“Bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır”


Kriminal 23 May 2023 23:32:00 287 0

“Bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır”

"Gənclər mahnılarımı oxumaq üçün mənə zəng edib, icazə alırlar. Mən bunu ədəb-ərkan kimi qəbul edirəm. Onlara deyirəm ki, "mənim nə ixtiyarım var sizə deyim ki, "Sarı gəlin"-i, "Qaragilə"-ni oxumayın?". Xalq mahnısı hamımızındır. Bəstəkar mahnılarına da müğənninin ixtiyarı yoxdur desin ki, oxuma. Ancaq bəstəkar qadağa qoya bilər. Özünə hörmət edən müğənnilər bunu deyə bilməz. Mənim repertuarıma ən çox müraciət edən Sevda Ələkbərzadə olub. O mənim 10-dan çox mahnımı oxuyub. O bu mahnıları özününküləşdirib. Bir müddət əvvəl Zamiq mənim ifa etdiyim "Neyləyim" mahnımı oxumuşdu. Çox xoşuma gəlmişdi. Zamiqin özünə də dedim ki, sənətçi ömür boyu yol gedir, özünü tapa bilmir. O özünün münasibəti ilə, oxuma texnikası ilə, üslubu ilə özünü tapmışdı".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış və sevilən sənətkar Akif İslamzadə deyib.

"Həmişə ağır günlərimdə, çətin dəqiqələrimdə millətimin mənə olan münasibətini hiss etmişəm. Dünyada hər şey qarşılıqlıdır. Bu yaşa, bu dövrə gəlməyimdə səbəb millətim, tamaşaçılarım olub. 35 ildir ki, səsimi itirmişəm. Bu illər ərzində onlar məni tənha buraxmayıblar. Həmişə yanımda olub, ürək-dirək veriblər. Bir dəfə anam Sara xanım da mənə dedi ki, "xalqın sənə başqa bir sevgisi var". Səsimi itirəndə əvvəl pəjmürdə oldum. Zaman, vaxt keçdi, gördük ki, yaxşısı bu imiş. İnandırım sizi, hər hansısa ölkədə, firavanlıq içərisində yaşasaydım  "Qaragilə"-ni oxuya bilməzdim. Oxusaydım da gərək, Bakıda olaydım, Bakıda yaşayaydım. Heç bir yerdə qərarım tutmur. 3-5 gün xaricdə yaşayanda burnumun ucu Bakı üçün göynəyir" deyə sənətkar bildirib.

Sənətkar vaxtilə ona qoyulan qadağalardan və anası, görkəmli sənətkar Sara Qədimovadan da danışıb.

"Cahangir Cahangirovun "Ay qız" mahnısını oxumuşdum. O illərdə bu mahnımı efirə buraxmırdılar, pozmuşdular. Yeni-yeni çıxanda belə şeylərin olması normal idi. Hətta bəzi mahnılarım üçün deyirdilər ki, "biz kommunizmə gedirik, Akif İslamzadə deyir ki, ötən günlərimi qaytarardılar". Başları ağrımasın deyə efirə buraxmırdılar. Yavaş-yavaş tilsimi sındırdıq. Mənim üçün həmişə yaşıl işıq olmayıb. Çox çətinliklə bu yerlərə gəlmişəm. Sara xanımla şərt kəsmişdik ki, nə o mənim haqqımda, nə də mən onun haqqında danışım. O mənimlə bağlı heç kimə ağız açmayıb. Ağız aça da bilməzdi. Yas mərasimində mənə baş sağlığı verəndə bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır. Soyadlarımız başqadır deyə çoxu bilmirdi" deyə sənətkar bildirib.

“Mahnılarımı toyda oxumaq üçün yazdırmıram”  VİDEO like
  • 23 May 23:23  
Şou-biznes “Mahnılarımı toyda oxumaq üçün yazdırmıram” VİDEO

ATV-nin "El Canlı" proqramında qonaq olan müğənni Amina maraq

arrow Ətraflı
“WhatsApp”da məktubları dəyişmək mümkün olacaq  FOTO like
  • 23 May 23:14  
Digərləri “WhatsApp”da məktubları dəyişmək mümkün olacaq FOTO

"WhatsApp" messenceri istifadəçilərə mesajları göndərildikdən

arrow Ətraflı
Əkin sahələri niyə azalmaqdadır? AÇIQLAMA VİDEO like
  • 23 May 23:03  
Digərləri Əkin sahələri niyə azalmaqdadır? AÇIQLAMA VİDEO

Azərbaycanda əkin sahələri azalıb. Baxmayaraq ki, bu gün ölkədə 4 milyo

arrow Ətraflı
Evinə 118 milyon qiymət qoydu, amma  Foto like
  • 23 May 22:54  
Şou-biznes Evinə 118 milyon qiymət qoydu, amma Foto

Türkiyəli müğənni Ajda Pekkan Sarıyer bölgəsində yerləşən lüks mali

arrow Ətraflı
Ağır yolnəqliyyat hadisəsi like
  • 23 May 22:38  
Digərləri Ağır yolnəqliyyat hadisəsi

Rusiyanın Tıva Respublikasındakı Qızıl rayonunda ağır yol-nəqliyyat had

arrow Ətraflı
Azərbaycan Bolqarıstanla hərbi əməkdaşlıq edəcək  FOTO like
  • 23 May 22:28  
Siyasət Azərbaycan Bolqarıstanla hərbi əməkdaşlıq edəcək FOTO

Mayın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru gen

arrow Ətraflı
Əhali restoranlara yarım MİLYARD manatdan çox pul xərcləyib  VİDEO like
  • 23 May 22:17  
Digərləri Əhali restoranlara yarım MİLYARD manatdan çox pul xərcləyib VİDEO

Bu il kafe və restoranlara 570 milyon manata yaxin vəsait xərclənib.

arrow Ətraflı
Şəkidə məktəbdə zəhərlənənlərdən YENİ XƏBƏR like
  • 23 May 22:00  
Digərləri Şəkidə məktəbdə zəhərlənənlərdən YENİ XƏBƏR

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə

arrow Ətraflı
Baş Kəşfiyyat İdarəsinin rəisi açıqladı: like
  • 23 May 21:54  
Dünya Baş Kəşfiyyat İdarəsinin rəisi açıqladı:

Ukrayna əks-hücuma keçmək üçün lazımi minimum silaha malikdir. Lakin iş

arrow Ətraflı
Azərbaycanın Müstəqillik Günü 100 illiyi münasibətilə Mexikoda rəsmi qəbul keçirilib  FOTO like
  • 23 May 21:47  
Siyasət Azərbaycanın Müstəqillik Günü 100 illiyi münasibətilə Mexikoda rəsmi qəbul keçirilib FOTO

Azərbaycanın müstəqilliyinin 105-ci və Azərbaycan xalqının Ümummilli Li

arrow Ətraflı
Səmada səsdən sürətli “alov topu” insanları qorxutdu  VİDEO like
  • 23 May 21:36  
Dünya Səmada səsdən sürətli “alov topu” insanları qorxutdu VİDEO

Avstraliyanın Adelaida şəhərinin yaxınlığına düşən "alov topu&qu

arrow Ətraflı
Kürün səviyyəsi qalxır  Daha əkin sahələri qurumayacaq...  VİDEO like
  • 23 May 21:27  
Digərləri Kürün səviyyəsi qalxır Daha əkin sahələri qurumayacaq... VİDEO

Ötən aylar Kür çayında suyun kəskin azalması ciddi problemlərə səbəb

arrow Ətraflı
Bakıda eyvan gənc qızın başına uçdu like
  • 23 May 21:18  
Digərləri Bakıda eyvan gənc qızın başına uçdu

Bakının Azadlıq prospekti 58a ünvanında bədbəxt hadisə baş verib.

arrow Ətraflı
İlham Əliyevə 28 May  Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir like
  • 23 May 21:11  
Siyasət İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

İspaniyanın Kralı VI Felipe 28 May - Müstəqillik Günü münasibətilə Pre

arrow Ətraflı
Putindən ilginc açıqlama: Bəşəriyyət tarixində Ukrayna olmayıb! like
  • 23 May 21:05  
Digərləri Putindən ilginc açıqlama: Bəşəriyyət tarixində Ukrayna olmayıb!

Bəşəriyyət tarixində Ukrayna Sovet Sosialist Respublikası (USSR) yaranana

arrow Ətraflı