Nikolun 1975 xəritəsində israrının səbəbi...


Digərləri 24 May 2023 10:45:00 244 0

Nikolun 1975 xəritəsində israrının səbəbi...

Faktiki olaraq Nikol Paşinyan dünənki çıxışında Azərbaycan üçün prinsipial olan bəzi məsələləri təsdiqlədi. Yəni Paşinyan bu dəfə yalnız 86,6 min kvadrat kilometri qeyd etməklə kifayətlənmədi, Qarabağın da ölkəmizin ərazisi olduğunu elan etdi. Paşinyan əslində bununla "Qarabağ Azərbaycandır" dedi.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın dünən mediaya verdiyi müsahibə haqda danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

"Sülh müqaviləsinin imzalanmasına gəldiksə isə Paşinyan öncə millət vəkillərinə, sonra da jurnalistlərə başa salmağa çalışdı ki, onlar üçün əsas məsələ nə Qarabağ, nə də orada yaşayan ermənilər yox, Ermənistanın Cənubi Qafqazda dövlət kimi qalmasıdır. Çünki hazırki proseslərdə onların taleyi həll olunur. Biz Vaşinqton, sonra isə Brüssel görüşlərinin sülh danışıqlarına təkan verdiyini görürük. Rusiyanın da narazılığı onu göstərir ki, prinsipial məsələlərdə razılığın əldə olunmasında və yekun sülh müqaviləsinin imzalanmasında əsas əngəl Moskvadır. Paşinyanın KTMT üzvlüyünün dayandırılması ehtimalı haqqında verdiyi açıqlama da təsadüf deyil. Baş nazir təşkilatın fəaliyyətini mənfi qiymətləndirdi, Moskvanın İrəvanı Qərblə münasibətlərə görə ittiham etməsini mənasız adlandırdı, üstəlik, Qarabağda müvəqqəti fəaliyyət göstərən rus sülhməramlıların fəaliyyətinin uğurlu olmadığını qeyd etdi. Əslində bəhs etdiyimiz çıxışın böyük hissəsi Moskvaya ittihamlarla bağlıdır. Ələlxüsus bu bəyanatların 25 may Moskva görüşündən əvvəl verilməsi Paşinyanın artıq açıq şəkildə ölkəsi üçün Qərb istiqamətini seçdiyini elan etməsi deməkdir. Sözügedən ultimativ çıxış indidən Moskva görüşünün səmərəli olacağına şübhə yaradır", - o bildirib.

Rizvan Hüseynov sərhədlərin dəqiqləşdirilməsi məsələsində Ermənistanın yox, Azərbaycanın qərar və mövqeyinin həlledici olacağını vurğulayıb:

"Delimitasiya və demarkasiyanın SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1975-ci il tarixdə hazırladığı xəritələr əsasında aparılması qərarını Ermənistan özbaşına verə bilməz. Burada prinsipial qərarı Bakı qəbul edə, İrəvan isə hansısa təklifləri verə bilər. Paşinyanın vurğuladığı 1975-ci il xəritəsində Azərbaycanın xeyrinə və zərərinə olan məsələlər mövcuddur. Bəhs olunan xəritədə 80-ci illərin ortalarında Ermənistana Qazax istiqamətində otlaq sahəsi kimi verilən torpaqların ölkəmizin ərazisi olduğu öz əksini tapıb. Yəni xəritə Tovuz-Qazax istiqamətində bizim üçün faydalı, Zəngilan, Zəngəzur və Naxçıvan istiqamətində isə zərərimizədir. Ancaq rəsmi İrəvan nə deyir desin, bunu nə Ermənistan, nə də onun havadarları verəcək. Qərarı Azərbaycan qəbul edəcək və onlar da bizim haqlı mövqeyimizlə razılaşmalı olacaqlar".

Taleh Yüzbəyovdan anası ilə bağlı paylaşım like
  • 24 May 10:34  
Şou-biznes Taleh Yüzbəyovdan anası ilə bağlı paylaşım

Aktyor Taleh Yüzbəyov sosial şəbəkədə anası ilə bağlı paylaşım edib

arrow Ətraflı
Bakıda maşın anidən yandı like
  • 24 May 10:23  
Digərləri Bakıda maşın anidən yandı

Bakıda "BMW" markalı avtomobil anidən alışıb.

arrow Ətraflı
AzərbaycanPakistan hərbi əməkdaşlığı müzakirə olunub  FOTO like
  • 24 May 10:15  
Siyasət AzərbaycanPakistan hərbi əməkdaşlığı müzakirə olunub FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin biri

arrow Ətraflı
Həyətinə düşən meteorit parçası onu zəngin etdi like
  • 24 May 09:52  
Digərləri Həyətinə düşən meteorit parçası onu zəngin etdi

Almaniyanın Elmsxorn şəhərində yaşayan türkəsilli ailə filmlərdə bel�

arrow Ətraflı
Azərbaycanda işıqpulu bahalaşacaq? like
  • 24 May 09:24  
Digərləri Azərbaycanda işıqpulu bahalaşacaq?

Yeni təsdiqlənən ''Elektroenergetika haqqında'' qanun elektr

arrow Ətraflı
Rusiyanın paytaxtı Sibirə köçürülə bilər like
  • 24 May 09:21  
Digərləri Rusiyanın paytaxtı Sibirə köçürülə bilər

Planetdə iqlim dəyişikliyinin ən pis ssenarisi baş verərsə, Rusiyanın pa

arrow Ətraflı
Yanvaraprel aylarında Mersin limanı mindən çox gəmi qəbul edib like
  • 24 May 09:16  
Digərləri Yanvaraprel aylarında Mersin limanı mindən çox gəmi qəbul edib

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Mersin limanı 1 min 240 gəm

arrow Ətraflı
215 avtobus gecikir like
  • 24 May 09:12  
Digərləri 215 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 24 May 09:05  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.

arrow Ətraflı
"Paşinyan qeyrilegitimdir, getməlidir" like
  • 24 May 08:59  
Siyasət "Paşinyan qeyrilegitimdir, getməlidir"

Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tə

arrow Ətraflı
Qospodinov qalib oldu like
  • 24 May 08:52  
Dünya Qospodinov qalib oldu

Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi açıqlanıb.

arrow Ətraflı
ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır like
  • 24 May 08:45  
Dünya ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır

ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə rea

arrow Ətraflı
ABŞdan Baxmut açıqlaması like
  • 24 May 08:40  
Dünya ABŞdan Baxmut açıqlaması

Etiraf edirik ki, Rusiya qoşunları Baxmut şəhərinin böyük bir hissəsinə

arrow Ətraflı
Ukrayna əkshücumlarda F16dan istifadə edə bilməyəcək like
  • 24 May 08:35  
Dünya Ukrayna əkshücumlarda F16dan istifadə edə bilməyəcək

F-16 qırıcıları Ukraynanın əks-hücumunda istifadə edilməyəcək və sö

arrow Ətraflı
Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan like
  • 24 May 08:29  
Kriminal Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan

Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazo

arrow Ətraflı