Azərbaycanda işıqpulu bahalaşacaq?
Digərləri 24 May 2023 09:24:00 226 0
Yeni təsdiqlənən ''Elektroenergetika haqqında'' qanun elektrik enerjisinin qiymətinin artmasına səbəb olmayacaq. Əksinə, bu qanun hazırda istehsalı və satışı yalnız azərenerji və azərişıq tərəfindən həyata keçirilən enerji sektorunda özəl iştirakçıların fəaliyyət göstərməsinə şərait yaradacaq.
Bu xəbəri də oxu: Çin avtomobilləri bazarı ələ keçirib İlin son statistikası
Son.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən verilən açıqlamada deyilir.
Nazirlikdən bildirilib ki, yeni qanuna əsasən stansiya qurub enerji depolayan özəl şirkətlər istehlakçılara elektrik enerjisi sata biləcəklər.
Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov "Xəzər Xəbər"ə deyib ki, bu qanunda elektrik enerjisinin pərakəndə qiymətinin sərbəstləşməsindən söhbət getmir. Burada tariflər yenə də dövlət tərəfindən tənzimlənəcək.
Şöbə müdrinin sözlərinə görə, yeni qanun xüsusilə böyük müəssisələrə enerji təminatçısını seçmək şansı verəcək. Onlar enerjini ən ucuz satan təminatçı ilə müqavilə bağlaya biləcəklər.
Bütövlükdə, bazarda müstəqil enerji istehsalçılarının artması keyfiyyətin də yüksəlməsinə səbəb olacaq.
Qeyd edək ki, yeni qanun 2024-cü ildən qüvvəyə minəcək və mərhələli şəkildə tətbiq ediləcək.
Son.az
Planetdə iqlim dəyişikliyinin ən pis ssenarisi baş verərsə, Rusiyanın pa
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Mersin limanı 1 min 240 gəm
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tə
ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə rea
Etiraf edirik ki, Rusiya qoşunları Baxmut şəhərinin böyük bir hissəsinə
F-16 qırıcıları Ukraynanın əks-hücumunda istifadə edilməyəcək və sö
Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazo
Rusiya Prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırov
Türkiyədə təxminən 3,7 milyon suriyalı miqrant var.
Nigeriyalı aşpaz Hilda Bassey 100 saat yemək bişirərək "Ginnesin Reko
Bu həftə bəzi bürclər uğurları və nailiyyətləri ilə seçilə bilər.