Ermənistana bu PUAları kim verib?
Siyasət 18 May 2023 12:47:00 238 0
Ermənistanın mayın 18-i Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı döyüş PUA-ları tətbiq etməklə sülh danışıqlarını əngəlləməyə çalışır.
Bunu Trend-ə hərbi ekspert Azay Kərimov deyib.
Onun sözlərinə görə, Ermənistana PUA-ları Fransa və İran verir. "Ermənistanın dronları yox idi, Ermənistan bu dronları haradan alıb, kim verib dronları? Əlbəttə aydın məsələdir. İran və Fransa verib dronları. Məlumdur ki, bir neçə gün öncə Brüsseldə danışıqlar oldu, müxtəlif razılaşmalar əldə olundu. Lakin Ermənistan həmişəki kimi öz xislətini göstərir, danışıqlar prosesini pozmaq məqsədilə təxribatlar törədirlər", - deyə o qeyd edib.
A.Kərimov vurğulayıb ki, Ermənistan hər zaman bu cür ziddiyətli addımlar atır. "Ermənistan danışıqlara gedir lakin sonradan xarici qüvvələrin dəstəyi ilə regionda sabitliyi pozmağa, sülh danışıqlarını əngəlləməyə çalışırlar", - deyə o əlavə edib.
Qeyd edək ki, mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.
Xalq artisti Azər Paşa Nemətovun vəfatından 40 gün keçir.
İranda "Məcburi hicaba yox deyək" kampaniyası davam edir.
Bakıda 37 yaşlı qohumu ilə istəmədən nişanlanmış 13 yaşlı qız ailə
Türkiyədə 14 may tarixində keçirilən seçkilərin qalibi türk demokratiya
Bu gündən etibarən Wolt Azərbaycanda abunəlik əsasında çatdırılma xidm
Qərb mediası Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kıl�
Son.az xəbər verir ki, tanınmış və sevilən müğənni İlahə Fəda Moder
PASHA Bank-ın kredit portfeli 2022-ci ildə 9% artaraq 2 milyarddan 2,28 milyar
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə adından istifadə
22-26 may tarixlərində, LA ROCHE-POSAY Azərbaycan, Аzərbaycan Dermatovenero
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerl�
MHP-nin baş katibi İsmət Böyükataman ATA İttifaqından prezidentliyə nami
31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdı
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlu