"Bu, bir sıra problemlərin həllinə səbəb olacaq"
Digərləri 22 May 2023 10:46:00 204 0
Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə səbəb olacaq. Yaşıl iqtisadiyat Azərbaycan hökumətinin əsas prioritetərindən biridir.
Bu xəbəri də oxu: Bu gün Kəlbəcər Şəhəri Günüdür
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransda deyib.
S.Qafarova bildirib ki, Azərbaycan yaşıl enerjinin payının artması istiqamətində mühüm addımlar atır. "Arıq bir neçə beynəlxalq tərəfdaşlarla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilməyə başlanılıb. Azərbaycanın geniş enerji mənbələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq.
Həmçinin Azərbaycan tərəfindən mühüm nəqliyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans keçirilir. Konfrans Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə baş tutur. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella və digər qonaqlar iştirak edir. Konfrans çərçivəsində "Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu" və "Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi" mövzusunda panel müzakirələri keçirilir.
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkda
ATV-nin keçmiş əməkdaşları Afaq Gəncəli və Şəhriyar Əbilov birlikdə
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbu
Bakıda "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanı
"Mən ailə qurmuşdum, Aysun isə..."
Xəbər verdiyimiz kimi, bu ilin 1 fevral tarixindən Bakı şəhərində və ə
Lənkəran rayonunda 1994-cü il təvəllüdlü Namil cinsi əlaqədə olduğu t
Kolumbiya hakimiyyəti Nevado del Ruiz vulkanının püskürməsini gözləyir.
Ukrayna münaqişəsinə son qoymaq, dərhal sülh danışıqlarına başlamaq l
Çinin xarici işlər nazirinin müavini Sun Ueydun Yaponiyanın Pekindəki səf
Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım Günaz TV-ni
Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu �