Separatçılar Paşinyanı hədələdi Qarabağda
Digərləri 23 May 2023 12:20:00 230 0
Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi sensasion bəyanat gözlənildiyi kimi, Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında yaşayan ermənilər arasında şok effekti doğurub. Baş nazirin Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi görməsi bəyanatı qondarma qurumun "parlamenti"nin müvafiq bəyanat verməsinə səbəb olub. Erməni xəbər agentliklərinin yaydığı xəbərə görə, baş nazirin açıqlaması qondarma qurumda "hiddət və qəzəb" doğurub: "Əslində, Nikol Paşinyan bu öhdəliklə Ermənistan və qondarma qurumla bağlı müddəaları, xüsusən də Ermənistanın 8 iyul tarixli qərarının imperativ müddəasını kobud şəkildə pozur. 1992-ci ildə "Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi hər hansı beynəlxalq və ya daxili sənəd Ermənistan Respublikası üçün qəbuledilməz hesab olunur".
Bu xəbəri də oxu: İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
Separatçılar iddia edib ki, qondarma qurumun statusu "1991-ci il dekabrın 10-da xalqın iradəsi ilə müəyyən edilib və heç bir gücün onu dəyişməyə haqqı yoxdur". Bəyanatda o da bildirilir ki, "Nikol Paşinyanın bəyanatı suverenliyə, xalqımızın öz müqəddəratını təyinetmə hüququna və onun həyata keçirilməsi faktına məhəl qoymur və tərtib edilmiş hər hansı sənəd bizim üçün qəbuledilməzdir və əhəmiyyətsizdir".
Separatçıların qondarma deputatları qəbul etdikləri bəyanatda onu da bildiriblər ki, gözlənilən real təhlükədən dərin narahatlıq keçirirlər və bu səbəbdən də "bütün erməniləri Ermənistanın Qarabağı Azərbaycana verməklə bağlı fəlakətli addımlarının qarşısını almağa" çağırırlar.
Sonda isə Ermənistan və qondarma qurumun keçmiş və indiki prezidentlərini Nikol Paşinyanın verdiyi bəyanatları pisləməyə çağırış əks olunub. "Əks halda, sizin susmağınızı baş nazirlə razılaşma əlaməti kimi qiymətləndirəcəyik" deyə bəyanatda vurğulanıb.
Azər Nuriyev Son.az
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki ş
İranın nüvə obyekti yerin o qədər dərinindədir ki, ABŞ-ın hava hücuml
Bakıda şadlıq saraylarında menyularda qiymət artımı müşahidə edilib.
Prezident İlham Əliyevin Litvaya səfəri, keçirdiyi görüşlər və aparıl
Əməkdar artist Mətanət İsgəndərlinin canlı efirdə başına iş gəlib.
Qlobal kontekstə nəqliyyat və enerji asılılığı məsələləri ən kritik
Şüvəlanda bir yaşlı uşaq həyətdə dərinliyi 2 metr olan su quyusuna d�
Belqorod vilayətində ötən gün hərbi əməliyyatlar başladı. İki birlə�
Türkiyənin İstanbul şəhərində anti-terror əməliyyatı keçirilib.
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai B
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parl
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanmasının səbəbini
Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un ilk ixracatı 2024
Türkiyənin Antalya şəhərində oğlan küçədə sevgilisinə qarşı zorak�
Ümumiyyətlə dünya praktikasında qərb, hətta bəzi MDB ölkələrində öz