyd edilib ki, Paşinyana qarşı kəskin, tənqidi bəyanatları Qarabağın keçmiş qondarma liderləri - Arkadi Qukasyan və Bako Saakyan, həmçinin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın verdiyini yazıb. İlk prezident Levon Ter-Petrosyanın ofisini təmsil edən Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyanın sözlərinə görə, Paşinyanın Ermənistanın bütün hökumətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı deməsi reallığı əks etdirmir. Bildirib ki, "yalnız ikinci prezident Robert Köçəryan 1998-ci ildə Birləşmiş Ştatlar proqramını qəbul edib. Ancaq Köçəryanın razılaşdığı planı Paşinyanın niyyəti ilə yaxından müqayisə etmək olmaz".
Öz növbəsində politoloq Aleksandr İskəndəryan Paşinyanın Azərbaycan və Ermənistanın sovet sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması ilə bağlı sözlərinə diqqət çəkir. İsgəndəryan xatırladıb ki, Azərbaycan ordusu Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləyib: "Mən şübhə etmirəm ki, Bakı təmkinlə öz qoşunlarını çıxaracaq və Ermənistan baş nazirin dediyi kimi "sovet məkanını" bərpa edə biləcək".
Separatçılara açıq sevgisini gizlətməyən "NG" yazır ki, "Ermənistanda "Dağlıq Qarabağın öz müqəddəratını təyin etmənin inkarının kriminallaşdırılması üçün" imza toplanmasına başlanılıb". Lakin bu təşəbbüs qrupunun uğuruna inanmadıqları qeyd olunur. Siyasi müşahidəçi Aşot Qazazyanın fikrincə, "Qarabağ xalqı Ermənistan hakimiyyətinin hərəkətlərindən çox əziyyət çəkir və faktiki olaraq "hamı ilə müharibəyə" başlayır. "Onları başa düşmək olar. Dünya Kosovo, Sudan, Efiopiya problemləri ilə məşğul idi, lakin Sovet İttifaqının dağılmasının əvvəlində Azərbaycandan ayrılmaq üçün referendum keçirən Qarabağ problemi ilə heç kim məşğul olmurdu", - Qazazyan NG-yə deyib.
Rusiya nəşri iddia edir ki, "Nikol Paşinyanın qalmaqallı mətbuat konfransından demək olar ki, dərhal sonra Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qarabağla məşğul ola biləcəyi barədə şayiələr yayılmağa başlayıb, çünki Ermənistan, Azərbaycan və Türkiyə ŞƏT-in dialoq tərəfdaşları və aparıcı üzvləridir". "Bugünkü ssenaridə Rusiyanın rolu başa düşüləndir, lakin Çin Azərbaycana Xankəndi ilə birlikdə Çinin bir hissəsi olan Honq-Konq nümunəsində xüsusi inzibati rayon yaratmaq planını nəzərdən keçirməyi təklif edə bilər. Onun suveren siyasəti və ya ordusu olmayacaq. Beləliklə, Qarabağın bir növ Honq-Konqa - bir növ ofşor, "Qafqaz" maliyyə mərkəzinə çevrilməsi təklif edilir". İrəvanlı analitik Boris Navasardyan isə bu perspektivə şübhə ilə yanaşır. Onun fikrincə, Azərbaycan Qarabağ üçün xüsusi statusun verilməsinə nizamlanmanın ilkin mərhələlərində razılaşa bilərdi. Son illərdə və xüsusən də 44 günlük müharibədən sonra Bakı Qarabağa geniş muxtariyyət verilmədən inteqrasiya etmək gücünü özündə görür.
Azər Nuriyev Son.az
Faktiki olaraq Nikol Paşinyan dünənki çıxışında Azərbaycan üçün prin
Aktyor Taleh Yüzbəyov sosial şəbəkədə anası ilə bağlı paylaşım edib
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin biri
Almaniyanın Elmsxorn şəhərində yaşayan türkəsilli ailə filmlərdə bel�
Yeni təsdiqlənən ''Elektroenergetika haqqında'' qanun elektr
Planetdə iqlim dəyişikliyinin ən pis ssenarisi baş verərsə, Rusiyanın pa
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Mersin limanı 1 min 240 gəm
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tə
ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə rea
Etiraf edirik ki, Rusiya qoşunları Baxmut şəhərinin böyük bir hissəsinə
F-16 qırıcıları Ukraynanın əks-hücumunda istifadə edilməyəcək və sö