Azərbaycan Bolqarıstanla hərbi əməkdaşlıq edəcək FOTO
Siyasət 23 May 2023 22:28:00 286 0
Mayın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Milli Müdafiə Universitetinin rektoru general-mayor İvan Malamov ilə görüşüb.
Bu xəbəri də oxu: Samir Şərifov Baş nazirin müavini təyin edildi SƏRƏNCAM
MN-dən Son.az-a verilən məlumata görə, nümayəndə heyəti universitetin "Xatirə kitabı"na ürək sözlərini yazıb.
General-leytenant H.Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğunu qeyd edib.
Nümayəndə heyətinə Milli Müdafiə Universiteti və onun nəzdindəki digər hərbi təhsil müəssisələrinin tarixi, fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələri ilə bağlı brifinq təqdim olunub.
General-mayor İ.Malamov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, bu cür görüşlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb, xatirə şəkli çəkdirilib.
Sonra bolqarıstanlı qonaqlar Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunu ziyarət ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksi ziyarət olunaraq gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.
Qonaqlar hərbi institutun ərazisindəki muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.
Bu il kafe və restoranlara 570 milyon manata yaxin vəsait xərclənib.
Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə
Ukrayna əks-hücuma keçmək üçün lazımi minimum silaha malikdir. Lakin iş
Azərbaycanın müstəqilliyinin 105-ci və Azərbaycan xalqının Ümummilli Li
Avstraliyanın Adelaida şəhərinin yaxınlığına düşən "alov topu&qu
Ötən aylar Kür çayında suyun kəskin azalması ciddi problemlərə səbəb
Bakının Azadlıq prospekti 58a ünvanında bədbəxt hadisə baş verib.
İspaniyanın Kralı VI Felipe 28 May - Müstəqillik Günü münasibətilə Pre
Bəşəriyyət tarixində Ukrayna Sovet Sosialist Respublikası (USSR) yaranana
Vətəndaşların pensiya kapitalı kimi dövlət sosial müdafiə fonduna topla
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla nəqliyyat infrastru
Vaxtilə üçtərəfli bəyanatın mətnində anklavların Azərbaycana verilmə
Azərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir.
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.
Qaradağda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş