Azərbaycan ÜSTün regiondakı ofislərini sülhü əngəlləyən bəyanatlardan çəkinməyə çağırıb FOTO


Digərləri 21 May 2023 18:46:00 135 0

Azərbaycan ÜSTün regiondakı ofislərini sülhü əngəlləyən bəyanatlardan çəkinməyə çağırıb  FOTO

Azərbaycan tərəfi ÜST-nin regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırıb.

Bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüşdə bildirilib.

Qeyd edək ki, mayın 21-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb: "Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir. Ötən müddət ərzində regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib".

Nazir, həmçinin COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib.

Daha sonra nazir Teymur Musayev son günlər Ermənistan mediasında Ümumdünya Səhiyyə Təşkilatının həmin ölkədəki Nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə ÜST rəsmisi tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb.

Hans Kluge məsələyə dair Təşkilatın Ermənistandakı nümayəndəliyi ilə əlaqə saxladığını, Ümumdünya Səhiyyə Təşkilatının Ermənistandakı Nümayəndəliyi ilə səhiyyə naziri arasında keçirilmiş görüşdə Azərbaycana aid heç bir fikir səsləndirilmədiyini, ümumilikdə ÜST-nin dünyada tibb personalına qarşı hücumları pislədiyini bildirmişdir. Hans Kluge hadisə ilə bağlı hər hansı bir məlumatın ÜST-nin rəsmi internet səhifəsində yayımlanmadığını vurğulamışdır.

Görüşdə Azərbaycan tərəfi ÜST-nin regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırdı. Hans Klüge ÜST-nin öz fəaliyyətini siyasiləşdirmədən bitərəf və qərəzsiz şəkildə bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib.

Yeni məktəbli formaları bu qiymətə satılacaq  VİDEO like
  • 21 May 18:36  
Digərləri Yeni məktəbli formaları bu qiymətə satılacaq VİDEO

Növbəti tədris ili üçün yenilənən məktəbli formalarının satış qiym

arrow Ətraflı
“Facebook” hesabının təhlükəsizliyi üçün bu məqamlara diqqət yetirin like
  • 21 May 18:24  
Digərləri “Facebook” hesabının təhlükəsizliyi üçün bu məqamlara diqqət yetirin

"Facebook" hesabınızın təhlükəsizliyini təmin etmək üçün bi

arrow Ətraflı
Sevda ilə qızının selfisi...  FOTO like
  • 21 May 18:12  
Şou-biznes Sevda ilə qızının selfisi... FOTO

Müğənni Sevda Yahyayeva növbəti dəfə qızı Ayla ilə bağlı paylaşım

arrow Ətraflı
"Facebook"da böyük xəta like
  • 21 May 18:00  
Digərləri "Facebook"da böyük xəta

"Facebook"-un "Android" ekosistemi üçün ən son yenilənm

arrow Ətraflı
Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14cü mövsümü keçiriləcək like
  • 21 May 17:58  
Kriminal Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14cü mövsümü keçiriləcək

Mayın 22-nən 24-dək Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14

arrow Ətraflı
Bu gün keçirilən imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı like
  • 21 May 17:54  
Digərləri Bu gün keçirilən imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlə

arrow Ətraflı
Siqaret çəkməyin daha bir qorxunc fəsadı üzə çıxdı like
  • 21 May 17:48  
Digərləri Siqaret çəkməyin daha bir qorxunc fəsadı üzə çıxdı

Pensilvaniya Universitetinin alimləri siqaret çəkməyin beynin kiçilməsinə

arrow Ətraflı
Tehran metrosunda molla rejiminə qarşı etiraz aksiyası  “Bu il qan ilidir...” like
  • 21 May 17:36  
Dünya Tehran metrosunda molla rejiminə qarşı etiraz aksiyası “Bu il qan ilidir...”

Tehran metrosunun "Teatr-e Şəhr" stansiyasında insanlar molla rejim

arrow Ətraflı
Yuxusuzluqdan əziyyət çəkənlərə "dadlı çarə"  Tünd şokolad... like
  • 21 May 17:24  
Digərləri Yuxusuzluqdan əziyyət çəkənlərə "dadlı çarə" Tünd şokolad...

"Tərkibində triptofan, maqnezium, melatonin olan qidalar yuxuya kömək e

arrow Ətraflı
“Kişi necə olmalıdır, atamdan öyrəndim” like
  • 21 May 17:12  
Şou-biznes “Kişi necə olmalıdır, atamdan öyrəndim”

Müğənni Nərmin Kərimbəyova mərhum atası ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 21 May 17:10  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə

arrow Ətraflı
Avropa Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışır  Litva nümunəsi like
  • 21 May 17:08  
Siyasət Avropa Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışır Litva nümunəsi

Azərbaycanın dünya arenasında lider kimi rolu artmaqda davam edir və cəlbe

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib  VİDEO like
  • 21 May 16:48  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
"Adım Farah"da yeni aktyor  FOTO like
  • 21 May 16:24  
Digərləri "Adım Farah"da yeni aktyor FOTO

"FOX TV"də yayımlanan "Adım Farah" serialının aktyor he

arrow Ətraflı