Kılıçdaroğlunun Azərbaycandan üzr istəməsi
Digərləri 22 May 2023 11:08:00 219 0
Türkiyədə Millət İttifaqından prezidentliyə namizəd olan Kamal Kılıçdaroğlunun "Azərbaycansız dəhliz" layihəsinə qarşı etirazlar səngimir. Bu layihənin antiazərbaycan, antimilli bir layihə olduğunu əksər siyasi xadimlər, media irəli sürməkdə davam edirlər. Seçkiqabağı belə bir bəyanatın onun nüfuzuna ciddi zərbə vurduğunu vurğlayırlar. CHP sədrinin layihənin Azərbaycandan yox, İrandan keçməsi barədə fikirlərinin iki ölkə arasında münasibətlərə xələl gətirməyə yönəlik plan olduğu vurğulanır. Mayın 28-də keçiriləcək ikinci tur prezident seçkiləri ərəfəsində CHP sədrinin ünvanına qardaş ölkənin müxtəlif bölgələrindən sərt etirazlar daxil olmaqdadır. Bu dəfə Kılıçdaroğlunu QHT-lər hədəfə alıb. Məsələn, Ərzurumda fəaliyyət göstərən QHT rəhbəri Murat Ertaş, "Türkiyə-Azərbaycan həmrəyliyinin CHP-ni narahat etdiyini düşünmək istəmirik. Ancaq edilən əhəmiyyətsiz açıqlamaları anlamaqda çətinlik çəkirik. CHP sədrinin Azərbaycan Türklərindən üzr istəməsini gözləyirik" deyib. "Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün dəyərlidir" deyən Ertaş açıqlamalarını belə davam etdirib: "Çindən Londona gedən fasiləsiz ticarət yolunun ən əhəmiyyətli tranzit nöqtəsi Azərbaycan marşrutudur. Bu marşrutu təhlükəsiz etmək üçün qəhrəman Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi. Azərbaycanın Ermənistanla qəhrəmancasına müharibəsi zamanı CHP-nin xarici siyasətinə cavabdeh olan CHP sədrinin müavini Ünal Çeviköz "Türkiyədən Azərbaycana silah yardımı edilib, cihadçı qruplar da göndərilib" kimi cəfəng bəyanat verib. CHP sədri Kamal Kılıçdaroğlunun Çinin 'Orta Kəmər Yolu Təşəbbüsünü' 'Həyatımın Layihəsi' ifadəsi kimi təxribat xarakterli açıqlamalarını unutmamaqla yanaşı, xəritədə kəmər yolu layihəsinin Azərbaycandan deyil, İrandan keçməsi heç vaxt qəbul edilmir. İki qardaş Ölkənin Türkiyə və Azərbaycanın həmrəyliyinin CHP-ni niyə narahat etdiyini anlamaqda çətinlik çəkirik! Kılıçdaroğlunun layihəsi yalnız Ermənistan və İranı sevindirir".
Bu xəbəri də oxu: Bakıda lüks avtomobil yanıb kül oldu
"Turan yolu deyə biləcəyimiz bu yolun mühüm dəhlizlərindən biri, şübhəsiz ki, "Zəngəzur dəhlizi"dir. Yetmiş faiz tamamlanan dəhliz istifadəyə verildikdə, biz Ərzurumdan Naxçıvan üzərindən avtomobil yolu ilə Bakıya gedə biləcəyik. CHP sədri cənab Kamal Kılıçdaroğluna çağırışımız odur ki, Qarabağ müharibəsi zamanı partiya üzvlərinin, indi isə onun verdiyi açıqlamalar təkcə Azərbaycandakı qardaşlarımızı deyil, hamımızı üzdü. Türk Dövlətləri Təşkilatının yarandığı, həmrəyliyin artdığı bir vaxtda Kılıçdaroğlunun açıqlaması qəbuledilməzdir" deyə fikrini tamamlayıb.
Azər Son.az
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 22-də Vilnüsdə Azərbaycan
Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl Türk sənət musiqisinin
Son.az Trend-ə istinadən xəbər verir ki, mayın 22-də Vilnüsdə Azərbay
Ermənisan nümayəndə heyəti Azərbaycanda Milli Məclis və ATƏT PA tərəf
Türkiyədə 28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci tu
Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə səbəb olacaq. Y
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkda
ATV-nin keçmiş əməkdaşları Afaq Gəncəli və Şəhriyar Əbilov birlikdə
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbu
Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanı
"Mən ailə qurmuşdum, Aysun isə..."
Xəbər verdiyimiz kimi, bu ilin 1 fevral tarixindən Bakı şəhərində və ə
Lənkəran rayonunda 1994-cü il təvəllüdlü Namil cinsi əlaqədə olduğu t